REGİONLAR
Batabat yaylağında daha bir musiqili bayram tədbiri təşkil olunacaq
Şahbuz, 22 iyun, AZƏRTAC
Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Batabat yaylağında daha bir musiqili tədbir keçiriləcək.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, iyunun 26-sı saat 11:00-da başlayacaq bayram tədbirində Şahbuz rayonunun musiqi, rəqs və folklor qruplarının milli geyimdə çıxışları təqdim ediləcək. Tədbir çərçivəsində Şahbuz rayon məktəblilərinin bacarıqları nümayiş etdiriləcək, istedadlı qadınların əl işlərinin sərgi-satışı təşkil olunacaq.
Turistlər və qonaqlar milli mətbəx nümunələrimizdən də dada biləcək, iaşə xidmətindən yararlanacaqlar.