Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Baş Dövlət Yol Polisi İdarəsində yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur

Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubovun iştirakı ilə Baş Dövlət Yol Polisi İdarəsində 2012-ci il ərzində yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müşavirəni giriş sözü ilə açan R.Usubov demişdir ki, daxili işlər orqanlarının (DİO) mühüm xidmət sahəsi olan yol polisinin üzərinə düşən əsas vəzifələrdən biri yol hərəkətinin tənzimlənməsi, baş verə biləcək qəzaların qarşısının alınması, insanların həyat və sağlamlığının yol qəzalarından qorunması və ümumilikdə yol hərəkəti təhlükəsizliyinin təmin olunmasıdır. Təəssüf ki, görülən bütün tədbirlərə baxmayaraq, il ərzində baş vermiş ağır yol-nəqliyyat hadisələrində ölənlərin sayının artması ciddi narahatlıq doğurur.

Baş idarənin rəisi, polis general-mayoru Ramiz Zeynalov geniş məruzə ilə çıxış edərək Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən ümumilikdə il ərzində 1 milyon 21 mindən çox yol hərəkəti qayda pozuntusu, o cümlədən sürət həddinin aşılması üzrə 133197, yolayrıcılarının keçilməsi qaydalarının pozulması üzrə 29466, ötmə qaydalarının pozulması üzrə 23101, nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 17912, sərnişindaşıma qaydalarının pozulması üzrə 5014 fakt aşkar edildiyini bildirmişdir.

Ötən il respublikanın avtomobil yollarında baş vermiş 2892 yol-nəqliyyat hadisəsi nəticəsində 1168 nəfər həlak olmuş, 2997 nəfər isə yaralanmışdır. Qeyd olunmuşdur ki, ötən il respublikada nəqliyyat vasitələrinin sayı 103 min artsa da, baş vermiş yol-nəqliyyat hadisələrinin sayı əvvəlki illə müqayisədə cəmi 2 fakt, həlak olanların sayı 152 nəfər artmış, yaralananların sayı isə 34 nəfər azalmışdır.

Məruzəçi demişdir ki, respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 86,3 faizi (2496) sürücülərin qayda pozmaları, o cümlədən 30,2 faizi (874) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 26,1 faizi (757) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıхma, 8,3 faizi (242) yolayrıcılarını keçmə qaydalarının pozulması, 3,3 faizi (96) nəqliyyat vasitələrinin sərхoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. Qəzaların 36,8 faizini (1065) piyadaların vurulması təşkil etmiş, nəticədə 393 piyada həlak olmuş, 749-u yaralanmışdır.

Müşavirədə çıxış edənlər görülmüş işlərdən, yol verilmiş nöqsanlardan və onların aradan qaldırılması üçün qarşıda duran vəzifələrdən danışmışlar.

Müşavirəyə yekun vuran daxili işlər naziri şəxsi heyətin diqqətini Azərbaycan Respublikası Prezidentinin “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” 2012-ci il 26 dekabr tarixli Sərəncamına yönəltmiş və Sərəncamdan irəli gələn vəzifələrin diqqətlə öyrənilməsini və icrasını tələb etmişdir.

Nazir yol qəzalarında insan ölümünün qarşısının alınması məqsədilə hadisələrin əsas səbəblərinə, habelə nəqliyyatın təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsində mühüm amillərdən olan yol hərəkətinin düzgün təşkilinə diqqət yetirilməsinin vacibliyini vurğulamışdır. Bu baxımdan sürət həddinin aşılması, yolayrıcılarının keçilməsi və ötmə qaydalarının pozulması hallarına yol verən, avtomobilləri sərxoş halda idarə edən sürücülərə qarşı daha ciddi mübarizənin aparılması və bu sahədə prinsipiallıq göstərilməsi müşavirə iştirakçılarının diqqətinə çatdırılmışdır.

