İDMAN
Bakının “İnter” futbol komandası Avropa Liqasının ikinci təsnifat mərhələsində
Bakı, 11 iyul (AZƏRTAC). İyulun 11-də Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Azərbaycanın “İnter” futbol komandası növbəti oyununu keçirmişdir.
AZƏRTAC xəbər verir ki, komandamızın rəqibi Finlandiyanın “Mariehamn” kollektivi olmuşdur.
Finlandiyanın Mariehamn şəhərindəki “Wiklöf Holding Arena” stadionunda keçən oyunda “İnter” rəqib komandanın qapısından iki cavabsız top keçirmişdir. Görüşdə Bakı təmsilçisinin heyətində Baçana Sxadadze və Vaqif Cavadov fərqlənmişlər.
Komandalar arasında keçirilən ilk oyunda qalib müəyyənləşməmişdi – 1:1. İki oyunun nəticəsinə əsasən, “İnter” komandası Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsinə yüksəlmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [12:23]
Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək
- 03.05.2024 [11:31]
"Gəncə" klubu rusiyalı voleybolçu ilə yollarını ayırıb
- 03.05.2024 [10:49]
"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri növbəti medalı qazanıblar
- 03.05.2024 [09:00]
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb
- 03.05.2024 [02:39]
Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə
- 03.05.2024 [02:04]