Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Caz - bir xoşahəngli Azərbaycan məhsulu

“Couleurs Jazz” jurnalında Azərbaycan cazı haqqında məqalə dərc olunub

Bakı, 19 avqust, AZƏRTAC

Fransanın ixtisaslaşmış “Couleurs Jazz” jurnalında Avropa Azərbaycan Cəmiyyətinin “TEAS Magazine” dərgisinin baş redaktoru Neyl Uatsonunu Azərbaycan cazının tarixi, inkişafı və gələcəyi, həmçinin ölkəmizin görkəmli caz musiqiçilərinə həsr olunmuş məqaləsi dərc olunub. \ In French (“Quand l’Azerbaïdjan exporte son jazz mélodieux”) - http://couleursjazz.fr/fr/quand-lazerbaidjan-exporte-son-jazz-melodieux/  In English : http://couleursjazz.fr/jazz-a-mellifluous-azerbaijani-export/  

Avropa Azərbaycan Cəmiyyətindən AZƏRTAC-a bildirilib ki, məqalədə Azərbaycan cazının tarixi barədə oxuculara geniş məlumat verilib. Məqalədə deyilir: Bu tarix 90 il əvvələ, demək olar ki, lentə alınan cazın ilk günlərinə gedib çıxır. Bu ölkədə ilk qrup “Şərq” caz qrupu olub. Sovet İttifaqında musiqi qastrollarında olmuş bu qrupda tenor Hüseynqulu Sarabski (müasir caz pianoçusu İsfar Sarabskinin ulu babası) vokal ifa edirdi.

SSRİ zamanında caza münasibət ölkədə üstün olan siyasi ab-havadan asılı olaraq dəyişirdi. Aydındır ki, bu musiqi ABŞ-da inkişaf edirdi, lakin bu, Amerika cəmiyyətində yoxsul və məzlumların məhsulu idi. Elə buna görə də bəzən caz musiqiçilərinə öz musiqilərini açıq şəkildə ifa etmək çətin olurdu. Buna baxmayaraq, Niyazi və Tofiq Quliyev kimi Azərbaycan musiqiçi və bəstəkarları cazdan alınan akkord sıralarını simfonik musiqi ilə birləşdirə bilirdilər. 1953-cü ildə Stalinin vəfatından sonra caza münasibət dəyişdi və ömür boyu caz pərəstişkarı olan Leonid Brejnev hakimiyyətə gəldikdən sonra bu sənət növünə olan yanaşma daha da mülayimləşdi.

1950-ci illərdə Sovet və Şərq blokundan caz musiqiçiləri artıq Sovet İttifaqının caz paytaxtı kimi tanınan Bakıya axın edirdilər

Azərbaycanın milli musiqisi muğamdır. Onun ahəngdar strukturu, ölçüsü, meyarları və alətləri qərb musiqisindən tamamilə fərqli olsa da, burada caz musiqisi ilə bəzi oxşarlıqlar var. Belə ki, hər parçanın əvvəli və sonunda spesifik keçidlər var və onların arasında akkord və melodiyalar ətrafında improvizasiya üçün imkan yaranır. Bu yüksək səviyyəli improvizasiya və şəxsi interpretasiya Bakının caz musiqisini qəbul etməsinə şərait yaratdı və 1950-ci illərdə Sovet və Şərq blokundan caz musiqiçiləri artıq Sovet İttifaqının caz paytaxtı olaraq tanınan Bakıya axın etdilər və burada Pərviz Rüstəmbəyov (Sovetin Benni Qudmanı) kimi bir musiqiçi öz sənətini inkişaf etdirə bildi.

1950 və 60-cı illərdə ABŞ-da Mayls Devis, Bill Evans və Əhməd Camal kimi parlaq musiqiçilər tərəfindən postbop modal caz musiqisinin yaradılması Azərbaycanda azərbaycansayağı musiqi inqilabına yol açdı. Rafiq Babayev və Vaqif Mustafazadə kimi klassik musiqi təhsili almış pianoçu və bəstəkarlar başlanğıc nöqtəsi olaraq Azərbaycan muğamını götürərək onu modal caz musiqisi ilə sintez edib, hazırda caz-muğam kimi tanınan etnojazz musiqi formasını yaradıblar. Vaqif Mustafazadənin çox vaxt standart caz triosu, yəni pano, bas gitara və zərb alətləri formatında ifa edilən əsərləri xüsusi rəğbət qazanıb və burada onun pianoda zəngin bəzədilmiş yanaşmasının rolu da az olmayıb. Onu çox vaxt “Azərbaycan cazının atası” adlandırırlar. Truba ifaçısı Dizzi Gillespi demişdi ki, o, gələcəyin musiqisini yaradıb və blüz gitaraçı BB Kinq qeyd etmişdi: “İnsanlar mənə Blüz Kralı (King) deyir, lakin mən sənin kimi piano çala bilsəydim özümü Allah adlandırardım.”

Əzizə Mustafazadə öz kompozisiyalarına mistik yanaşma tətbiq edərək caz-muğam ideyasını bir qədər də irəli aparıb

Vaqif Mustafazadənin 39 yaşında qəflətən vəfat etməsinə baxmayaraq, onun təsirini dəyərləndirməmək olmaz. Bu gün Azərbaycanda demək olar ki, bütün caz musiqiçiləri onun irsinə çox borcludurlar – 2009-cu ildə Montrö Caz Festivalında solo caz piano mükafatını qazanmış gənc İsfar Sarabski öz çıxışlarında onun “Mart” əsərini müntəzəm olaraq ifa edir.

Emil Əfrasiyab Vaqifin Piano Konsertini öz interpretasiyasında ifa edib və onun qızı Əzizə Mustafazadə öz kompozisiyalarına mistik yanaşma tətbiq edərək caz-muğam ideyasını bir qədər də irəli aparmışdı və çox vaxt ifalarını xanəndəsayağı oxumaqla tamamlayırdı.

Həyəcanverici Şahin Növrəsli çox vaxt öz qardaşları ilə birlikdə milli alətlərdə tar və kamançada ifa edərək asanlıqla caz, muğam qərb və şərqə çıxış yaradır.

Başqa bir piano ifaçısı Əminə Fiqarova bir qədər fərqli mühitdən yararlanır, bu, “freeform” caz musiqisidir. O, karyerasını Niderland və ABŞ-da qurub. Bu yaxınlarda, folklor mühitindən gələn musiqiçi Elçin Şirinov Azərbaycan xalq və klassık musiqisində və bu mövzular ətrafında improvizasiya edib, eyni zamanda onun kompozisiyalarında hələ də muğam mikrotonları və şərq harmoniyası da vardır.

Bakıda ilk caz festivalı 1969-cu ildə keçirilib və hazırda hər il keçirilən və saksofon ifaçısı Rain Sultanov tərəfindən təşkil edilən Bakı Beynəlxalq Caz Festivalı Azərbaycan və postsovet məkanının ən parlaq istedadları ilə yanaşı Billy Kobham, mərhum Co Zavinul, Çarlz Lloyd və Stenli Klark kimi dünyanın ən məşhur istedadlarından bəzilərini cəlb edir. Təbii ki, bu cür əməkdaşlıq Azərbaycan caz musiqisinə öz təsirini göstərmişdi. Məsələn, İsfar Sarabski və Elçin Şirinovun ifaları təkrarlanan fank parçaları ilə zəngindir, Salman Qəmbərovun ifası isə tam olaraq caz-rok qarışığı kateqoriyasına aiddir. Tenor saksofon ifaçısı Rain Sultanovun yanaşması fərqlidir, o, Maykl Brekkerin fyujn musiqisini klassik, muğam və dünya musiqi alətləri və ahəngləri ilə birləşdirir. Bakının mərkəzində yerləşən caz klubu və bir çox yüksək səviyyəli musiqiçiləri ilə Azərbaycanda caz musiqisi yaşayır və çiçəklənir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub