Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda XXI Beynəlxalq Xəzər neft və qaz konfransı öz işinə başlamışdır

Bakı, 4 iyun (AZƏRTAC, Nihat Budaqov). İyunun 4-də “JW Marriott Absheron Baku” otelində XXI Beynəlxalq Xəzər neft və qaz (“Caspian Oil & Gas”) konfransı öz işinə başlamışdır.

AZƏRTAC xəbər verir ki, Xəzəryanı regionun energetika sektorunun ən böyük tədbiri olan “Caspian Oil and Gas” sərgisi çərçivəsində keçirilən konfransı Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev və “İTE Group Plc” şirkətinin baş müşaviri Endryu Vud açmışlar.

“Avrasiyanın enerji təminatı təhlükəsizliyində Azərbaycanın rolu” adlı plenar sessiyada məruzə ilə çıxış edən energetika naziri N.Əliyev ölkəmizin neft-qaz siyasətindən danışmış, reallaşdırılan beynəlxalq layihələr barədə məlumat vermişdir.

N.Əliyev bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də Bakıda beynəlxalq neft şirkətləri konsorsiumu ilə imzalanmış “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının kəşfiyyatı və işlənilməsi üzrə “Əsrin müqaviləsi”nin 20 illik yubileyi bu il təntənəli qeyd ediləcəkdir. Builki konfransın da “Əsrin müqaviləsi”nin 20 illik yubileyinə həsr olunması olduqca əlamətdar hadisədir. Bununla bağlı konfransda xüsusi iclas keçiriləcək və bu iclasda iştirakçılar “Əsrin müqaviləsi”nin tarixi, həyata keçirilməsi və uğurları ilə tanış ola biləcəklər.

Azərbaycanın təşəbbüsü ilə reallaşan beynəlxalq layihələrdən danışan energetika naziri Trans-Anadolu qaz boru kəmərinin (TANAP) əhəmiyyətini vurğulayaraq, ölkəmizin regionun enerji mənzərəsini dəyişəcək irimiqyaslı layihələri həyata keçirmək iqtidarında olduğunu demişdir. Bildirmişdir ki, Azərbaycan artıq özünün enerji təhlükəsizliyini təmin etmişdir. Reallaşdırılmaqda olan TANAP, TAP, “Şahdəniz-2” layihələri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Vurğulanmışdır ki, ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş neft strategiyası bu gün də uğurla davam etdirilir. Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkədə makroiqtisadi sabitlik, davamlı və dayanıqlı iqtisadi inkişaf təmin olunmuş, əlverişli biznes və investisiya mühiti yaradılmışdır.

Sessiyada Litvanın energetika naziri Yaroslav Neveroviç çıxış edərək, Azərbaycanın neft-qaz ehtiyatlarının Avropanın enerji təhlükəsizliyindəki əhəmiyyətindən danışmışdır.

Y.Neveroviç demişdir ki, Azərbaycan etibarlı tərəfdaşdır. Əminəm ki, Azərbaycan ilə əməkdaşlığımız enerji resurslarının, o cümlədən təbii qazın nəqlində Avropa İttifaqındakı məqsədlərimizə çatmaqda çox əhəmiyyətli olacaqdır.

Nazir Litva ilə Azərbaycan arasında uğurlu iqtisadi münasibətlərin mövcudluğunu vurğulayaraq, iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də energetika sahəsində əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirmişdir.

“Azərbaycanın beynəlxalq enerji bazarında oynadığı rol bu gün xüsusilə önəmlidir”, - deyən Böyük Britaniya parlamentinin üzvü, bu ölkənin Baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistanda ticarət məsələləri üzrə elçisi Çarlz Hendri ölkəmizin Avropanın enerji təchizatındakı əhəmiyyətindən danışmışdır. O bildirmişdir ki, etibarlı tərəfdaş olan Azərbaycanın son illər enerji mənbəyi kimi dünyadakı strateji rolu getdikcə artmaqdadır.

