Azərbaycan Dövlət İnformasiya Agentliyi

BSU-da “Dil, media və zaman” mövzusunda elmi-praktik konfrans keçirilib

Bakı, 6 noyabr, AZƏRTAC

Noyabrın 6-da Bakı Slavyan Universitetində (BSU) Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə “Dil, media və zaman” mövzusunda elmi-praktik konfrans keçirilib.

BSU-dan AZƏRTAC-a bildiriblər ki, konfrans Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Dövlət dilinin KİV-də istifadəsi sahəsində problemlərin müzakirə edilib çıxış yolları axtarılması və problemlərin həlli istiqamətində təkliflərin hazırlanması barədə” tapşırığının icrası ilə əlaqədar olaraq keçirilib.

Konfransı giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva tədbirin mahiyyətindən danışaraq bildirib ki, “Dil, media və zaman” mövzusu peşəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşını maraqlandıran məsələdir. Azərbaycan ədəbi dilinin normalarının qorunması ilə bağlı əsas öhdəliyin daha çox yerli mətbuatın üzərinə düşdüyünü vurğulayan Nurlana Əliyeva bununla əlaqədar təbliğat aparan bəzi mətbuat orqanlarının fəaliyyətini yüksək qiymətləndirib. Rektor bildirib ki, ana dilimizin inkişafı, onun nöqsansız şəkildə formalaşması istiqamətində təbliğat və təşviqat işlərinin aparılması günümüzün aktual məsələlərindən birinə çevrilib. Professor qeyd edib ki, bir sıra mətbuat orqanlarında dil normalarının pozulması adi hal alıb, bəzi qeyri-peşəkar jurnalistlərin televiziya kanalları və radio vasitəsilə cəmiyyətə dil qaydalarını düzgün şəkildə çatdırmaması Azərbaycan dilinin əsas lüğət tərkibinə xələl yetirir. Müasir Azərbaycan gəncliyini bu məsələ ilə bağlı fəal olmağa səsləyən rektor çıxışının sonunda tədbirin təşkilatçılarına minnətdarlıq edib.

Mövzu ilə bağlı çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov dilin xalqın təfəkkürünün inkişafında xüsusi rol oynadığını diqqətə çatdırıb. Ana dilindən istifadə sahəsində nöqsanların olduğunu deyən Ə.Amaşov bir vaxtlar bu istiqamətdə nailiyyətlərin də əldə olunduğunu bildirib. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə qanunvericiliyin tələblərinə riayət edilməsinin vacibliyini deyən Mətbuat Şurasının sədri qeyd edib ki, Azərbaycan dili rəsmi olaraq ölkəmizin və milli həmrəyliyimizin dilidir. Bu dil, eyni zamanda, Azərbaycan məfkurəsinin formalaşmasında mühüm rola malikdir.

Tədris işləri üzrə prorektor, professor Telman Cəfərov “Cəmiyyət və təhsilin inkişafında ana dili amili” mövzusunda məruzə edib. Professor təhsildə ana dilinin inkişafı ilə bağlı məsələyə toxunaraq bu istiqamətdə Bakı Slavyan Universitetində görülən işləri diqqətə çatdırıb. T.Cəfərov dünya ədəbiyyatından çoxlu sayda kitabların dilimizə tərcümə olunaraq nəşr edilməsində BSU-nun böyük rolu olduğunu deyib.

Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, professor Rüstəm Kamal “Müasir dil situasiyası və Azərbaycan ədəbi dilinin inkişaf təmayülləri” barədə çıxış edərək ortada ciddi problemlərin olduğunu, bir çox hallarda hətta rəsmi strukturlar tərəfindən dil normalarının kobud şəkildə pozulduğunu bildirib. Məruzəçi dövlətimizin başçısının göstərişlərinin həyata keçirilməsi istiqamətində özünün bir çox təkliflərinin olduğunu bildirib.

Müasir Azərbaycan dili kafedrasının müdiri, professor İkram Qasımov reklamlarda yol verilmiş qüsurlardan danışıb. O, ümumiyyətlə, özəl şirkət və kompaniyaların özlərinə uğursuz, mənası və mahiyyəti bilinməyən adlar seçdiklərini dilə gətirib.

Diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent Əsgər Əhməd “Azərbaycan dili - etnik kimliyimizin atributu kimi” adlı məruzəsində milli şüurun və milli kimliyimizin formalaşmasında ana dilimizdən olan sözlərin etnik cəhətdən düzgün araşdırılmasının vacibliyindən söz açıb.

Məlum olduğu kimi, dil sahəsindəki ciddi problemlərdən biri də televiziya kanallarında nitq mədəniyyətinin kobud şəkildə pozulması ilə bağlıdır. Jurnalistika kafedrasının müdiri, dosent Şəlalə Həsənova “Milli televiziya kanallarında ədəbi dil normalarının vəziyyəti” adlı məruzəsində bu məsələdən bəhs edib.

Sonra AMEA-nın Humanitar elmlər bölməsinin akademik katibi Teymur Kərimli çıxış edərək Azərbaycan dilinin lüğət tərkibinin düzgün istifadəsi məsələsinə toxunub. Akademik T.Kərimlinin sözlərinə görə, Azərbaycan dili o qədər zəngin dildir ki, bu dildə alınma sözlərə ehtiyac yoxdur. O, dilimizdə bütün alınma sözlərin öz qarşılığının olduğunu diqqətə çatdıraraq dillə bağlı məsələnin AMEA-nın təkcə humanitar institutlarında deyil, texniki institutlarında da müzakirəyə qoyulduğunu deyib.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun lüğət şöbəsinin müdiri, professor İsmayıl Məmmədli Prezident İlham Əliyevin ana dili ilə bağlı apardığı siyasət nəticəsində Azərbaycan dilinin inkişafı məsələsinin daim gündəmdə olduğunu söyləyib. Mətbuatın artıq dilimizə nüfuz etdiyini deyən İ.Məmmədli xalq dilinin zənginliyinin, mətbuatın ədəbi dili üstələyərək öz fəaliyyət sahəsini genişləndirdiyini diqqətə çatdırıb. Professor, həmçinin konfransın mövzusu ilə bağlı bir sıra təkliflər irəli sürüb.

Sonda çıxış edən ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının müəllimi, filologiya elmləri doktoru Həcər Hüseynova Azərbaycan dilinin əruz vəznində gözəl poetik nümunələr yaratmaq qüdrətindən danışıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda yeni tikiş fabriki fəaliyyətə başlayıb

Sol sahil magistral kanalı vasitəsilə dörd rayon üzrə 60 min hektar əkin sahəsinə su verilir

Hərbi təhlükəsizlik sahəsində Azərbaycan və Qırğızıstan nümayəndələrinin görüşü olub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib

KPMG rəhbəri: Region yaşıl enerjiyə yönəlir– MÜSAHİBƏ

Media nümayəndələri Sərsəng su anbarı ilə tanış olublar

“Bir axşamın sehrli səsi” adlı hesabat konserti

Bu saata olan əsas xəbərlər

Ankarada Türk dünyasının inteqrasiyası və gələcəyinə ortaq baxış müzakirə olunub

AHİK nümayəndə heyəti Cenevrədə BƏT-in növbəti illik Konfransında iştirak edir

Dünya Kuboku: Azərbaycan millisi növbəti qələbəsini qazanıb

Ağalıda məktəblilər veloyürüşə qoşulub

Sankt-Peterburqda MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

Birləşmiş Krallığın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini nazirə təqdim edib

Qivami Rəhimli: Mədəni irs milli kimliyimizin təməli, dövlətçiliyimizin mənəvi dayağıdır

Rubio İsrail ilə Livan arasında danışıqların birgə bəyanatla nəticələnəcəyinə ümid etdiyini bildirib

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edilib VİDEO

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edilib VİDEO

“Ukrinform”da AZƏRTAC-ın xüsusi müxbirinin Azərbaycanın enerji siyasətinə dair məqaləsi dərc edilib

Qaçış yarışlarının qalibi olan uşaqlar və yeniyetmələr mükafatlandırılıblar

Zəngilanda növbəti əmək yarmarkası təşkil olunub

“Z” nəslinin nümayəndələri ilə münasibətdə üç prinsip var: hörmət, açıq ünsiyyət və etimad – mütəxəssis

Rusiya miqrant işçilərin sağlamlığına nəzarəti gücləndirəcək

Gələn il Sidney ilə London arasında birbaşa reyslərə başlanıla bilər: “Airbus” ilk sınaq uçuşunu həyata keçirib

Azərbaycanın enerji diplomatiyası qlobal enerji təhlükəsizliyinin mühüm dayaqlarından birinə çevrilib - ŞƏRH