Əməkdaşların iş şəraitinin və sosial problemlərinin həlli məsələlərinin daim nəzarətdə saxlanıldığını qeyd edən daxili işlər naziri hələ də bəzi əməkdaşlar tərəfindən xidmətdə neqativ hallara da yol verilməsinin mövcudluğundan narahatlığını bildirmişdir. Bunun nəticəsidir ki, təkcə ötən il ərzində 694 əməkdaş, o cümlədən 67-si korrupsiya hüquqpozmalarına görə cəzalandırılmış, 45 əməkdaş DİO-da xidmətdən xaric olunmuş, 17 nəfər isə tutduğu vəzifədən azad edilmişdir.

Eyni zamanda, general-polkovnik Ramil Usubov ağır xəsarətlə, xüsusən də ölümlə nəticələnən qəzaların daha az olması, onların sayının minimuma enməsi üçün bir daha bütün vətəndaşlara, hərəkət iştirakçılarına müraciət edərək yol hərəkəti qaydalarına riayət etmələrinin vacibliyini bildirmiş, bu sahədə maarifləndirmə və təbliğat işlərinin genişləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müdafiə Nazirliyi: “EFES - 2024” təlimi davam edir

İKZF: Fond tərəfindən sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb

Vitse-prezident: BP Azərbaycanın neft-qaz sektoruna 85 milyard dollar sərmayə yatırıb

AMEA: Akademik Həsən Əliyevə məxsus sənədlər elmi irs fonduna daxil edilib

Texasın şərqində daşqınlarla əlaqədar təxliyə göstərişi verilib

Forum çərçivəsində Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya işə başlayıb

Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək

Xətai Rayon Prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbir keçirilib

Vüqar Süleymanov: Ərazilərin minalarla çirklənməsi təbiətə də ciddi ziyan vurur

Ötən ay 141 mindən çox vətəndaş xüsusi şərtlərlə pensiya alıb

Bakıda Kukla Festivalının bağlanış mərasimi olub

Gert Jan Koopman: Aİ-yə üzv ölkələr həmrəylik göstərəndə mina sahəsində ortaya yaxşı iş qoya bilirik

Azərbaycan Prezidenti: Polşanın Cənubi Qafqazı əhatə edən mövqeyini yüksək qiymətləndiririk

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Hindistan aprel ayında Rusiyadan neft idxalını 20 faiz artırıb

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Andjey Dudaya

Türk Dövlətlərinin Animasiyası-2024 kataloquna daxil edilmək üçün animasiya əsərlərinin qəbuluna başlanılıb

Prezidentin köməkçisi: Mina problemi həm sülh prosesinə mane olur, həm də mədəni irsə ciddi ziyan vurur

Maliyyə naziri Samir Şərifov Tbilisidə bir sıra görüşlər keçirib

Müharibə və müstəmləkəçilik yaşamış sülh şəhəri – Hanoy VİDEO

Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi

Hikmət Hacıyev: Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur

“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıb VİDEO

Bu il ekoloji hüquqpozma faktları üzrə 25 cinayət işi başlanılıb

Latviyalı gimnast: Azərbaycan idmançılarını özümə əsas rəqiblərdən hesab edirəm

Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir - ŞƏRH

Viktor Orban: Avropa liderləri odla oynayırlar

Bakı Forumunun iştirakçıları Xalq rəssamı Sakit Məmmədovun emalatxanasında olublar

Azərbaycan mədəniyyətlərarası dialoqu qlobal miqyasda təşviq edir ŞƏRH

Hicran Hüseynova: Medianın cəmiyyətdə əhəmiyyəti çox böyükdür

Şəhid övladları intellektual oyunda biliklərini sınayıblar

ATMU tələbələri peşəkar bacarıq və karyera imkanlarından faydalanmaqda maraqlıdırlar

