BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN HÜQUQİ TƏNZİMLƏNMƏSİ ÜÇÜN MÜKƏMMƏL QANUNVERİCİLİK BAZASI VARDIR
Milli Məclisin regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə AZƏRTAC-a bildirmişdir ki, bələdiyyələrin fəaliyyətini tənzimləyən 20-dən çox qanun, 500-dək normativ-hüquqi akt qəbul olunmuşdur. Əmək Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən notariusların funksiyaları da tədricən bələdiyyələrə veriləcəkdir. Kəndli təsərrüfatlarının qeydiyyatı məsələsi də bələdiyyələrə həvalə olunmuşdur.
A.Rəhimzadə demişdir ki, yerli özünüidarə orqanlarının fəaliyyətinin genişləndirilməsi, bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi, bələdiyyə qulluqçularının statuslarının artırılması və sosial problemlərinin həlli ilə bağlı daha bir neçə yeni qanun layihəsi hazırlanır.