Bu saata olan əsas xəbərlər
AZƏRTAC bu gün saat 20:00-dək olan əsas xəbərləri təqdim edir:
Bakı, 25 may, AZƏRTAC
Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik ünvanlayıb.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik ünvanlayıb.
Çin Xalq Respublikasının Sədri Si Cinpin Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik ünvanlayıb.
Belarus Prezidenti Aleksandr Lukaşenko Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik ünvanlayıb.
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik ünvanlayıb.
Tacikistan Prezidenti Emoməli Rəhmon Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik ünvanlayıb.
Moldova Prezidenti Maya Sandu Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik ünvanlayıb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik ünvanlayıb.
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib.
Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb.
Leyla Əliyeva Masallıda həsirçiliklə məşğul olan qadınlarla görüşüb.
Xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının yüksəksəviyyəli iclasında çıxış edəcək.
Şükürbəyli kəndində daha 119 ailəyə evlərinin açarları təqdim olunub.
Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub.
Paytaxtda 99 minə yaxın şagird monitorinqə cəlb olunacaq.
Sumqayıt Sənaye Parkının rezidentlərinin sayı 39-a çatıb.
Rusiya XİN əcnəbiləri Kiyevi tərk etməyə çağırıb.