HƏMAS İsrailin Qəzzada atəşkəs barədə təklifini nəzərdən keçirir

"Gəncə" klubu rusiyalı voleybolçu ilə yollarını ayırıb

“Qiraət axşamı”nda Məhəmməd Füzulinin qəzəlləri səslənib

Nazir: Son 5 ildə Azərbaycanda minimum pensiya 2,5 dəfə artıb

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilir

Komitə sədri: Cinayət törədən və ya cinayətə məruz qalmış uşaqlarla bağlı xəbərlərin yayılmasında xüsusi yanaşma lazımdır

Bеynəlxalq Söz və Mətbuat Azadlığı Gününə həsr olunmuş kitab sərgisi açılıb

Sahil Babayev: Müharibə iştirakçılarına dəstək tədbirlərinin artırılması planlaşdırılır

® Yüksək faizli depozit kampaniyası davam edir

Alimlər oranqutanqın bitki ilə yaraları müalicə etməsini öyrənir

Gələn ay müəllimlərin sertifikatlaşdırılması imtahanı keçiriləcək

Mayın 15-dən iyunun 15-dək respublika ərazisində “Təmiz hava” aylığı keçiriləcək

“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib

Xalq artisti Ramiz Quliyevlə gənclərin görüş-konserti olub

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib

Milli Xalça Festivalı ilə əlaqədar İçərişəhərə giriş məhdudlaşdırılacaq

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib

Polkovnik: Dünənki Sərəncam bütün veteranlara olan diqqət və qayğının təzahürüdür

İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək

Nazir: Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsədimizdir

Tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılır

Ruandada güclü yağışlar nəticəsində 50-yə yaxın insan həlak olub

İcraçı direktor: Azərbaycan jurnalistikaya olan ictimai etimadın daha da möhkəmləndirilməsində maraqlıdır

Birinci siniflərə qəbul üçün yaradılan alternativ qeydiyyat mərkəzlərində 767 valideynə dəstək göstərilib

Əhməd İsmayılov: Ölkəmizdə medianın obyektiv və qərəzsiz məlumat hazırlaması üçün hər cür şərait yaradılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri növbəti medalı qazanıblar

Bu gündən birinci siniflərə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi başlanır

BANM ilə Daşkənd Kimya Texnologiya İnstitutu arasında əməkdaşlıq imkanları genişlənir

“Mahşərəf Məsturənin poeziyası” kitabı çapdan çıxıb

Paris Olimpiadasında qaçqınlar yığması ilk dəfə öz loqosu ilə yarışacaq

BMT 2026-cı ili “Beynəlxalq Qadın Fermerlər İli” elan edib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir

İrandan Azərbaycana 87 kiloqram narkotik vasitə gətirən Neftçala rayon sakini saxlanılıb VİDEO

Bu gün Xalq artisti Kamal Xudaverdiyevin doğum günüdür

Qızıl medal qazanan avarçəkən: Növbəti yarışlarda da birinci olmağa çalışacağam

Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş elektron məlumat bazası hazırlanıb

Laçının Sus kəndinə köç prosesi ilə əlaqədar keçirilən püşkatmada yaranan narazılığa aydınlıq gətirilib

Pakistanda avtobus qəzası nəticəsində 15 nəfər ölüb

DİN: Ötən gün 20 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Ali təhsil müəssisələrinə qəbul imtahanına abituriyentlərin qeydiyyatı sona yaxınlaşır

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

“Xələfli” sərhəd zastavası əsaslı təmirdən sonra istifadəyə verilib VİDEO

Nasist liderin yaşadığı evdən 5 skelet tapılıb

BDU-nun Astrofizika kafedrası: G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb

Ağdamda avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olunub

Hüquq müdafiəçisi: Azərbaycan mədəniyyətlərarası dialoq məkanıdır

Braziliyada daşqınlar 30 nəfərin həyatına son qoyub

İspaniyada tapılan qılıncın mədəni mənsubiyyəti sübut edilib

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-da aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub