BÖYÜK BRİTANİYA VƏ ŞİMALİ İRLANDİYA BİRLƏŞMİŞ KRALLIĞININ KRALİÇASI ÜLYAHƏZRƏT II ELİZABETƏ
Ülyahəzrət,
Taxt-taca sahib olmağınızın 50 illiyi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Sizin Britaniya xalqı qarşısında xidmətləriniz və ölkələrimiz arasında əlaqələrin inkişafına töhfəniz Azərbaycanda yüksək qiymətləndirilir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Britaniya xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 may 2002-ci il