Cari ilin 9 ayında qeyri-neft sektoru üzrə vergi daxilolmaları 3,8 milyard manatı ötüb

Bakı, 29 oktyabr, AZƏRTAC
Qeyri-neft sektorunda yüksək artım ümumilikdə ölkə üzrə vergi daxilolmalarının həcminə də mühüm təsir göstərib və hesabat dövründə Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmaları 4,9 milyard manat təşkil edib. Bu, 2015-ci ilin yanvar-sentyabr aylarının göstəricisi ilə müqayisədə 366 milyon manat çoxdur.
AZƏRTAC Vergilər.az saytına istinadla bildirir ki, həmin sektor üzrə daxilolmalar proqnozdan 64,2 milyon manat artıq olub. Bu isə dövlət büdcəsinin əsas hissəsinin qeyri-neft vergi gəlirləri hesabına formalaşdığının göstəricisidir.
2016-cı ilin 9 ayı ərzində ölkəmizdə 500-dən artıq yeni müəssisə yaradılıb və onların böyük bir qismi məhz bölgələrin payına düşür. Bunlar əsasən qeyri-neft sektorunu əhatə edən 200-ə yaxın orta və iri müəssisələrdir ki, bu da vergi daxilolmalarında əlavə mənbələrin cəlb edilməsinə mühüm təsir göstərib.
Həmçinin, cari ildən etibarən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə vergitutma rejimində seçim hüququ verilib, daşınmaz əmlakın satışının sadələşdirilmiş vergiyə cəlb edilməsinə başlanılıb. Bu amillər də qeyri-neft sektoru üzrə vergi gəlirlərinin həcminin artmasında rol oynayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]