Sumqayıt Sənaye Parkının rezidentlərinin sayı 39-a çatıb
Bakı, 25 may, AZƏRTAC
"MET-AK” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, investisiya dəyəri 16,3 milyon manat olan layihə çərçivəsində şirkət tərəfindən Sənaye Parkının ərazisində müxtəlif ölçülü polistirol qida qablaşdırma altlığı istehsalı layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.
Sumqayıt Sənaye Parkında bu günədək ümumi investisiya həcmi 6,7 milyard manatdan artıq olan 39 sahibkarlıq subyektinə rezident statusu verilib.
Rezidentlər tərəfindən 5,6 milyard manatdan çox investisiya yatırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.05.2026 [18:07]
Azərbaycanın pambıq iplik ixracı 2 dəfədən çox artıb
- 25.05.2026 [18:06]
Naxçıvan-Ordubad magistral avtomobil yolunda təmir işləri görülür
- 25.05.2026 [17:27]