İDMAN
Braziliyada futbol üzrə dünya çempionatında qrup mərhələsi başa çatmışdır
Bakı, 27 iyun (AZƏRTAC). Braziliyada futbol üzrə dünya çempionatında hər qrupda dörd komandadan ikisinin mübarizədən kənarlaşdırılması üçün, başqa sözlə desək, hər qrupda dörd komandadan ikisinin digər ikisindən üstün olduğunu sübut etməsi üşün iki həftədən bir qədər az vaxt lazım gəlmişdir.
Lakin məlum olduğu kimi, toplananların yerini dəyişməklə cəm dəyişmir: Braziliyada futbol üzrə dünya çempionatının 1/8 finalında çıxış edəcək bütün cütlüklər artıq məlumdur.
Turnirin gedişində Avropa komandaları demək olar ki, bütün qrandlarını itirmişlər. Braziliyada Cənubi Amerika yığmalarının çıxışları sensasiya sayılmağa layiqdir.
Pley-off mərhələsində ilk raundun iştirakçıları bunlardır: Braziliya - Çili, Kolumbiya - Uruqvay, Niderland - Meksika, Kosta-Rika - Yunanıstan, Fransa - Nigeriya, Almaniya - Əlcəzair, Argentina- İsveçrə, Belçika - ABŞ.
Bu matçlar iyunun 28-dən iyulun 2-dək keçiriləcəkdir.