İQTİSADİYYAT
Bayram ərəfəsində Bakı Beynəlxalq Avtovağzalı 50 mindən çox sərnişinə xidmət göstərəcək
Bakı, 25 dekabr, Elvin Camalov, AZƏRTAC
Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) dekabrın 21-dən gücləndirilmiş iş rejimində çalışır və bu, yanvarın 5-dək davam edəcək.
Bu barədə AZƏRTAC-a BBAK-ın mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova deyib.
O bildirib ki, sərnişinlər artıq indidən biletləri kassalardan və onlayn qaydada əldə etməyə başlayıblar. Biletlərin ən çox satıldığı günlər dekabrın 28, 29 və 30-dur və sərnişinlərin ən çox sıxlığı da bu tarixlərdə gözlənilir. Həmin günlər 50 mindən çox, gün ərzində isə 17-19 min arası sərnişinin daşınacağı nəzərdə tutulub.
P.Məmmədova qeyd edib ki, sıxlığın proqnozlaşdırıldığı günlər ehtiyat avtobuslar ayrılacaq, gücləndirilmiş rejim kassaların fəaliyyətində, məlumat mərkəzinin, xüsusən də sərnişindaşıma şöbəsinin işində özünü göstərəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]