İQTİSADİYYAT
Birinci rübdə ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 1,1 milyard dollar kəsir olub
Bakı, 11 iyun, AZƏRTAC
Birinci rübdə ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 1,1 milyard dollar kəsir, qeyri-neft sektoru üzrə isə 164 milyon dollar profisit olub.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, nəticədə ilkin gəlirlər balansında kəsir 4,8 dəfə artaraq 1 milyard dollar təşkil edib.
İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 1,8 milyard dollar olub. Bunun 77,3 faizi (1.4 milyard dollar) Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edib. Bu məbləğin isə əsas hissəsini xarici investorların payına düşən gəlirlərin repatriasiyası (o cümlədən 1,1 milyard dollar beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft və təbii qaz şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (166,9 milyon dollar), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (52,5 milyon dollar) və digər ödənişlər (78.3 milyon dollar) təşkil edib.