DÜNYA
Bosniya və Herseqovinada şəxsiyyəti müəyyən olunmayan 22 nəfərin cəsədlərinin qalıqları birgə basdırılacaq
Sarayevo, 6 oktyabr, AZƏRTAC
Bosniya və Herseqovinada 1992-1995-ci illər müharibəsində öldürülən və şəxsiyyətini müəyyən etmək mümkün olmayan 22 nəfərə aid cəsədlərin qalıqları Vitez qəbiristanlığında tək tabutda dəfn olunacaq.
AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovina İtkin Şəxslər İnstitutunun məlumatına görə, dəfn olunacaq qurbanlar 1993-cü ildə Bosniya və Herseqovinanın mərkəzi bölgələrində öldürülüb. Cəsədlərin qalıqları çox kiçik olduğu üçün DNT analizi ilə onların şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.
Qeyd edək ki, cəsədlərin qalıqları 1998-ci ildə Mostar şəhəri yaxınlığındakı kütləvi məzarlıqda aşkarlanıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo