SİYASƏT
CAKARTADA BAŞ VERƏN ZƏLZƏLƏDƏN ZƏRƏRÇƏKƏNLƏR ARASINDA AZƏRBAYCAN VƏTƏNDAŞLARI YOXDUR
Bakı, 17 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikasının İndoneziyadakı səfirliyindən Xarici İşlər Nazirliyinə daxil olan məlumatda deyilir ki, oktyabrın 16-da Cakarta vaxtı ilə saat 16.45 radələrində Banten (Cava adası), Cakarta (Cava adası) va Lampunq (Sumatra adası) əyalətlərində zəlzələ baş vermişdir. Rixter cədvəli ilə 6,1 bal gücündə olan zəlzələnin episentri paytaxt Cakartadan 185 kilometr cənub-qərbdə, Sunda boğazında, 55 kilometr dərinlikdə olmuşdur.
Məlumata əsasən səfirliyin əməkdaşları arasında zərər çəkən olmamışdır, Azərbaycan Respublikası vətəndaşları tərəfindən zəlzələ ilə bağlı müraciətlər qeydə alınmamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [16:38]
Moskvada Azərbaycan və Rusiya Baş nazirləri müavinlərinin görüşü keçirilib
- 03.05.2024 [15:45]
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
- 03.05.2024 [15:01]
Milli Məclisdə Bosniya və herseqovinalı deputatla görüş təşkil edilib
- 03.05.2024 [13:09]