Azərbaycanın xarici işlər naziri Nyu-Yorka işgüzar səfərə yola düşüb
Bakı, 25 may, AZƏRTAC
Mayın 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb.
Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində, mayın 26-da Ceyhun Bayramovun BMT Təhlükəsizlik Şurasının “BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin qorunması və BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsi” mövzusunda yüksəksəviyyəli iclasda çıxışı, habelə yüksəksəviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.