Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bu il “WorldFood Azerbaijan 2017” və “CaspianAgro 2017” sərgilərində 331 şirkət iştirak edəcək

Bu il “WorldFood Azerbaijan 2017” və “CaspianAgro 2017” sərgilərində 331 şirkət iştirak edəcək

Bakı, 16 may, AZƏRTAC

Mayın 17-19-da Bakı Ekspo Mərkəzində keçiriləcək XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2017” və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2017” sərgilərində dünyanın 28 ölkəsini təmsil edən 331 şirkət iştirak edəcək. Bu şirkətlərin 70 faizi xarici eksponentlər, 30 faizi isə yerli şirkətlərdir.

AZƏRTAC xəbər verir ki, bu barədə “ITE Group” şirkətinin regional direktoru Edvard Stroon məlumat verib.

Qeyd edilib ki, iştirakçılar arasında Belarus, Çin, Gürcüstan, Macarıstan, Niderland Krallığı və Şri-Lanka öz milli stendlərini təqdim edəcəklər. Bu il ilk dəfə olaraq tədbirə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) da qoşulub.

Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib ki, ötən ilə nisbətən bu ilki sərgidə dinamik inkişaf var. Keçənilki sərgiyə 313 şirkət qatılmışdısa, bu il 331 şirkət iştirak edir. Sərginin sahəsi də, eyni zamanda, 9-10 faizədək artıb. Bu, ölkəmizdəki gedən inkişafın göstəricisi deməkdir. Azərbaycan iqtisadiyyatın bütün sahələrində olduğu kimi aqrar sektordakı yenilikləri, inkişafı tərənnüm etmək üçün bu sərginin böyük əhəmiyyəti var. Məqsəd ölkədə istehsal olunan kənd təsərrüfatı və qida məhsullarının nümayişi, xarici tərəfdaşların sərgiyə dəvət olunması və birgə işgüzar əlaqələrin qurulmasından ibarətdir. Sərgidə kənd təsərrüfatının bütün sektorunu əhatə edən yeni texnologiyalar, istehsal sahələri nümayiş olunacaq.

“CaspianAgro 2017” sərgisinin meneceri Zarina Məmmədova diqqətə çatdırıb ki, “WorldFood Azerbaijan 2017” sərgisi dünyanın 21 ölkəsini, o cümlədən Azərbaycan, Belarus, Belçika, Yunanıstan, İspaniya, İtaliya, Latviya, Qazaxıstan, Rusiya və digər ölkələri təmsil edən 164 şirkəti qəbul edir. Bu il ilk dəfə olaraq iştirakçı ölkələrin siyahısına Meksika da daxil olub. Macarıstan, Şri-Lanka və Belarus sərgidə milli stendlərlə çıxış edirlər. Stavropol diyarı (Rusiya) tədbirdə regional stendlə iştirak edəcək. Polşanın Azərbaycandakı səfirliyi isə sərgidə Polşa Respublikasının ixrac potensialını təqdim edəcək. Sərgidə Şri-Lankanı təmsil edən seylon çayı istehsalçılarının qrupuna rəhbərlik edən “Şri-Lanka Ti Bord” Dövlət Çay Komitəsi ardıcıl olaraq ikinci ildir ki, tədbirdə iştirak edir. Bu il Bakıdakı “Belarus” mağazalar şəbəkəsi sərgidə debüt edir.

Sevindirici haldır ki, “Made in Azerbaijan” brendi ilə çıxış edən yerli şirkətlər sərgidə fəal təmsil olunur. Belə ki, yerli eksponentlər qrupuna sərginin daimi iştirakçıları – “Azersun Holding”, “Gilan Holding”, “Metak” şirkətləri rəhbərlik edir, yerli meyvə və tərəvəz ixracatçıları isə “Amoris” və “Buta Group” şirkətlərinin timsalında təmsil olunurlar. Builki debütantlar arasında bazarda yeni məhsulu - xüsusi emal üsulu ilə qurudulmuş xurmanı təklif edən “Bal Xurma” şirkəti, “Sem-Az” (laboratoriya avadanlıqları) və “Enes” şirkətləri yer alır.

“WorldFood Azerbaijan 2017” sərgisinin iştirakçıları bir sıra sektorlar üzrə öz məhsullarını təklif edəcəklər: qida sənayesi üçün avadanlıqlar, qida məhsulları, meyvə-tərəvəz, mal və quş əti, qəhvə və çay, konservləşdirilmiş məhsullar, süd məmulatları, baqqaliyyə məmulatları, inqrediyentlər, qənnadı və un məmulatları, içkilər, soyutma sistemləri, laboratoriya avadanlıqları və s.

Bu il ilk dəfə olaraq “WorldFood Azerbaijan” sərgisi çərçivəsində təşkilatçılar eksponentlər və ziyarətçilər üçün daha bir işgüzar platforma – vorkşop təşkil edilir. Vorkşop iştirakçıları bir tərəfdən qida məhsullarının xarici istehsalçı və tədarükçüləri, digər tərəfdən isə yerli distribüterlərdir. Bazarın hər iki iştirakçısı öz həmkarları ilə bir masa ətrafında görüşlər keçirmək və bir gün ərzində bir neçə əsas müştəri ilə danışıqlar aparmaq üçün unikal imkan əldə edəcəklər. Vorkşop may ayının 17-də Bakı Ekspo Mərkəzində (saat 12:00 - 17:00) keçiriləcək. Həmçinin sərginin işgüzar proqramı çərçivəsində mayın 18-də Azərbaycan Keyfiyyət Assosiasiyası tərəfindən təşkil edilən seminar keçiriləcək.

“WorldFood Azerbaijan” sərgisi ilə eyni platformada Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya “Ipack Caspian 2017” sərgisi keçirilir. Ötən il keçirilmiş eyniadlı tədbir ilə müqayisədə, bu il”"Ipack Caspian 2017” iştirakçılarının tərkibi və təklif olunan məhsul çeşidi əhəmiyyətli dərəcə genişlənib. Sərgi çərçivəsində Azərbaycan, BƏƏ, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən eksponentlər ziyarətçilərə tara və qablaşdırma ilə yanaşı, bu məhsulların istehsalı üzrə müxtəlif həll variantlarını da təklif edirlər.

Qida sənayesinin sərgisi mütəxəssislər arasında ənənəvi görüş yeri, habelə qida sənayesi üzrə avadanlıq, məhsul və xidmətlərin nümayiş olunduğu, eləcə də müştərilər tapmaq, biznes tərəfdaşları ilə mövcud əlaqələri möhkəmləndirmək və yeni satış bazarlarına çıxmaq üçün imkanların yaradıldığı etibarlı platforma kimi doğrultmağa müvəffəq olacaq. “WorldFood Azerbaijan” və “Ipack Caspian” sərgilərinin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər. Layihə üzərində iş üçün beynəlxalq şirkətləri Azərbaycandakı sərgilərə fəal şəkildə dəvət edən “ITE Group” şirkətinin tərəfdaşlar şəbəkəsi – “ITE London”, “EUF” (Türkiyə), Сaspian Event Management (BƏƏ), ITE China (Çin), ITE Poland (Polşa) şirkətləri cəlb olunub.

XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2017” sərgisi hər il müxtəlif ölkələri təmsil edən yüzlərlə kənd təsərrüfatı və qida məhsulları istehsalçısını və minlərlə ziyarətçini bir araya toplayır. Son illər sərgidə həm iştirakçıların, həm də ziyarətçilərin sayı baxımından böyük inkişaf müşahidə olunur. Kənd təsərrüfatı sektoru daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Artıq ardıcıl olaraq bir neçə ildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərgini ziyarət edərək istehsalçı və distribüterlərin Azərbaycan bazarı üçün təklif etdikləri yeniliklərlə yaxından tanış olur. Uzun illərdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “CaspianAgro” sərgisinə yaxından dəstək göstərir və sərginin işində fəal iştirak edir.

“CaspianAgro 2017” sərgisi dünyanın 19 ölkəsini təmsil edən 167 kənd təsərrüfatı məhsul və avadanlıqlarının istehsalçılarını, distribyutorlarını bir araya toplayıb. İştirakçı ölkələr arasında Azərbaycan, Belarus, İtaliya, Çin, Rusiya, Türkiyə, Şri-Lanka və başqa ölkələr yer alır. Gürcüstan, Niderland Krallığı və builki debütant Çinin Ciangşi vilayəti sərgidə milli qruplarla çıxış edir. Niderland Krallığı ilk dəfə olaraq sərginin tərəfdaş ölkəsi qismində çıxış edir. Tədbirin qeydiyyat sponsoru “Maschio Gaspardo” şirkətidir.

Bu il sərgidə iştirakçılarının tərkibi daha əvvəl tədbirdə iştirak etməmiş şirkətlərin hesabına 30 faiz artıb. Ümumilikdə, sərgi kənd təsərrüfatı sənayesinin ən aktual sahələrini əhatə edir və bir sıra yeniliklərlə tanış olmaq üçün ideal imkan yaradır. Bu yeniliklərə quşçuluq fabrikləri üçün avadanlıqlar, istixana avadanlıqları, suvarma sistemləri, heyvandarlıq sektoru üçün avadanlıqlar, substratlar, heyvan və balıq yemləri, toxumlar, mineral gübrələr, kənd təsərrüfatı texnikası və s. daxildir. Təqdirəlayiq haldır ki, bu sektorlarda xarici istehsalçılarla yanaşı, Azərbaycan şirkətləri də iştirak edirlər. Kənd təsərrüfatı texnikaları ekspozisiyası həm Bakı Ekspo Mərkəzinin daxilində, həm də açıq meydançasında yerləşir. Burada “Gəncə Avtomobil Zavodu”, “Azertexnika”, “Klever”, “Rostselmaş”, “Qomselmaş”, “Cansa”, “John Deer”, “ASENA KO”, “Amcodor” və digər istehsalçı və distribüterlərin müxtəlif kənd təsərrüfatı məhsulları toplayan maşınlar, qazıntı, əkin maşınları, kombaynları ilə tanış olmaq mümkündür.

Bu sektorlarda xarici istehsalçılarla yanaşı, “Made in Azerbaijan” brendi də təqdim olunur. Bu brend altında istehsal edilmiş məhsulları sərginin daimi iştirakçılarından olan yerli şirkətlər (“Agrosell”, Gəncə Avtomobil Zavodu, “Kaspi Yıldız” və s.), eləcə də ölkənin kənd təsərrüfatı bazarına daxil olmaq üçün ilk addımlarını atan və öz məhsullarını ixrac etmək məqsəd ilə xarici tərəfdaşlar axtaran şirkətlər təqdim edirlər. Sərginin builki debütantları arasında “Asena Ko”, “D.Fruits”, “Binе Agro”, “Buzovna Shitili” və “Azdynamics” kimi yerli şirkətlər yer alır.

Ənənəvi olaraq, sərgidə yeni sənaye məhsulları təqdim edilir. Builki yeniliklər arasında: çox səmərəli, suda tam həll olan, xlorsuz, tərkibində mikroelementlər olan, xelat formalı kompleks mineral gübrə (Rusiya), maksimim 233 və nominal 35 at gücü olan traktor (Azərbaijan), təzə meyvə-tərəvəz üçün qablaşdırma maşını (İtaliya), “Qala” sortunun klonu (Fransa), heyvanlar üçün müalicə preparatları (Ukrayna) və s. Sərginin elektron kataloqu www.caspianagro.az veb-saytında yerləşdirilib.

