REGİONLAR
Cəlilabadda şəhidlərin xatirəsinə həsr olunmuş boks üzrə rayon birinciliyi keçirilib
Cəlilabad, 29 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş boks üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon birinciliyində 100-ə yaxın yeniyetmə boksçu müxtəlif çəki dərəcələrində qələbə uğrunda mübarizə aparıb.
Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Ombudsmanın Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, Əməkdar məşqçi Əhməd Fərəcov, Uşaq-Gənclər İdman Məktəbinin direktoru Natiq Rzayev qalibləri təbrik edərək, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbədə Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərinin, o cümlədən cəlilabadlı döyüşçülərin qəhrəmanlıqlarından danışıblar.
Rayon birinciliyinin qaliblərinə Cəlilabad Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olunub.