Bolqarıstanda əhalinin orta yaşı yüksələrək 44,8-ə çatıb
Sofiya, 13 oktyabr, AZƏRTAC
Avropa Statistika Agentliyinin məlumatlarına əsasən, 2010-2020-ci illərdə Bolqarıstan əhalisinin orta yaşı 42,2-dən 44,8-ə yüksəlib. Bolqarıstandakı göstərici əhalinin orta yaşının 43,9 yaş olan Avropa İttifaqının orta rəqəmindən yüksəkdir.
Aİ əhalisinin yaşlanma tendensiyası bir faktdır. 200 -ci ildən bəri orta yaş beş il artmışdır. Aİ-nin bir çox ölkəsi gənclərin miqrasiyası və aşağı doğum nisbətləri də daxil olmaqla müxtəlif amillərə görə əhalinin qocalması problemi ilə üz-üzədir.
Ən ciddi vəziyyət Almaniya və İtaliyadadır. Əhalinin ən yüksək yaş həddinə malik beş bölgədən dördü Almaniyadadır. Bütün Aİ-nin lideri, əhalisinin orta yaşı 52 olan Almaniyanın Xemnitz bölgəsidir. Sonra siyahıda İtaliyanın Liguria bölgəsi gəlir, burda əhalinin orta yaşı 51,4 yaşdır. Avropa İttifaqında ən gənc əhali Kipr, Malta, İrlandiya və Lüksemburqda yaşayır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [19:03]
Rusiya miqrant işçilərin sağlamlığına nəzarəti gücləndirəcək
- 03.06.2026 [18:58]
İspaniyada isti havalarla bağlı rekord sayda ölüm halları qeydə alınıb
- 03.06.2026 [18:48]
Küveyt İran səfirliyinin iki əməkdaşını “arzuolunmaz şəxs” elan edib
- 03.06.2026 [17:18]
Avropa İttifaqı İsveçi sərhəd nəzarətini ləğv etməyə çağırır
- 03.06.2026 [16:45]