Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Belçikada “Tələbələrin ali təhsil müəssisələrinin idarəçiliyində iştirakı” mövzusunda beynəlxalq konfrans keçirilib

Bakı, 2 may, AZƏRTAC

“Sərhədsiz Tələbə İştirakçılığı” (Student Participation without Borders - STUPS) layihəsinin Avropa İqtisadi və Sosial Komitəsi (AİSK) və Avropa Tələbə İttifaqı ilə birgə təşkilatçılığı çərçivəsində Belçikanın Brüssel şəhərində “Tələbələrin ali təhsil müəssisələrinin idarəçiliyində iştirakı” mövzusunda beynəlxalq konfrans keçirilib.

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyindən AZƏRTAC-a bildirilib ki, İctimai Birliyin sədri Ülvi Əlizadə adıçəkilən konfransda iştirak etmək üçün Belçikanın Brüssel şəhərinə səfər edib.

Bununla bərabər, səfər çərçivəsində bir sıra Avropa və qlobal gənclər şəbəkələrinin rəhbərləri ilə, eləcə də Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyində görüşlər olub.

Avropa üzrə 20 milyondan çox tələbəni, dünya üzrə isə 122 ölkədən 200-dən çox gənclər təşkilatını bir araya gətirən Qlobal Tələbə Forumu (QTF) İdarə heyətinin üzvü Karmen Romero ilə keçirilən görüş zamanı “Bir Könüllü” təşkilatının QTF-yə üzv qismində qoşulması, birgə layihələrin icrası perspektivləri, eləcə də digər mümkün tərəfdaşlıq imkanları müzakirə edilib.

Qeyd olunub ki, QTF-nin əsas məqsədi təhsil, eləcə də dövlət siyasətinin digər istiqamətlərində qərarların qəbulu prosesində məktəb və universitet tələbələrinin iştirakına dəstək göstərməkdən ibarətdir.

Sonra, Avropa Gənclər Forumunun (European Youth Forum) Üzvlük məsələləri və potensialın gücləndirilməsi üzrə məsul şəxsi Daşa Koribanisova və İdarəetmə məsələləri üzrə məsul şəxsi Maqali Hübers ilə görüş olub.

Görüş çərçivəsində tərəflər təmsil etdikləri qurumlar barədə ümumi məlumat verərək “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və Avropa Gənclər Forumu arasında mümkün əməkdaşlıq və birgə layihələrin icrası imkanlarını müzakirə ediblər.

Bundan əlavə, Ülvi Əlizadə Belçikanın Antverp şəhərində “Service Civil International” (SCI) təşkilatının prezidenti Hemamali Perera ilə görüşüb.

Görüşdə ikitərəfli əməkdaşlıq perspektivləri, tələbə gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsi üzrə Azərbaycan təcrübəsi, gənclərin post-münaqişə dövründə sülh quruculuğuna verə biləcəyi töhfə, eləcə də birgə layihələrin icrası imkanları müzakirə olundu. Əldə olunan razılaşmaya görə, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi yaxın zamanda “Service Civil International” təşkilatının BEES (Better Evaluations and Exchange Support) adlı işçi qrupuna qoşulmaq üçün müraciət edəcək. Adıçəkilən işçi qrupunun məqsədi könüllülərin mübadiləsinin keyfiyyətinin artırılmasından ibarətdir. Görüşün yekununda təşkilatın prezidenti Hemamali Pereraya Qarabağ xalçaları haqqında kitab hədiyyə edilib.

Qeyd olunub ki, “Service Civil International” təşkilatı 1920-ci ildə yaradılıb və 40 üzv, eləcə də 90 tərəfdaş təşkilatı bir araya gətirir. Qurumun əsas məqsədi yaşından və milli mənsubiyyətindən asılı olmayaraq insanları beynəlxalq könüllü layihələrə cəlb etməkdən və sülh mədəniyyətinin təşviqindən ibarətdir. SCI tərəfindən Fransa, İsveçrə, Böyük Britaniya, Hindistan və bir sıra digər ölkələrdə konfrans və düşərgələr təşkil olunur.

“STUPS” layihəsi çərçivəsində baş tutan “Tələbələrin ali təhsil müəssisələrinin idarəçiliyində iştirakı” mövzusunda beynəlxalq konfransda Avropanın aparıcı gənclər təşkilatlarının, beyin mərkəzlərinin və ali təhsil müəssisələrinin nümayəndələri tələbələrin universitetin fəaliyyətində və idarə olunmasında inklüziv iştirakçılığının təmin olunmasına dəstəyin göstərilməsinin mümkün yollarını və post-pandemiya dövrünün bu sahədə yaratdığı yeni reallıqları müzakirə ediblər.

Səfərin yekununda Ülvi Əlizadə “Avropa Demokrat Tələbələri” (European Democrat Students - EDS) təşkilatının icraçı direktoru Françesko Sismondini ilə görüşərək ikitərəfli əməkdaşlıq imkanları barədə danışıblar.

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin əsas məqsədi Azərbaycanın sosial və iqtisadi inkişafında əhəmiyyətli rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, könüllülük fəaliyyətini stimullaşdırmaq və tələbələrin dərsdənkənar asudə vaxtlarının səmərəli dəyərləndirilməsi məqsədi ilə müvafiq tədbirlər görmək, eləcə də bu istiqamətlərdə layihələr icra edərək gənclərin şəxsi inkişafına töhfə verməkdən ibarətdir.

Təşkilatın fəaliyyəti 6 il ərzində 11 region, 26 ali təhsil və 18 orta ixtisas təhsil müəssisəsini, eləcə də 27 mindən çox tələbə-könüllünü əhatə edə bilib. İndiyədək 750-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək göstərilib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün seçim idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək VİDEO

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb

Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək

Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri - doktorantlar üçün mühazirə

Almaniya Moskvadakı səfirini geri çağırır

Yasamalda taksi sürücülərini dələduzluq edərək aldadan və motosiklet oğurlayan şəxslər saxlanılıblar VİDEO

Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb

Azərbaycan dili, tarix və fizika fənləri üzrə olimpiadaların nəticələri açıqlanıb

Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb

AZAL bu yay 60-a yaxın istiqamətdə aviareys həyata keçirəcək

® ABB “Mastercard”ın 2 mükafatını qazanıb

Rəsədxana: Mayın 8-də geomaqnit qasırğası olması ehtimalı var

Ekspert: Süni intellektin tətbiqi ekologiyanın qorunmasına yeni imkanlar yaradır

“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib

Baş Prokurorluq: Qubadlı rayonunda sümük fraqmentinin aşkarlanması ilə bağlı araşdırma aparılır

Mərkəzi Bankda banklararası bazarda mövcud olan meyillər müzakirə olunub

Türkiyədə milli rəqslərimizin daha geniş təbliği ilə bağlı layihələr həyata keçiriləcək

Telefon rabitəsi xidmətləri zamanı tariflərdən əlavə ödənişlərin tələb edilməsi aşkar edilib

Stokholm 2026-cı ildə yelkənli idman üzrə dünya çempionatına ev sahibliyi edəcək

Dmitri Peskov: Qərb NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyir

® “Kapital Bank”ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

“Tesla” Hindistan şirkətini məhkəməyə verib

Gürcüstan Qərbin riyakar siyasətini yaxşı xatırladığı üçün yenidən şirin vədlərə aldanmaq istəmir ŞƏRH

Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb

Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb

Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq

Demokratların Nümayəndələr Palatasındakı lideri Ukraynaya qoşun göndəriləcəyini istisna etmir

Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı daha böyükdür

Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub