İQTİSADİYYAT
BU İL ŞAHDƏNİZDƏN 8,6 MİLYARD KUBMETR QAZ HASİL EDİLƏCƏKDİR
bp-Azərbaycan şirkətindən AZƏRTAC-a bildirmişlər ki, 2007-ci ildə Şahdəniz layihəsi üzrə istismar xərclərinin 183 milyon və əsaslı xərclərin isə 334 milyon ABŞ dolları təşkil edəcəyi planlaşdırılır.
Layihənin 1-ci mərhələsinin bütün quru və dəniz qurğularının tikintisi, sınaqdan keçirilməsi və istismara verilməsi işləri başa çatdırılmışdır.
Cari ildə qabaqlayıcı quyular istismar rejiminə keçirildikcə hasilatın həcmi çoxalacaqdır. Birinci mərhələdə ən yüksək sabit hasilat həcmi il ərzində 8,6 milyard kubmetr qaz təşkil edəcəkdir. Bu il Şahdənizdən orta hesabla gündə təqribən 65 min barrel neft ekvivalentinin hasil olunması nəzərdə tutulmuşdur.
Şahdəniz yatağında SDX-4 kəşfiyyat-qiymətləndirmə quyusunda qazma işləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]