Azərbaycan Dövlət İnformasiya Agentliyi

“BMS Aqro”nun brend məhsulları: keçi südü, keçi pendiri, keçi yağı... VİDEO

KETCHI markalı məhsullar “Azerbaijan breakfast” milli səhər yeməyinin menyusuna daxil edilib 

Ağcabədi, 16 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Son vaxtlar mağazalarda KETCHI markalı brend məhsullar - keçi südündən hazırlanmış pendir, şor, yağ görünməyə başlayıb. İstehlakçılarda maraq oyadan bu nadir məhsullar “BMS Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycanda ilk böyük damazlıq keçi və qoyun təsərrüfatında istehsal olunur.

Ağcabədi rayonunun Cəfərbəyli kəndində yaradılan təsərrüfata Hollandiya və Fransadan 3500 baş keçi, həmçinin 1000 başa yaxın qoyun gətirilib. “Saanen” və “Alpin” cinslərindən olan keçilər, “Asaf” və “Şarole” cinsli qoyunlar məhsuldarlığı və südünün keyfiyyətinə görə ən yüksək göstəricilərə malikdir. Təsərrüfatın KETCHI markası ilə satışa çıxardığı keçi südü, keçi şoru, keçi pendiri, Qarabağ motal pendiri və keçi yağı kimi brend məhsullar “Azerbaijan breakfast” milli səhər yeməyinin menyusuna da daxil edilib.

AZƏRTAC-ın müxbiri təsərrüfatda olub və “BMS Aqro” MMC-nin təsisçisi Mülhazi Balakişiyevdən müsahibə alıb.

- Siz Azərbaycanda yeganə böyük damazlıq keçi və qoyun təsərrüfatının sahibisiniz. Bu ideya necə yarandı?

- Avropa ölkələrində olarkən körpələrin və xəstə insanların keçi südü və süd məhsullarından çox istifadə etməsi diqqətimi cəlb etdi. Bununla maraqlanmağa başladım. Gördüm ki, bazarda bu məhsullara böyük tələbat var. Çox yerdə inək pendiri oxşar olsa da, keçi və qoyun pendiri fərqlənir. Qərara aldıq ki, biz də Azərbaycan keçi pendiri istehsal edib dünya bazarına çıxaraq. Qarabağ keçi motal pendirini Azərbaycan brendi kimi xaricə ixrac etməklə, bu nemətin bizə məxsus olduğunu dünyaya göstərək.

- Qoyun və keçini ilk vaxtlar xaricdən alırdınız. Çəkilən xərc özünü nə dərəcədə doğruldur?

- Əvvəlcə qeyd edim ki, təsərrüfatı yaradarkən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə etmişik. Keçi və qoyunları isə “Aqrolizinq” ASC-nin xətti ilə güzəştli şərtlərlə almışıq. İki ildir bazardayıq. İlk vaxtlar məhsul istehsalına çəkilən xərcləri çətinliklə çıxarırdıq. Hazırda bu sahədə işlər yoluna düşür.

- Həm damazlıq heyvan yetişdirir, həm də süd istehsalı və emalı ilə məşğul olursunuz. Yəqin ki, bu uğurun əsasında bir amil - biznesin düzgün qurulması, təsərrüfatçılıq səriştəsi dayanır.

- Hər bir biznes düzgün idarəçilik tələb edir. Sahibkarlıqla məşğul olmaq və uğur qazanmaq üçün sadəcə olaraq real ideya, layihə lazımdır. İş adamının uğurunun bir düsturu var - niyyətini təmiz et, işinin üstündə ol! Son illər ölkəmizdə sahibkarlığın inkişafına xüsusi diqqət var. Prezident bununla bağlı ciddi tapşırıqlar verib, sahibkarları himayəyə götürüb. Yerli icra hakimiyyəti böyük məmnuniyyətlə torpaq sahəsi ayırır, iş qurmağa lazımi şərait yaradır. Sahibkarlığa Kömək Milli Fondu güzəştli kredit ayırır, “Aqrolizinq” ASC avadanlıq, texnika və heyvanlarla təmin edir. Sahibkara yalnız işi düzgün təşkil etmək qalır.

- İşə başladığınız ilk vaxtları necə xatırlayırsınız? Bürokratik əngəlləri, əsassız yoxlamaları nəzərdə tuturuq.

- Təbii ki, ilk vaxtlar biz də müəyyən problemlərlə üzləşmişik. Xüsusilə əsassız, vaxt aparan yoxlamalar bizi çox yorurdu. Məhsul üçün sertifikatları çətinliklə alırdıq. Süründürməçilik, maneələr olurdu. İndi isə bütün bu problemlər aradan qalxıb. Biz bunu alqışlayırıq. Çalışırıq ki, yaradılan bu şərait müqabilində sosial-iqtisadi inkişafa öz töhfəmizi verək. Bu həssas məqamda məhsulların qiymətini mümkün qədər sabit saxlayaq, bacardıqca yeni iş yerləri açaq. Hörmətli Prezidentimizə və dövlətimizə dəstək olaq.

- Söz düşmüşkən, Prezident İlham Əliyev özəl sektorun qarşısında yaşıl işıq yandırıb, iş adamlarına maneçilik törədən məmurlara ciddi xəbərdarlıq edib. Bu istiqamətdə əsaslı islahatlar aparılır. Bir sahibkar kimi yaranmış yeni şəraitdən necə bəhrələnirsiniz?

- Bu gün ölkəmizdə özəl sektora yüksək dövlət dəstəyi göstərilir. Bir çox prosedurlar sadələşdirilib, iş adamları vergidən azad edilib, əsassız yoxlamalar, bürokratik əngəllər aradan qaldırılıb. Sahibkarlara fəaliyyətlərini, bizneslərini daha da inkişaf etdirmək üçün gözəl imkanlar yaradılıb. Biz də yaranmış imkandan istifadə edərək, 10 ildir fəaliyyəti dayanmış yun emalı fabrikini işə saldıq. Bu, regionda önəmli hadisə kimi qarşılandı. İstehsal gücü sutkada 14 ton, ildə isə 5 min tona yaxın olan fabrikdə 30 nəfər işlə təmin edilib. Fabrik tam gücü ilə fəaliyyət göstərəndə işçilərin sayı 75-ə çatdırılacaq. Damazlıq qoyunçuluq təsərrüfatımız buna əlverişli şərait yaradır. Bizim qoyunların yunu xalçaçılıq sənayesi üçün əvəzsizdir. İnanıram ki, Azərbaycan yaxın zamanlarda dünya bazarına yun da çıxara biləcək.

- Doğrudan da müasir, modern bir təsərrüfat yaratmısınız. Ən qabaqcıl texnologiyalar tətbiq edir, xaricdən cins heyvanlar gətirirsiniz. Bu keçi və qoyunların yerli cinslərdən nə kimi üstünlükləri var?

- Tam əminliklə deyə bilərəm ki, uğurumuzun əsasında müasir təsərrüfatçılıq modeli dayanır. 11 hektar ərazini əhatə edən təsərrüfat hər biri 1500 başlıq 8 fermadan, təkə, revir, çəpiş üçün binalardan, baş ofis, sağımxana və sağımxana ofisindən ibarətdir. Binalar müasir qaydalara uyğun olaraq ana keçi, təkə, çəpiş və bala heyvanlar üçün ayrı-ayrılıqda nizamlanıb, onların xəstəliklərdən qorunması üçün lazımi şərait yaradılıb. Təsərrüfat ən müasir ferma avadanlığı - avtomatik yönəltmə və yemləmə, müasir paralel sağım sistemi və xüsusi texnikalarla təchiz edilib, işçilərin fəaliyyəti və istirahəti üçün hər cür şərait yaradılıb.

Yerli iqlimə asanlıqla uyğunlaşan, diri çəkisi 50-55 kiloqram, südünün yağlılığı 4-4,6 faiz olan “Saanen” və “Alpin” cinsli keçilərin hər biri laktasiya dövründə 800-1200 litr süd verir. Ətlik-südlük istiqamətli “Asaf” cinsli qoyunların süd verimi isə 250-450 litrdir. Onlar yerli cinslərlə müqayisədə 5-8 dəfə çox süd verirlər. Ətlik istiqamətli “Şarole” cinsli qoyunların 1 yaşında ət verimi 55-60 kiloqramdır. Bu qoyunlar bütün parametrlərə görə - yununa, ət, süd və bala veriminə görə yerli qoyunlardan üstündür.

- Bir qədər də təsərrüfatda istehsal edilən məhsullardan və bazardan danışaq. Məhsullarınızın satışı necə təşkil olunub? Xarici bazara çıxmaq imkanı nə dərəcədə realdır?

- Təsərrüfatda bir gündə orta hesabla 4 tondan çox süd sağılır. Emal müəssisəsində Qarabağ motal pendiri, duzlu pendir, təzə pendir, qəlib pendiri, şüyüdlü pendir, şor, kərə yağı və sair hazırlanır. Keçi südü inək südünə nisbətən yüngül və dadlıdır. Tərkibinə görə ana südünə yaxın olan keçi südü kalsium, maqnezium, vitaminlər və digər minerallarla zəngindir. Allergiya riski olmaması, qastrit, mədə-bağırsaq xəstəliklərinə qarşı müalicəvi xüsusiyyəti keçi südünün əsas üstünlüklərindən sayılır. Buna görə də keçi südünə hər yerdə, eləcə də ölkəmizdə böyük tələbat var.

