İQTİSADİYYAT
Bayram günlərində işləyəcək bank, poçt və valyuta dəyişmə məntəqələri açıqlanıb
![Bayram günlərində işləyəcək bank, poçt və valyuta dəyişmə məntəqələri açıqlanıb](/files/2024/2/1200x630/17183683881035626747_1200x630.jpg)
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 15-19-u qeyri-iş günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.
Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 15 bankın 158 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 9 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 72 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 5 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 1-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.
Bayram günlərində iş qrafiki:
Banklar - https://uploads.cbar.az/press-releases/b06e18d16c4faad8ebec62743.pdf
“Azәrpoçt” MMC - https://uploads.cbar.az/press-releases/d2b2423754cf425dc57c8ee52.pdf
Valyuta mübadilə məntəqələri - https://uploads.cbar.az/press-releases/8ea67bb2824c1dac25568b9f9.pdf