Qeyd edilmişdir ki, “Cənub” qaz dəhlizi Avropanın “mavi yanacaq” bazarının şaxələndirilməsində və enerji təhlükəsizliyinin artırılmasında əhəmiyyətli rola malikdir. Bu, yeni nəslin əsas layihələrindən biridir və böyük həcmdə sərmayələr yatırılır. Ötən il layihə üzrə əhəmiyyətli işlər görülmüşdür. Keçən ilin iyununda “Şahdəniz” Konsorsiumu Azərbaycan qazını Avropaya çatdırmaq üçün Trans-Adriatik boru kəməri (TAP) layihəsini seçmiş, dekabr ayında isə Bakıda “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimi keçirilmişdir.

Ç.Hendri demişdir ki, Azərbaycan Böyük Britaniya üçün yalnız enerji sahəsində deyil, digər sahələrdə də önəmli tərəfdaşdır. Biz sənaye sektorlarının şaxələndirilməsində də birgə çalışırıq. Bu gün Azərbaycanda 300-dən artıq Britaniya şirkəti təmsil olunur.

Konfransda ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun baş müşaviri Daniel Stayn çıxış edərək bildirmişdir ki, Birləşmiş Ştatlar Avropanın enerji təhlükəsizliyinin etibarlı təminatında maraqlıdır. Azərbaycanın da bu sahədə rolu gündən-günə artmaqdadır. Ümumiyyətlə, Azərbaycanın önəmli aktoru olduğu dünya enerji siyasətində şaxələndirməyə və səmərəliliyə xüsusi önəm verilir.

Vurğulanmışdır ki, Azərbaycanın enerji bazarına daxil olması ilə bu sektorda canlanma yaranmışdır. “Şahdəniz-2” layihəsinin inkişafı və “Abşeron” yatağının işlənilməsi ilə əlaqədar yaranan uğurlu perspektivlər hamıya bəllidir. ABŞ etibarlı enerji təchizatçısı kimi neft-qaz infrastrukturunu şaxələndirən Azərbaycanın enerji siyasətini dəstəkləyir. Azərbaycan artıq qlobal enerji təchizatında önəmli rola malik olduğunu təsdiq etmişdir.

“Cənub” qaz dəhlizinin ABŞ-ın xarici siyasətində mühüm yer tutduğunu deyən amerikalı diplomat qeyd etmişdir ki, bizim əsas məqsədimiz enerji infrastrukturunun şaxələndirilməsi və tərəfdaş ölkələrimizin enerji təhlükəsizliyinin təmin olunmasıdır. ABŞ qətiyyətlə “Cənub” qaz dəhlizinin reallaşmasını alqışlayır. Azərbaycan ABŞ-ın etibarlı tərəfdaşıdır və bizim hələ birgə həyata keçirəcəyimiz bir çox layihələr vardır.

Bildirilmişdir ki, Azərbaycanda, Xəzər dənizi hövzəsi ölkələrində verilən qərarlar dünyanın müxtəlif yerlərindəki proseslərə təsir edir. Təchizatda, istehlakda olan dəyişikliklər də bu regionla bağlıdır. ABŞ Avropa İttifaqının enerji təhlükəsizliyindəki maraqlarını bir daha ifadə edir və biz, ənənəvi tərəfdaşlarımızdan olan Azərbaycan ilə bazarın səmərəliliyi istiqamətində birgə fəaliyyət göstərməkdə maraqlıyıq.

Türkiyənin enerji və təbii ehtiyatlar nazirinin müavini Metin Kilci bildirmişdir ki, Azərbaycan ilə Türkiyə əməkdaşlıq əlaqələrini həm Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri, həm də Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə davam etdirirlər. BTC ilə 2 milyard barrel neft 2 min 500 tanker vasitəsilə beynəlxalq bazarlara çıxarılmışdır. Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə isə Türkiyə “Şahdəniz” layihəsinin birinci mərhələsi ilə nəql olunan qazın ən böyük istehlakçısı olmuşdur.

Qeyd edilmişdir ki, Azərbaycan ilə Türkiyə bu əməkdaşlığı hazırda “Şahdəniz-2” və TANAP kimi layihələr vasitəsilə də davam etdirirlər. Vurğulanmışdır ki, TANAP layihəsi üzrə tikinti işlərinə 2015-ci ildə başlanılacaq və Türkiyəyə ilk qazın nəqli 2018-ci ilə nəzərdə tutulur. 2019-cu ildən etibarən isə təbii qaz Avropa bazarlarına çıxarılacaqdır.

Bildirilmişdir ki, TANAP layihəsi üzrə mayın 30-da bir neçə saziş imzalanmışdır. Bu sazişlərə “TPAO” (“Türkiyə Petrolleri Anonim Ortaklığı”) şirkəti ilə “Total” şirkəti arasında alğı-satqı, “Botaş” şirkəti və ARDNŞ arasında TANAP-ın hissələrinin alğı-satqısı, “Botaş” və TANAP arasında qaz daşınması müqavilələri və Türkiyə ilə Azərbaycan arasında TANAP ilə bağlı razılaşma protokolu daxildir. Bu sazişlərin imzalanmasından sonra “TPAO” bp-dən sonra “Şahdəniz” yatağında ikinci ən böyük səhmdar olmuşdur. “Botaş” isə TANAP layihəsində ARDNŞ-dən sonra ikinci səhmdar olacaqdır.

Vurğulanmışdır ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlər təkcə boru kəmərləri ilə məhdudlaşmır. Yeni İpək Yolunun yaradılması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin və “Star” neft emalı zavodunun tikintisi bu əməkdaşlığın bariz nümunələridir.

Sonra konfrans çərçivəsində “Əsrin müqaviləsi”nin həyata keçirilməsində beynəlxalq tərəfdaşlıq” mövzusuna həsr olunan ikinci plenar sessiya keçirilmişdir.

Sessiyada məruzə ilə çıxış edən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev qeyd etmişdir ki, bu gün Azərbaycan sosial-iqtisadi inkişaf tempinə görə dünyada öncül yerlərdədir. Ölkə həyatının bütün sahələrində misilsiz yüksəliş göz qabağındadır. Bu nailiyyətlərin təməli isə 1994-cü il sentyabrın 20-də qoyulmuşdur. İyirmi il əvvəl xalqımızın ümummilli lideri Heydər Əliyev daxili və xarici müqavimətlərə baxmayaraq, 11 transmilli neft şirkəti ilə “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənilməsi və hasilatın pay bölgüsü haqqında” Sazişin imzalanmasına nail olmuşdur. Beləliklə, dünya bazarına yeni mənbədən yüksək keyfiyyətli əlavə neftin çıxarılması ilə Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsi qoyulmuşdur.

R.Abdullayev qeyd etmişdir ki, sonrakı illərdə xarici tərəfdaşlarla birgə fəaliyyət dövründə şaxələndirilmiş neft-qaz kəmərləri sistemi yaradılmış, enerji sektoruna 50 milyard dollardan artıq sərmayə yatırılmış, yeni yataqlar, o cümlədən nəhəng “Şahdəniz” qaz-kondensat yatağı, “Əşrəfi”, “Qarabağ” yataqları, son illərdə “Abşeron” yatağı, habelə ARDNŞ-in daxili qüvvələri hesabına “Ümid” yatağı aşkar edilmişdir. Azərbaycan uzunmüddətli perspektiv üçün öz enerji təhlükəsizliyini tam təmin etmiş, region ölkələrindən Gürcüstan və Türkiyənin enerji təhlükəsizliyində etibarlı təchizatçı kimi mühüm rol almışdır. Yeni neft strategiyası çərçivəsində görülən işlər, qazanılan nailiyyətlər ölkə iqtisadiyyatının etibarlı təməlini daha da möhkəmləndirmiş, Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafının lokomotivinə çevrilmişdir. Qeyri-neft sektoru güclənmiş, ümumi daxili məhsulda onun xüsusi çəkisi artmışdır.

