İQTİSADİYYAT
Biləcəri stansiyasında yubiley tədbiri keçirilmişdir
Bakı, 29 sentyabr (AZƏRTAC). “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Biləcəri stansiyasında dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
QSC-dən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının dövlət müstəqilliyinə qovuşması yolunda xalqımızın üzləşdiyi çətinliklərdən, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı sayəsində ölkəmizin dirçəliş dövrünə qədəm qoymasından söhbət açmışlar. Həmçinin dəmir yolunda müstəqillik illərinin əvvəllərində mövcud problemlər, onların həlli istiqamətində görülmüş işlər və hazırda QSC tərəfindən həyata keçirilən irimiqyaslı layihələr qeyd edilmişdir.