REGİONLAR
Balakəndə gənclərin iştirakı ilə maraqlı layihə: “Kitab fləşmobu”
Balakən, 7 avqust, Mustafa Dadaşov, AZƏRTAC
2017-ci il üçün “Azərbaycanın Gənclər Paytaxtı” elan edilən Balakən rayonunun gəncləri maraqlı layihənin iştirakçısına çevriliblər.
AZƏRTAC xəbər verir ki, gənclərin kitaba olan marağını artırmaq məqsədi ilə insanların daha çox toplaşdığı Heydər Əliyev Parkında təşkil olunan “Kitab fləşmobu”nda yüzlərlə gənc iştirak edib.
Balakən rayon Gənclər və İdman İdarəsinin nəzdində yaradılmış Aktiv Gənclər Klubunun və YAP rayon təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən aksiyanın məqsədi kitab oxumağı ictimai vərdişə çevirmək, insanların kitaba olan sevgisini artırmaqdır.
Aksiya zamanı Aktiv Gənclər Klubunun könüllüləri insanların gözü önündə ucadan kitab oxumaqla ətrafdakıların diqqətini özlərinə cəlb ediblər.
Həmçinin “Azərbaycan Könüllülük Xidməti” Proqramının nümayəndələri tərəfindən fəal gənclərə yeni kitablar da hədiyyə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [17:45]
Naxçıvan şəhərində evdə yanğın olub
- 30.04.2024 [17:06]
ETSN rəsmisi: Şam ağaclarının qurumasının əsas səbəbi zərərvericilərdir
- 30.04.2024 [16:33]
Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO
- 30.04.2024 [16:32]
Laçının şəfalı bitkiləri qablaşdırılaraq satışa çıxarılır FOTO
- 30.04.2024 [16:28]
Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib
- 30.04.2024 [15:52]
Lənkəranda baş verən qəzada piyada ölüb
- 30.04.2024 [14:58]