İspaniyada isti havalarla bağlı rekord sayda ölüm halları qeydə alınıb

“Araz-Naxçıvan” 41 yaşlı kapitanı ilə müqaviləni yeniləyib

Azərbaycanın enerji diplomatiyası regional əməkdaşlığı qlobal tərəfdaşlığa çevirən uğurlu modeldir - ŞƏRH

Bilyard üzrə Avropa Kuboku və Avropa çempionatında 10-dan çox ölkənin təmsilçisi çıxış edəcək

Yeni Dövlət Proqramı aqrar inkişafın strateji yol xəritəsidir ŞƏRH

Küveyt İran səfirliyinin iki əməkdaşını “arzuolunmaz şəxs” elan edib

Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb YENİLƏNİB

“Bakı Enerji Həftəsi”ndə yaşıl enerji gündəliyi diqqət çəkib ŞƏRH

Nazir: “Əmək və Məşğulluq” altsistemi əmək münasibətlərinin vahid rəqəmsal platformasıdır

Azərbaycan idmançıları ötən ay 231 medal qazanıblar

Mütəxəssis: Dağ-mədən sənayesi dayanıqlı şəhərsalmanın təmin edilməsində strateji rol oynayır

İslam maliyyə alətləri Qarabağ və Şərqi Zəngəzur bölgələrinin dayanıqlı inkişafı üçün mühüm əhəmiyyət daşıyır – ŞƏRH

Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub

Varşavada Türk Mədəniyyəti və İrsi Mərkəzinin təntənəli açılışı olub

Türk professor: Orta Dəhlizin genişlənməsi Azərbaycanın regional gücünü daha da artıracaq

Azərbaycan millisinin voleybolçusu klubundan ayrılıb

Ekspert: Enerji siyasəti ölkənin iqtisadi gücünü formalaşdırıb - ŞƏRH

Aİ Azərbaycanla yaşıl enerji əməkdaşlığını strateji prioritet hesab edir

Güləşçilərin sağlamlığının qorunması istiqamətində vacib addımlar atılacaq

Azər Şükürov: Ölkəmizin tikinti materialları ehtiyatları şəhərsalma siyasətinin həyata keçirilməsi üçün mühüm imkanlar yaradır

Azərbaycan neft və qaz resurslarını qarşılıqlı əməkdaşlıq platformasına çevirib ŞƏRH

Azərbaycan-Argentina münasibətləri təhsil və mədəniyyət müstəvisində

Mərkəzi Bank Naxçıvanda vətəndaşlarla görüşlərin əlçatanlığını artırır

Bakı–Tbilisi–Qars xəttinin modernləşdirilməsi Orta Dəhlizin inkişafında yeni mərhələnin başlanğıcıdır ŞƏRH

UNEC ilə İCMA arasında əməkdaşlıq memorandumu imzalanıb

Milli Məclisin sədri Qlobal Konfrans çərçivəsində bir sıra görüşlər keçirib

Energetika naziri Venesuela və İranın nazir müavinləri ilə enerji sektorunda əməkdaşlıq imkanlarını dəyərləndirib

ISO-nun Turizm və əlaqədar xidmətlər üzrə Texniki Komitəsi indiyədək 61 beynəlxalq standart hazırlayıb

“Böyük Qayıdış”ın yaratdığı təbəssüm

Şərqşünaslıq İnstitutunun ilk direktorunun 120 illik yubileyi qeyd edilib

Azərbaycanla Almaniya arasında təbii qaz və bərpaolunan enerji sahələrində əməkdaşlıq perspektivləri dəyərləndirilib

İmişlidə sexdə baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

İmişlidə sexdə baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

® Kreditini “Birbank”a gətirənlər 6 faizədək endirim qazanır – kampaniya davam edir

Mütəxəssis: “mygov” vahid rəqəmsal xidmət platformasının formalaşdırılması baxımından düzgün yanaşmadır

Tarixi yaddaş və milli kimlik - panel müzakirə

Ekspert: Ukrayna-Rusiya müharibəsinin aktiv mərhələsi başa çatmış ola bilir VİDEO

Ekspert: Ukrayna-Rusiya müharibəsinin aktiv mərhələsi başa çatmış ola bilir VİDEO

“Reuters”: Donald Tramp İranın nüvə silahından imtina etməyə razı olduğunu bildirib

Bakıda Ümumdünya Velosiped Günü veloyürüşlə qeyd edilib

Tuqay meşələrinin mövcud vəziyyəti araşdırılıb

Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır

Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi – Bakıda I beynəlxalq elmi konfrans VİDEO

Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi – Bakıda I beynəlxalq elmi konfrans VİDEO

Musa Mərcanlı: İRS jurnalı 22 il ərzində Qərbi Azərbaycanla bağlı 150-dən çox material dərc edib

Bakıda “Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyi təşkil edilib

İqtisadiyyat Nazirliyinin tabeliyindəki qurumlar və DİF rezidentlər üçün vörkşop təşkil edib

Azərbaycan alimləri Niderlandda beynəlxalq elmi konfransda iştirak ediblər

Avropa İttifaqı İsveçi sərhəd nəzarətini ləğv etməyə çağırır

DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir

Azərbaycan və Keniya arasında məhkəmə-hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri nəzərdən keçirilib

Tarixçi-alim: Ermənistanda monoetnik mühit deportasiyalar və məcburi köçürmələr vasitəsilə formalaşdırılıb

Fərhad Qaraşov: Yeni Dövlət Proqramı aqrar sektorun innovativ inkişaf modelinə keçidini sürətləndirəcək

Regionun taleyini dəyişən xətt: Orta Dəhlizdə Azərbaycan həlledici gücə çevrilir MÜSAHİBƏ

“Europower Enerji”: Elektrik şəbəkəsi infrastrukturunun inkişafı bərpaolunan enerji mənbələrinin inteqrasiyasında mühüm rol oynayır

Folklor İnstitutunun direktoru: Qərbi Azərbaycanın tarixi-mədəni yaddaşı rəqəmsal bazada qorunur

Ekspert: Azərbaycanın rolu Cənubi Qafqazın strateji əhəmiyyətini artırır

Oğuzda elmi konfrans: Şimal-Qərbi Azərbaycanın tarixi memarlıq irsi öyrənilir

Eldəniz Əmirov: Azərbaycanın enerji strategiyası ölkə və region üçün müsbət təsir göstərir VİDEO

Eldəniz Əmirov: Azərbaycanın enerji strategiyası ölkə və region üçün müsbət təsir göstərir VİDEO

“Gotion High-tech”: Xəzər və Mərkəzi Asiya regionunda enerji saxlama texnologiyalarının geniş tətbiqi üçün yeni imkanların yaranacağına ümidvarıq

Aqrar Subsidiya Şurası dövlət dəstəyi mexanizmləri ilə bağlı yeni qərarlar qəbul edib

Fransalı general: Aviasiyamızın formatı lazımi səviyyədə deyil

Türk ekspert: Azərbaycan enerji resurslarını geosiyasi gücə və inkişaf modelinə çevirə bilib

“Turan Tovuz”un avrokuboklarda nəzərdə tutulan yeri CAS-ın qərarınadək qorunub saxlanılacaq

Azərbaycanda qarğıdalı sahələrinin sığortasına başlanılıb

Ulu Öndərin irsi şəhərsalma müstəvisində: gənc fəallarla görüş

Roma Papası XIV Leodan

İngiltərə Premyer Liqasının ən bahalı futbolçuları bəlli olub

Deportasiya qurbanlarının qayıdışına dair beynəlxalq konfransa hazırlıq işləri aparılır

Polşa öz ərazisində ABŞ-yə daimi hərbi baza yaratmağı təklif edib

İyunun 4-6-da dağlıq və dağətəyi rayonlarda hava şəraiti arabir yağıntılı olacaq – XƏBƏRDARLIQ

Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir VİDEO

Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir VİDEO

Mərkəzi Bank maliyyə sektorunda peşəkar sertifikatlaşdırma çərçivəsini təsdiqləyib

ADA Universitetinin professoru: Qərbi azərbaycanlıların probleminə məcburi köçkünlərin qlobal tarixi kontekstində baxılmalıdır VİDEO

ADA Universitetinin professoru: Qərbi azərbaycanlıların probleminə məcburi köçkünlərin qlobal tarixi kontekstində baxılmalıdır VİDEO

Qərbi Azərbaycana qayıdış beynəlxalq hüquq və yeni reallıqlar müstəvisində - panel müzakirə

Horovlu kəndində abad həyətlərə fərqlənmə hədiyyələri təqdim olunub VİDEO

Horovlu kəndində abad həyətlərə fərqlənmə hədiyyələri təqdim olunub VİDEO

Şəhərsalma və dağ-mədən sənayesi: Azərbaycanın dayanıqlı inkişaf modelində strateji əlaqə

Mədəniyyət naziri Şuşada vətəndaşların müraciətlərini dinləyəcək

Coğrafiya İnstitutu: Kiçik Qafqazda sürüşmə aktivliyi artıb