Regionun yeganə ixtisaslaşmış sərgisində iştirak etməklə yanaşı, tədbiri ziyarət etmək də kənd təsərrüfatı ilə məşğul olan bütün şirkətlər üçün mühüm əhəmiyyət kəsb edir. Ənənəvi olaraq, hər il “CaspianAgro” sərgisində Azərbaycan sahibkarlarını yüksək keyfiyyətli məhsul istehsalının dəyişməz şərti olan yeni texnologiya ilə tanış etmək və təcrübə mübadiləsi aparmaq məqsədilə respublikanın bölgələrindən işgüzar turlar təşkil olunur. Bu il “Aqrolizinq” ASC-nın köməyi ilə Azərbaycanın 45 bölgəsini – Ağcabədi, Ağdaş, Ağstafa, Ağsu, Balakən, Bərdə, Beyləqan, Biləsuvar, Qəbələ, Qax, Qazax, Hacıqabul, Gədəbəy, Göyçay, Goranboy, Qusar, Qobustan, Quba, Gəncə, Cəlilabad, Yevlax, Zərdab, Zaqatala, İmişli, İsmayıllı, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Tərtər, Tovuz, Şamaxı, Şəmkir, Şabran, Şəki, Fizuli, Xaçmaz, Xızı və Ucarı təmsil edən sahibkar və fermerlər sərgini ziyarət edəcəklər.

Beləliklə, “WorldFood Azerbaijan” və “CaspianAgro” sərgiləri bir daha aqrar sənaye kompleksinin mütəxəssisləri üçün görüş yerinə çevriləcək. Həmçinin sərgidə kənd təsərrüfatı üzrə yeniliklər, işgüzar əlaqələr, kənd təsərrüfatı sahəsinin yeni inkişaf mərhələsinə cəlb olunmuş dövlət təşkilatlarının nümayəndələri ilə görüşlər və xarici həmkarların təcrübəsi qida bazarında Azərbaycan kənd təsərrüfatı məhsullarının rəqabətədavamlı olmasına və investisiya həcminin artmasına kömək edəcək.

Keçirildiyi illər ərzində hər iki sərgi özünü mütəxəssislər arasında ənənəvi görüş yeri, habelə qida sənayesi üzrə avadanlıq, məhsul və xidmətlərin nümayiş olunduğu, eləcə də müştərilər tapmaq, biznes tərəfdaşları ilə mövcud əlaqələri möhkəmləndirmək və yeni satış bazarlarına çıxmaq üçün imkanların yaradıldığı etibarlı platforma kimi doğrultmağa müvəffəq olmuşdur. Uzun illərdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “WorldFood Azerbaijan” və “CaspianAgro” sərgilərinə yaxından dəstək göstərir. Bu il ilk dəfə olaraq “CaspianAgro” sərgisi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərgilərin təşkilatçısı qismində “Iteca Caspian” və “CEO” (“Caspian Event Organisers”) şirkətləri çıxış edirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəxsiyyəti müəyyən olunmuş 73 nəfər Azərbaycan vətəndaşına dair məlumatlar açıqlanıb - SİYAHI

“Volkswagen”in gəlirləri 20 faiz aşağı düşüb

Akademik İsa Həbibbəyli Belçikanın Vrije Universitetinin professoru Filip Hamblla görüşüb

Birinci Qarabağ müharibəsi dövründə şəhid olmuş və tanınmadan dəfn edilmiş 183 şəxsə aid meyit qalıqları ekshumasiya edilib

İstanbul Formula 1 Türkiyə Qran-Prisinə yenidən ev sahibliyi edə bilər

İsveç polisi “Eurovision” müsabiqəsinin təhlükəsizliyini dronlarla qoruyacaq

Agentliyin sədri: Əmək yarmarkaları əhalinin məşğulluğunun təmin olunması baxımından vacibdir

Azərbaycan Göygöldəki Avropa Kubokunda 147 cüdoçu ilə təmsil olunacaq

DSMF: Mart ayında 3,6 min nəfərdən çox proaktiv pensiya təyinatı aparılıb

Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Pediatr alim: Uşaqlar qarşısı peyvəndlə alına bilən infeksion xəstəliklərdən ciddi zərər görə bilərlər

Ötən il Naxçıvanda 40 investisiya layihəsi maliyyələşdirilib

Konstitusiya Məhkəməsində Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti ilə görüş keçirilib

Dövlət Komissiyasının nümayəndəsi: Sonuncu itkinin taleyi məlum olana qədər axtarışlar davam edəcək

Naxçıvanda istehlakçılara 1 milyon 176 min manatdan çox ƏDV məbləği qaytarılıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 24 faiz artıb

Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini: İndiyədək 11 mindən çox itkin ailəsindən bioloji nümunə götürülüb VİDEO

Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans keçirilir VİDEO

Aksiz markasız 1,7 milyondan çox tütün məmulatı aşkar edilib

Rektor Elçin Babayev: Karyera Festivalında 1200-dən çox vakansiya təklif edilir

İsveç tədqiqatçıları Kvant kompüterinin təkmilləşdirilməsi üçün yer qatının 2100 metr dərinliyinə enəcəklər

Hərbi xidmətə çağırılanların tibbi müayinəsi regional xəstəxanada aparılacaq

“Qarabağ”ın legioneri: Albaniyaya qayıtmağı düşünmürəm

Bu gün Beynəlxalq Heykəltaraşlıq Günüdür

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 25 il ötür

“Samsung” kompaniyasının əməliyyat gəliri üç ayda 10 dəfə artıb

Masallıda istehlaka yararsız müxtəlif növ qida məhsulları aşkarlanıb

Bu ilin yanvar-mart aylarında mehmanxanalarda gecələmələrin sayı 40 faizdən çox artıb

Şəkidə indiyədək 531 hektar sahəyə tütün şitilləri köçürülüb

Pekində HƏMAS və FƏTH nümayəndələrinin görüşü olub

“Məşğulluğa Dəstək Layihəsi” üzrə 15 mindən çox şəxs üçün kiçik bizneslər yaradılıb

Microsoft İndoneziyada süni intellektin inkişafına 1,7 milyard dollar ayıracaq

Medianın İnkişafı Agentliyində Sığortaçılar Assosiasiyasının icraçı direktoru ilə görüş olub

Musiqi məktəblərinin şagirdləri beynəlxalq müsabiqələrdə uğur qazanıblar

Sözün dahisi: Məhəmməd Füzuli

“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişdirilib

Azərbaycanla Özbəkistan qarşılıqlı investisiya qoyuluşları sahəsində əməkdaşlığı genişləndirir

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək

Azərbaycan və Səudiyyə Ərəbistanı biznes dairələri arasında qarşılıqlı investisiyaların təşviqi müzakirə olunub

“Titanik”in ən zəngin sərnişininin saatı rekord qiymətə satılıb

“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda yekun dərs

I Beynəlxalq Opera Festivalının üçüncü günündə səhnəyə gənc istedadlar çıxıb

Xalq artisti Hacı İsmayılovun 80 illik yubileyi münasibətilə tədbir təşkil olunub

Qazaxıstanın sabiq daxili işlər naziri həbs olunub

Təhlükəli hesab edilən qida məhsullarının reyestr məlumatları açıqlanıb

G7 ölkələri kömürlə işləyən elektrik stansiyalarının fəaliyyətini mərhələli şəkildə dayandıracaq

Almaniya Azərbaycanın Cənubi Qafqazdakı rolunu yüksək qiymətləndirir ŞƏRH

Avropa çempionu olan Azərbaycan şahmatçısı mükafatlandırılıb

BMU-nun əməkdaşı Pakistanda beynəlxalq konfransda iştirak edib

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi müşahidə kameralarının qeydə aldığı yol-nəqliyyat hadisələri barədə məlumat yayıb

Avropa İttifaqında TikTokun bloklanması istisna olunmur

Bakı Planetarisində Hans Zimmerin musiqisi səsləndirilib

“AzerGold”da təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

® “Rabitəbank” Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə 15 milyon dollar dəyərində müqavilə imzalayıb

Azərbaycan millisinin voleybolçusu Macarıstan klubundan ayrılıb

Ekspertlər UNEC-də yeni dövrün təhsil ideyalarını səsləndiriblər

Azərbaycan diplomatları Şanxay Əməkdaşlıq Təşkilatının şahmat turnirində 2-ci yeri tutublar

Qazaxıstanlı nazir Türk dünyasının alimlərini bu il Tamqalıda keçiriləcək konfransa dəvət edib

BDU-nun 105 illiyinə həsr edilmiş Karyera Festivalı başlanıb

Azərbaycan ABŞ-da keçirilən multikultural festivalda təmsil olunub

AMB xüsusi tənzimləmə rejiminin hədəflərini açıqlayıb

® “Araz” supermarketlər şəbəkəsi yerli istehsalçıların inkişafını dəstəkləyir

Çempionlar Liqası: “Bavariya” “Real Madrid”ə qarşı

FHN: Ötən gün 34 halda yanğına çıxış olub VİDEO

“Don Rafael Trombonçu” yenidən səhnədə

® “Rabitəbank” ABŞ-ın “Bank of New York Mellon” ilə işbirliyini müzakirə edib

Düşündürən sadə həqiqətlər

Odessaya raket hücumu nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb VİDEO

Mingəçevir “Prezident Kuboku-2024” beynəlxalq reqatasına hazırdır

Qubada yaşayan dağ yəhudiləri Pesax bayramını qeyd edirlər

Bu gün Beynəlxalq Caz Günüdür

Əfqanıstanda məscidə hücum nəticəsində altı nəfər həlak olub

DİN: Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb

Mərkəzi Bankın xüsusi tənzimləmə rejiminə müraciətlər sabahdan qəbul ediləcək

Prezident İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib

DİN: Ötən gün 43 cinayətin açılması təmin olunub

Azərbaycan Ali Məhkəməsi ilə Əlcəzair Ali Məhkəməsi arasında Anlaşma Memorandumu imzalanıb

Kolumbiyada helikopter qəzasında doqquz hərbçi ölüb

Azərbaycan nefti ucuzlaşıb

İmişlidə qəzada xəsarət alan əkizlərdən biri ölüb YENİLƏNİB VİDEO

Dünyanın mədəni tərəqqisinə Azərbaycanın dəyərli töhfələri TƏHLİL

Bakı, sabahın xeyir! - FOTOREPORTAJ

Cəlilabadda mal-qara oğurlayan qohumlar saxlanılıb

Şəmkirdə minik avtomobili arakəsməyə çırpılıb, sürücü ölüb

Azərbaycan gimnastı: Qazandığım medal Azərbaycan üçün tarixi məqamdır

Laçın sakini: İgid oğullarımız qəhrəmanlıq tariximizdə həmişə yaşayacaq

Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terror aktından 15 il ötür

Avropa çempionatında tarixi medal qazanan Azərbaycan gimnastı Vətənə dönüb

Keçmiş məcburi köçkün: Laçına qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Böyük Qayıdış: Laçın rayonuna növbəti köç karvanı yola düşüb VİDEO

Cenevrədə “Minatəmizləməyə Dəstək üzrə Qrup”un iclası keçirilib

Edinburq hersoqu Ukraynaya səfər edib

Tülkü bəzi xalqlarda ev heyvanı olub

Almaniyada yetkinlik yaşına çatmayanlar yoxsulluqdan əziyyət çəkirlər

Burkina-Fasoda Fransa mediasına məhdudiyyət tətbiq edilib

ABŞ-da atışma zamanı 3 zabit həlak olub

Dubayda dünyada ilk robot stüardessa nümayiş olunacaq

İsveçli arxeoloqlar kilsədən 12-ci əsrə aid dəfinə tapıblar

Türkiyədəki aeroportların sayı 61-ə çatdırılacaq

Botsvanada quruyan göllərdə begemotlar məhv olur