Diqqətə çatdırılmışdır ki, şirkətin başlıca prioritetləri dənizdə və qurudakı yataqlarda, xüsusilə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda hasilatın stabilliyinin mümkün qədər uzun müddət saxlanılması və artırılması, “Şahdəniz-2” layihəsi üzrə hasilata başlanılması və qazın nəqli üçün qarşıda duran vəzifələrin operativ və yüksək keyfiyyətlə həyata keçirilməsi, istismarda olan digər qaz yataqlarının potensialından səmərəli istifadə etməklə, yeni kəşf olunmuş yataqlarda və perspektiv strukturlarda axtarış-kəşfiyyat işlərinin intensivləşdirilməsidir. Həmçinin neft emalı və neft-kimya sənayesi müəssisələrinin tələbata uyğun modernləşdirilməsi və yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi istismara buraxılanadək ölkənin tələbatının ödənilməsi, müasir neft-qaz emalı və kimya istehsalatı zəncirinin yaradılması, xaricdəki investisiya layihələrinin davam etdirilməsi və ölkə xaricində perspektivli hasilat və kəşfiyyat əməliyyatlarında fəal iştirak etmək də bu prioritetlərə daxildir.

Qeyd edilmişdir ki, ötən 20 ildə qazanılmış ən mühüm nailiyyətlərdən biri də Azərbaycanın təbii qaz ölkəsi kimi dünyanın diqqət mərkəzinə gətirilməsidir. Avropa İttifaqı ölkələrinin enerji təminatında “Şahdəniz” layihəsinin ikinci mərhələsi xüsusi aktuallıq kəsb edir. Dünyanın dəniz akvatoriyalarında ən iri qaz-kondensat yataqlarından olan “Şahdəniz” yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmindədir. İstismarda olan “Şahdəniz-1” mərhələsinin hasilat gücü ildə 9 milyard kubmetr təbii qaz təşkil edir. Yatağın işlənilməsinin ikinci mərhələsi çərçivəsində hasilatın ildə minimum 16 milyard kubmetrə çatdırılması nəzərdə tutulmuşdur.

Bildirilmişdir ki, ARDNŞ xarici tərəfdaşları ilə birlikdə yaxın və orta perspektivdə neft-qaz hasilatının sabit saxlanılması və artırılması məqsədilə digər yataq və sahələrdə də məqsədyönlü işlərini davam etdirir. Mövcud layihələr üzrə görülən tədbirlər, eləcə də perspektiv strukturların potensialı nikbin proqnozlar üçün əsas verir. 2015-ci ildə ölkə üzrə qaz hasilatını laylara vurulan qaz istisna olunmaqla 20 milyard, 2025-ci ilədək isə 40 milyard kubmetrə çatdırmaq üçün böyük imkanlar vardır.

Sessiyada bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional vitse-prezidenti Pət Drohonun “Əlamətdar 20 il”, TAP boru kəməri layihəsinin icraçı direktoru Kjetil Tunglandın “TAP layihəsinin planlaşdırılmasında realizasiyaya doğru”, İranın Neft Nazirliyinin Avropa, Amerika və Xəzəryanı ölkələr üzrə idarəsinin baş direktoru Hüseyn İsmayili Şahmirzadinin “Enerji sektorunda İranın əhəmiyyəti”, “Botaş” şirkətinin baş direktorunun müavini Savaş Yanıkın “Enerji təhlükəsizliyi və Türkiyənin rolu” mövzularında məruzələri dinlənilmişdir.

Konfransın növbəti sessiyaları isə “Xəzər regionundan neft və qaz nəqlinin şaxələndirilməsi”, həmçinin “Qazın qiyməti və uzunmüddətli müqavilələr: mühüm neft-qaz layihələrinin davamlı inkişafının təmini” mövzularına həsr olunmuşdur.

Sessiyalarda Xəzər qazının Avropa bazarlarına nəqlində Türkiyənin rolundan, boru kəmərləri sistemlərinin kompleks mühafizəsi üçün innovasiya texnologiyalarından, Xəzər regionundakı ehtiyatların nəqlinin şaxələndirilməsində Gürcüstanın rolundan, Azərbaycan qazı üçün bazarlar və onların dəyişməsindən, Trans-Xəzər kəməri ilə əlaqədar hüquqi məsələlərdən və digər mövzulardan danışılmışdır.

Çıxışlarda mühüm neft-qaz layihələrinin fəaliyyət dövrünün idarə olunması diqqətə çatdırılmış, Azərbaycanın reallaşdırdığı layihələrin Avropanın enerji təhlükəsizliyindəki mühüm əhəmiyyətindən bəhs olunmuşdur.

Sessiyalarda maraqlı fikir mübadiləsi aparılmış və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

İyunun 5-də konfrans işini davam etdirəcəkdir.

“Iteca Caspian” şirkəti tərəfindən təşkil olunan, 30-dan çox ölkədən 500-dən artıq nümayəndənin iştirak etdiyi konfransda müxtəlif ölkələri təmsil edən aparıcı neft-qaz mütəxəssisləri ilə təcrübə mübadiləsi və yeni işgüzar əlaqələr qurmaq imkanı yaradılmışdır.

Konfransın baş sponsoru Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qaxda qanvermə aksiyası keçirilib

İmişlidə keçirilən regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

Volodimir Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir

Heydər Əliyev Mərkəzində konsert - Puççiniyə ithaf

Yağıntılı hava ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

İtaliyanın xəbər agentliyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazıb

Mixail Brızqalov: Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi və Rusiyanın Musiqi Muzeyi birgə sərgilər təşkil edəcək

Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib

Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı marafonunda birlikdə iştirak edəcəklər

Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

ADPU-nun Quba filialında Azərbaycan–Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi fəaliyyətə başlayıb

"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib

İƏT-in Aİ-dəki keçmiş daimi müşahidəçisi Azərbaycanın dinlərarası dialoqun qurulmasında təşəbbüskarlığını yüksək qiymətləndirib

Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini ölkəmizlə bölüşməyə hazırdır

YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub VİDEO

Bioelektrik siqnal şəbəkəsinin formalaşmasının molekulyar-struktur əsasları - elmi seminar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsil proqramı çərçivəsində dəyirmi masa təşkil edilib

Ekspert: Yeni tariflər elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmada sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib

Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir

Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var

"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib  YENİLƏNİB

® “Kapital Bank”ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi edib

AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub

Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub

Elm və Təhsil Nazirliyi ilə NAFSA arasında əməkdaşlıq imkanları müzakirə edilib

® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!

BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş

Albaniyalı akademik Azərbaycandakı dinlərarası harmoniya barədə məlumatlandırılıb

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib

ADNSU ilə Daşkənd Kimya Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb

Azərbaycan-Rusiya əməkdaşlığının nəqliyyat sahəsindəki inkişaf perspektivləri müzakirə olunub

Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə də elektron qaydada pensiya təyin olunacaq

Türkiyənin “Mədəniyyət yolu” festivalında Azərbaycanın iştirakı müzakirə edilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib

“Heydər Əliyev və milli mədəniyyət strategiyası” - tələbə-şagird konfransı

Amerika din xadimləri ilə görüşdə Azərbaycandakı tolerantlıq mühiti diqqət mərkəzində olub

Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib

Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında

Türkiyə-Azərbaycan Universiteti növbəti tədris ilində tələbə qəbuluna başlayacaq

Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır

® “GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcək

Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib

“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1063-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Lənkəranda vətəndaşların müraciətlərini dinləyib

San-Tome və Prinsipi ada dövləti Portuqaliyanın müstəmləkəçilik təzminatının ödənilməsi haqqında plan hazırlayır

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 avqust tarixli 359 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar

UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar tələbə konfransı keçirilib

Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 447 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası ərazisində dövlət  mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyi: 49 müəssisədə nöqsanlar aşkarlanıb

“Gələcək üçün bacarıqlar” layihəsinin növbəti inkubasiya proqramı təqdim olunub

“Vagaclub”un üzvü: Laçında gələcəkdə dağ alpinizminin inkişafı üçün əlverişli şərait var

Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyi bir sıra tədbirlərlə qeyd ediləcək

Rusiya və Tacikistan prezidentləri terrorizmə qarşı mübarizə məsələlərini müzakirə ediblər

Biləcəri qəsəbəsində qablaşdırılmış içməli su emalı müəssisəsində istehsal dayandırılıb

Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var

Alister Çarlz: İnanıram ki, Bakı Forumunda aparılan müzakirələr dünyada sülhün təmin olunmasına töhfə verəcək

Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub

Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib VİDEO

Botanik alimlər Azərbaycanda yayılmış “Artemisia” cinsi növlərini tədqiq ediblər

AIPA-nın Baş katibinə Azərbaycanda qadın hüquqlarının tarixi barədə məlumat verilib

Azərbaycanın U-19 yığması İrlandiya, İslandiya və Moldova ilə eyni qrupa düşüb

Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb

Elm və Təhsil Nazirliyi “Times Higher Education” ilə əməkdaşlığa başlayır

Kanada millisində çalışan azərbaycanlı məşqçi: Gimnastlarımı öz Vətənimdə keçirilən yarışa hazırlamaq qürurvericidir

Hərbi bilik yarışının qalibləri mükafatlandırılıblar

Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir

AzMİU-nun əməkdaşları bölgələrdə yuxarı sinif şagirdləri ilə görüşüblər

Dini konfessiyaların nümayəndələri Suqovuşan və Talışdakı Alban məbədlərini ziyarət ediblər VİDEO

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikasının Qanunu

Tələbə yoldaşlarımla birlikdə öyrənmək və biliklərimi onlarla bölüşmək qürurvericidir – peşə təhsili alan sahibkar

Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilib YENİLƏNİB

® İrşad müştərilərinə 5 milyon manatdan çox bonus qazandırdı

Alimlər piylənmənin yeni səbəbini tapıblar - Tədqiqat

Yunus Əmrə İnstitutunda "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan-Avstraliya Dostluq Qrupunun həmsədri ilə görüş keçirilib

Forum iştirakçısı: COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji imkanlarını nümayiş etdirməsi üçün əla fürsətdir

SOCAR: Şirkətin fəaliyyətində və strukturunda müəyyən dəyişikliklər nəzərdə tutulub

Moskvada Azərbaycan və Rusiya Baş nazirləri müavinlərinin görüşü keçirilib

Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər

“Bilişim Vadisi”nin direktoru: Azərbaycanın texnologiya ölkəsinə çevrilməsində dəstəyi davam etdirəcəyik

Konstitusiya Məhkəməsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

Baş prokuror Tərtər rayonunda 71 vətəndaşın müraciətini dinləyib

AQTİ-nin mütəxəssisləri Şabran rayonunda təlim, məsləhət və qiymətləndirmə xidmətləri həyata keçirib

® “PAŞA Holding”in dəstəyilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək

Norveçli səyyah: Azad olunmuş əraziləri ziyarət etmək bizim üçün çox maraqlı oldu VİDEO

Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb

İcraçı direktor: Azərbaycan dilində süni intellektin yaradılması üzrə işlər davam etdirilir