İQTİSADİYYAT
Beynəlxalq Enerji Agentliyi: İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı üzrə neft ehtiyatları azalıb
Bakı, 16 yanvar, AZƏRTAC
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) üzrə neft ehtiyatları azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarı üzrə aylıq hesabatında deyilir.
Hesabata görə, ötən ilin noyabr ayında OECD üzrə neft ehtiyatları 2,9 milyon barrel azalaraq 2 milyard 912 milyon barrelə düşüb. Lakin buna baxmayaraq, ehtiyatlar son 5 ilin orta illik göstəricisindən 8,9 milyon barrel çoxdur.