CƏMİYYƏT
Biləsuvar rayonundakı tədbirdə iştirakçılara narkomaniyanın insanların həyat və sağlamlığına mənfi təsirləri barədə məlumat verilib
Bakı, 11 iyun, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun və Biləsuvar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 26 iyun BMT-nin Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü ilə əlaqədar tədbir keçirilib.
Dövlət Komissiyasının işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə rayon üzrə müvafiq komissiyanın üzvləri ilə müzakirələr aparılıb, qarşıya qoyulmuş vəzifələrin daha da səmərəli icra olunması üçün lazımi tövsiyələr verilib.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupun rəhbər müavini, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı və rayon üzrə komissiyanın nümayəndələri iştirak ediblər.
Tədbirdə narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim olunub.