Fevralın 8-də “Boulevard Baku” otelində Mədəniyyət və Turizm Nazirliyi və Milli Kulinariya Mərkəzinin birgə təşkilatçılığı ilə “Azerbaijan breakfast” - milli səhər yeməyi layihəsinin təqdimat mərasimi keçirilib. Təsərrüfatımızda istehsal edilən keçi südü, keçi şoru, keçi pendiri, Qarabağ motal pendiri və keçi yağı kimi KETCHI məhsulları “Azerbaijan breakfast” milli səhər yeməyinin menyusuna daxil edilib. “Azerbaijan breakfast” - milli səhər yeməyi kompleksi menyusu həm də əmtəə nişanı kimi Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində dövlət reyestrindən keçib. Azərbaycan xalqının milli və ənənəvi səhər yeməyi menyusuna daxil olan müxtəlif qida növlərinin, o cümlədən KETCHI məhsullarının milli və beynəlxalq hüquqla qorunan brend məhsul kimi “Azerbaijan breakfast” adı altında təbliği və təqdimatı nəticə etibarilə milli mətbəximizin nəinki ölkə daxilində, eləcə də xaricdə tanıdılmasına zəmin yaradacaq.

Məhsulların satışına gəlincə, biz ilk növbədə, daxili bazar üçün işləyirik. Məhsullarımız xüsusi avtomobillərlə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Zaqatala və digər şəhərlərdəki iri marketlərə çatdırılır. Bundan başqa, məhsulların xarici bazara çıxarılması üçün Rusiya Federasiyası, Ukrayna, Qətər və İraqla danışıqlar aparılır. Artıq Rusiyaya ilk məhsulumuzu göndərmişik. Bu yaxınlarda Türkmənistan və Birləşmiş Ərəb Əmirlikləri ilə də danışıqlara başlayacağıq.

- Fəaliyyətiniz, məhsullarınız idxal komponentlərindən nə dərəcədə asılıdır? Yemi haradan əldə edirsiniz?

- Heyvanların yemlənməsi xüsusi diqqət tələb edən məsələdir. Keçilərin yem rasionunun tərkibi yerli heyvanların yemindən fərqlənir. Biz onları keyfiyyətli yonca, arpa, soya, qarğıdalı, xüsusi süd yemi, quru yem və müəyyən edilmiş normalarda mərmər tozu, duz, kəpəklə yemləyirik. Bunların təxminən 36 faizini xaricdən gətirməli oluruq. İdxaldan asılılığı aradan qaldırmaq üçün yemi özümüz istehsal etməliyik. Artıq bu istiqamətdə işə başlamışıq. Ağcabədi rayonu ərazisində 1500 hektar torpaq sahəsi ayrılması üçün müvafiq orqanlara müraciət etmişik. Həmin torpaqlarda taxıl yetişdiriləcək, növbəli əkin sistemi tətbiq olunacaq. Beləliklə də, həm öz təsərrüfatımızı, həm də bölgədəki ailə-fermer təsərrüfatlarını yemlə təmin edə biləcəyik.

- Təsərrüfatı genişləndirmək barədə düşünürsünüzmü? Sizcə, özəl sektorun inkişafı üçün daha nəyə ehtiyac var?

- Təsərrüfatımızda 10 min baş heyvanın saxlanılması üçün şərait var. Əgər yem təminatımız olarsa, heç bir əlavə tikinti aparmadan heyvanların sayını iki dəfə çoxalda bilərik.

Hesab edirəm ki, özəl sektorun, xüsusən fermer təsərrüfatlarının inkişafı üçün kiçikhəcmli kreditlərin və “Aqrolizinq” ASC-nin xətti ilə alınan heyvanların pulunun ödəniş müddətini 3 ildən 5 ilədək uzatmaq faydalı olardı. Kreditlərin ödəniş müddətinin uzadılması kiçik ailə-fermer təsərrüfatlarının inkişafına, insanların məşğulluğunun və rifahının yaxşılaşmasına, ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfə verər. Müasir dövrdə ailə-fermer təsərrüfatlarının yaradılması olduqca zəruridir. 1-1,5 hektar pay torpağı olan kəndli ailəsi 8-10 baş keçi saxlamaqla, ayda azı 500 manat mənfəət götürə bilər. Qapımız yerli fermerlərin, biznesə yeni başlayanların üzünə açıqdır. Onlara bu işdə kömək göstərməyə hazırıq.

“BMS Aqro”nun brend məhsulları: keçi südü, keçi pendiri, keçi yağı... VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək