DÜNYA
Baltikyanı ölkələrdə koronavirusa yoluxanların sayı artır
Tallinn, 24 aprel, AZƏRTAC
Estoniyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı artaraq 1605-ə çatıb. Ölkənin Səhiyyə Departamentinin məlumatına görə, epidemiyanın yayıldığı tarixdən bəri 46 min 281 nəfər müayinə olunub. İndiyədək bu ölkədə koronavirusdan 46 ölüm faktı qeydə alınıb.
Latviyada da son sutka ərzində koronavirusa yoluxanların sayı artıb. Hazırda virusa yoluxmuş xəstələrin sayı 784-dür. Epidemiyanın yayıldığı tarixdən indiyədək ölkədə 43 min 80 nəfər müayinə olunub. İndiyədək ölkədə virusdan 12 ölüm faktı qeydə alınıb.
Litvada isə son sutka ərzində koronavirusa yoluxanların sayı artaraq 1410-ə çatıb. Bu ölkədə 90 min 992 nəfər müayinə olunub. Ölkədə COVID-19-dan 40 ölüm faktı qeydə alınıb.
Hər üç ölkədə yeni yoluxma hallarının artacağı istisna olunmur.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn