ELM VƏ TƏHSİL
BİOLOGİYA FƏNNİNDƏN HAZIRLANAN VƏSAİTLƏ BAĞLI MÜZAKİRƏLƏR APARILMIŞDIR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, biologiya fənni üzrə elmi-metodiki seminar keçirilmişdir.
Ayrı-ayrı təhsil müəssisələri nümayəndələrinin və Azərbaycan Milli Elmlər Akademiyası mütəxəssislərinin iştirak etdikləri seminarda biologiya fənninə dair hazırlanan vəsaitlə əlaqədar müzakirələr aparılmışdır.
Alimlər, mütəxəssislər vəsaitlə bağlı rəy və təkliflərini bildirmişlər.
Əsas diqqət orta məktəblərdə qüvvədə olan biologiya dərsliklərindəki mübahisəli məsələlərə yönəldilmişdir. Bitkilərdə öz-özünə tozlanma, meyoz bölünmənin müxtəlif formaları, partenogenez və quşların təkamülü ilə bağlı elmi məlumat və tədris materialları geniş müzakirə olunmuşdur. Vəsaitdə bu mövzulara dair müasir dövrdə nəşr olunmuş ədəbiyyatlardakı məlumatların verilməsi qərara alınmışdır.