ELM VƏ TƏHSİL
BDU-nun “Gənc istedadlar” liseyinin məzunlarından 6-sı qızıl, 1-i gümüş medala layiq görülüb
![](/files/galleryphoto/2019/2/1200x630/15647481583557124649_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/15647481581760540425_1200x630.jpg)
Bakı, 2 avqust, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) “Gənc istedadlar” liseyinin məzunlarından 6-sı qızıl, 1-i gümüş medala layiq görülüb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, 2018-2019-cu tədris ilində liseyi bitirən məzunlardan Nəzrin Abiyeva, Vəfa Babanlı, İmran Cəbrayılov, İsmayıl Eyyub, Banuçiçək Qəhrəmanlı, Nəzrin Taba-Tabai qızıl, Tofiq Əliyev isə gümüş medalla təltif olunub.
BDU-nun rektoru Elçin Babayev medala layiq görülən məzunlar və onların valideynləri ilə görüşüb. Məzunları təbrik edən rektor onlara gələcək təhsillərində uğurlar arzulayıb.
Məzunlar və valideynlər universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Görüş məzunlara medalların və xüsusi nümunəli attestatların verilməsi ilə başa çatıb.
Xatırladaq ki, Təhsil naziri Ceyhun Bayramov “Ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında” əmr imzalayıb. Əmrə əsasən, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 112 məzun qızıl, 67 məzun gümüş medalla təltif olunub.