DÜNYA
Bosniya və Herseqovina EUFOR sülhməramlı missiyasının səlahiyyət müddətinin uzadılmasını istəyir
Sarayevo, 13 may, AZƏRTAC
Bosniya və Herseqovina Avropa İttifaqının (Aİ) bu ölkədəki sülhməramlı missiyasının (EUFOR “Althea”) səlahiyyət müddətinin uzadılmasını istəyir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Şefik Caferoviç deyib.
“Bosniya və Herseqovinanın qonşusu Serbiya sürətlə silahlanır. Xorvatiya isə seçki qanunvericiliyində islahatlarla bağlı Bosniya və Herseqovinanın daxili işlərinə qəbuledilməz şəkildə müdaxilə edir. Bosniya və Herseqovinanın Serb Respublikası idarəçilərinin separatçı siyasətləri ucbatından problemlərlə üzləşirik. Bütün bunlara görə noyabr ayında EUFOR-un səlahiyyət müddətinin uzadılmasının tərəfdarıyıq”, - deyə o qeyd edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo