Azərbaycan Dövlət İnformasiya Agentliyi

Paytaxtda 99 minə yaxın şagird monitorinqə cəlb olunacaq

Paytaxtda 99 minə yaxın şagird monitorinqə cəlb olunacaq

Bakı, 25 may, AZƏRTAC

İyunun 5-də paytaxtdakı ümumi təhsil müəssisələrinin IV sinifləri, iyunun 6-da isə VI sinifləri üzrə monitorinq təşkil olunacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılmasına nail olmaq, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdən ibarətdir.

IV siniflərdə monitorinq tədris dili və riyaziyyat fənləri, VI siniflərdə isə monitorinq tədris dili, təbiət və riyaziyyat fənləri üzrə aparılacaq.

Paytaxt üzrə monitorinq üçün ayrılan 112 imtahan mərkəzində Azərbaycan və rus bölməsi olmaqla 49 mindən çox IV sinif şagirdi, 49 mindən çox VI sinif şagirdi biliyini sınayacaq.

IV sinif şagirdlərinə tədris dili fənni üzrə 28 qapalı, 2 açıq yazılı sual, riyaziyyat fənni üzrə isə 25 qapalı, 3 həlli tələb olunmayan açıq kodlaşan və 2 həlli tələb olunan açıq yazılı sual, VI sinif şagirdlərinə tədris dili fənni üzrə 23 qapalı, 2 açıq yazılı sual, təbiət fənni üzrə 25 qapalı sual, riyaziyyat fənni üzrə 20 qapalı, 3 həlli tələb olunmayan açıq kodlaşan və 2 həlli tələb olunan açıq yazılı sual təqdim olunacaq. IV siniflərə sualların cavablandırılması üçün 150 dəqiqə, VI siniflərə sualların cavablandırılması üçün 180 dəqiqə vaxt veriləcək.

Monitorinq nəticələri şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki müəssisələrdə ümumilikdə 7344 şagirdin kompüter əsaslı monitorinqdə iştirakı nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində könüllü qanvermə aksiyası

İşğaldan azad edilmiş ərazilərdəki daha 33 müəssisənin əməkdaşları əməyin mühafizəsi barədə məlumatlandırılıblar

Azərbaycanın pambıq iplik ixracı 2 dəfədən çox artıb

Naxçıvan-Ordubad magistral avtomobil yolunda təmir işləri görülür

Məişət zorakılığından zərər çəkmiş 16 nəfərə sosial reabilitasiya xidmətləri göstərilir

Tallində 28 May - Müstəqillik Günü münasibətilə təntənəli mərasim

Siyasi şərhçi: Qarabağdakı quruculuq WUF13-də postmünaqişə inkişaf modeli kimi diqqət çəkib

Azərbaycan nümayəndə heyəti Fransada regional seminarda iştirak edib

Akademik Rafael Hüseynov: Cavad Heyət Azərbaycanın həmişə iftixar duyduğu şəxsiyyətdir

Azərbaycanın Müstəqillik Günü Rustavidə qeyd olunub

Ədəbiyyat Muzeyində türkoloq-alim Cavad Heyətin xatirəsi anılıb

AQTA-nın sədri sahibkarlarla görüşəcək

Tural Gəncəliyev: “Bakı Fəaliyyətə Çağırış” Azərbaycanın böyük siyasi və diplomatik qələbəsidir

Milli Kitabxanada “Əcəmi Naxçıvani. Biblioqrafiya” kitabının təqdimatı olun

Professor: Azərbaycan beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi - ŞƏRH

Baş katib: Tanınmış futbolçuların minifutbolda çıxış etməsi Avropa çempionatının rəqabət səviyyəsini daha da artırır

Azərbaycanlı alim beynəlxalq simpoziumda Azərbaycanın kənd təsərrüfatı irsindən danışıb

Şərqi Zəngəzurda meyvə bağlarında monitorinq aparılıb

® “Birbank” və “Bir Kredit” BOKT-dan yeni lizinq imkanı: 0 faizdən başlayan ilkin ödənişlə avtomobil əldə edin

“Qarabağ” Toral Bayramovla yollarını ayırıb

Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanda duz istehsalı 28 faiz artıb

Anakliya layihəsinin birinci mərhələsi 2029-cu ilə qədər başa çatdırıla bilər

Paytaxtda 99 minə yaxın şagird monitorinqə cəlb olunacaq

Kreml Ermənistana Aİİ daxilində Rusiya qazı üçün güzəştli qiymətləri xatırladıb

Çin Xalq Respublikasının Sədri Si Cinpindən

“Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanın iki filmi “SFC | Rendez-vous Industry” proqramında

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında Serbiya Respublikasında qaz turbin elektrik stansiyasının işlənməsi, layihələndirilməsi, tikintisi və idarə olunması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Latviya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanın qlobal miqyasda konstruktiv rolu yenidən təsdiqləndi - RƏY

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

Daşkənddə beynəlxalq xeyriyyə festivalında Azərbaycan guşəsi birinci yerə layiq görülüb

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb

Bakıda “Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı təşkil olunacaq

BMU tələbəsinin layihəsinə “Startap” şəhadətnaməsi verilib

Şəbnəm İsayeva: Ağır metallarla çirklənmiş torpaqların bərpası mərhələli şəkildə aparılmalıdır

Şərqşünaslıq İnstitutunda Müstəqillik Gününə həsr edilmiş elmi sessiya

Valideyn himayəsindən məhrum uşaqlara onlayn təhlükəsizlik qaydaları öyrədilib

Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikeldən

Premyer Liqa uğrunda pley-off matçını idarə edəcək hakim açıqlanıb

Qazax stadionunun güləş zalı yenidən qurulur

Seneqal Respublikasının Prezidenti Bassiru Diomaye Fayedən

Fransanın ədliyyə naziri ölkədə dəyişikliklərin həyata keçirilməsini təklif edib

Prezident İlham Əliyev: Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır

Prezident: Kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır

Təranə Vəliyeva: Yaradıcılıq məşğələləri uşaqlarda özünəinam hissi yaranmasına kömək edir

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb

Prezident İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir

Kosmik hava proqnozu açıqlanıb

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib YENİLƏNİB VİDEO

Qərbi Avropada qızmar istilərə hazırlıq görülür

“Sabah”ın futbolçusu Özbəkistan millisinin dünya çempionatı üçün ilkin heyətinə çağırılıb

WUF13 Bakının beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi rolunu bir daha təsdiqlədi - ŞƏRH

“PAŞA Bank” IPO üzrə abunə yazılışının müddətini uzadıb

Azərbaycan yaşıl urbanizasiya modelinin regional nümunəsini formalaşdırır – ŞƏRH

Teatr sənəti üzrə yazı müsabiqəsi elan edilir

“The Telegraph”: NATO-nun əsas müttəfiqləri Ukraynaya hərbi yardım üçün hər il ÜDM-in 0,25 faizini ayırmaq təklifini bloklayıb

“Sabah” Qazaxıstan millisinin qapıçısı ilə müqaviləni yeniləyəcək

“DOST Müfəttiş” layihəsi üzrə 28 müəssisədə diaqnostik qiymətləndirmə aparılaraq dəstək göstərilib

Azərbaycanın şəhərsalma siyasətində müasir urbanizasiya prinsipləri ön plana çıxır

Qusarda əmək yarmarkası: 59 boş iş yeri, 1500 manatadək maaş

ETX vətəndaşlara yeni kiberdələduzluq üsulu ilə bağlı xəbərdarlıq edib

Hörmüz boğazının açılacağı tarix bəlli deyil

bp AÇG-də ilk dəfə multilüləli quyu texnologiyası tətbiq edib

Zərdabda leysan sularının fəsadları aradan qaldırılır: əraziyə FHN-in qüvvə və texnikası cəlb olunub

Yekaterinburqda “Memarlıq və Şəhərsalma İli”nə həsr olunmuş minifutbol turniri

Yılmaz Batıbay: Müasir şəhərsalmada metro artıq zərurətə çevrilib

Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub

Özbəkistanda antikorrupsiya tədbirləri həyata keçirilib

Siyasi şərhçi: “Bakı Fəaliyyətə Çağırış” Azərbaycanın bərpa modelinə beynəlxalq dəstəyi əks etdirir

Mingəçevirdə valideynlər üçün narkomaniya ilə bağlı maarifləndirici tədbir təşkil olunub

Leyla Əhmədova: İnnovativ dayanacaq layihəsi davamlı şəhər infrastrukturuna xidmət edir

® “Expressbank”dan region sahibkarları üçün növbəti “Maliyyə savadlılığı” təlimi

London Hörmüz boğazının minalardan təmizlənməsi əməliyyatlarına töhfə verməyə hazırdır

Serbiya Prezidenti istefa verə biləcəyini açıqlayıb

“PAŞA Bank” səhmdarlarına 107 milyon manat dividend ödəyəcək

Madriddə kirayə haqlarının artması kütləvi etirazlara səbəb olub

“Səbail”in icraçı-direktoru: Komandanın taleyinə 2 həftə sonra aydınlıq gələcək

31-ci Bakı Enerji Həftəsi və 23-cü Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi baş tutacaq

İspaniya millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

Azərbaycanda sahibkarlığın inkişaf mexanizmlərinə dair yeni monoqrafiya nəşr olunub

Jurnalistlərə heyvan kəsimi prosesi əyani şəkildə nümayiş etdirilib VİDEO

Jurnalistlərə heyvan kəsimi prosesi əyani şəkildə nümayiş etdirilib VİDEO

WUF13-ün keçirildiyi günlərdə 52 nəfərə tibbi xidmət göstərilib

Gürcüstanın Azərbaycan ilə sərhəd zonasında yeni milli park yaradılacaq

® “Azercell”dən “Honor” smartfonlarına xüsusi kampaniya

Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesdən

Nərimanov rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb

Çin Tayvanla bağlı “yanlış siqnallar” verən Almaniyaya xəbərdarlıq edib

Gəncə və Bərdədə əlilliyi olan şəxslərin əl işlərinin satış sərgisi olub

“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri Arif Quliyevdən

Minifutbol millisinin qapıçısı: Avropa çempionatına dünya reytinqinin lideri kimi yollanırıq

Xalq dilinin poetik gücü və fəlsəfi düşüncənin vəhdəti - “Labirint” haqqında dilçi-alimin düşüncələri

Mərkəzi Asiya Mediatorlar Konsorsiumunun həmsədrləri Jandilda Jakupov və Gülsina Kojoyarovadan

Türkiyənin Şanlıurfa şəhərində parklar və restoranlar su altında qalıb

Qərbi Azərbaycanın Novruz mərasim mətbəxinin ənənələri təhlil edilib

“Araz-Naxçıvan” qapıçısı ilə yeni müqavilə imzalayıb