REGİONLAR
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsinin işğaldan azad edilmiş Füzuli rayonuna səfəri başlayıb
Füzuli, 22 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
İyunun 22-də BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinosun işğaldan azad olunmuş Füzuli rayonuna səfəri başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərin məqsədi Ermənistan silahlı qüvvələri tərəfindən işğal zamanı həyata keçirilən vandalizmin, Azərbaycanın tarixi-mədəni və dini irsinin məhv edilməsinin nəticələri ilə tanış olmaqdır.
BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini Azərbaycanın mədəniyyət naziri Anar Kərimov müşayiət edir.
Səfər iştirakçıları Qaraxanbəyli və Merdinli kəndlərində məscid və qəbiristanlıqda törədilmiş erməni barbarlığının izlərini öz gözləri ilə görüblər. Səfər davam edir.