Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cənub Qaz Dəhlizinin açılışı: uğurlu siyasətin beynəlxalq etirafı

Cənub Qaz Dəhlizinin açılışı: uğurlu siyasətin beynəlxalq etirafı

May ayının 29-da Səngəçal terminalında "Cənub Qaz Dəhlizi" layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə rəsmi, siyasi və işgüzar dairələri təmsil edən çoxlu sayda xarici nümayəndələr iştirak ediblər. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Dövlət başçısı dərin məzmunlu nitq söyləyib. O, Cənub Qaz Dəhlizinin siyasi, iqtisadi, geosiyasi və enerji təhlükəsizliyi aspektlərində verdiyi töhfəni dolğun şəkildə ifadə edib. Bu məsələnin Azərbaycanın ardıcıl və uzunmüddətli xarici siyasətinin birbaşa nəticəsi olduğunu vurğulayıb. ABŞ, Böyük Britaniya və Türkiyəni təmsil edən nümayəndələr də öz fikirlərini ifadə ediblər. Dünyanın bir sıra dövlətlərinin başçılarının bu təntənəli hadisə ilə bağlı göndərdikləri məktublar da oxunub. "Cənub Qaz Dəhlizi" layihəsinin çox mühüm geosiyasi hadisə olduğu tam etiraf edilib. Bu üzdən bir sıra mühüm geosiyasi xarakterli məqamları təhlil etməyə ehtiyac görürük.

Nəhəng layihə: böyük siyasətin konkret təcəssümü

Cənub Qaz Dəhlizinin işə salınmasına həsr edilmiş təntənəli mərasim tarixi hadisə oldu. Regionun Avropa ilə əməkdaşlıq perspektivləri baxımından ciddi rol oynayan bir layihənin reallaşmasının Səngəçalda qeyd olunması müstəqil Azərbaycanın apardığı siyasətin unudulmaz səhifələrindən biri kimi yaddaşlarda qalacaq. Tədbirdə iştirak edən müxtəlif ölkələrin nümayəndələrinin söylədikləri bunun əyani təsdiqlərindən biridir. Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin dərin məzmunlu nitqi tədbirin möhtəşəmliyini və perspektivliyini nümayiş etdirən əsas faktor idi.

Dövlət başçısı dolğun bir şəkildə bu layihənin əhəmiyyəti və dünyaya verəcəyi töhfələri ifadə edib. İlham Əliyev nitqində bəyan edib: “ ... belə nəhəng layihələri tərəfdaşlarımızla birlikdə icra edirik və Avropanın enerji xəritəsini yenidən tərtib edirik” (bax: Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib. Prezident İlham Əliyev mərasimdə iştirak edib / AZƏRTAC, 29 may 2018).

Bu lakonik fikirdə Azərbaycanın xarici siyasətinin mühüm aspektlərindən ikisi öz əksini tapıb. Əvvəla, Azərbaycan daim tərəfdaşları ilə birlikdə, beynəlxalq normalar çərçivəsində fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi məhz bu cür siyasətin birbaşa nəticəsidir. Müasir şəraitdə və rəqabətin böyük olduğu bir zamanda çoxlu sayda tərəfdaşla nəhəng enerji layihəsini reallaşdırmaq doğrudan da çox mahir xarici siyasət, daha konkret desək, enerji strategiyası tələb edir.

İkincisi, bu layihə Avropanın enerji xəritəsini dəyişmək iqtidarındadır. Ekspertləri də məsələnin bu tərəfi daha çox maraqlandırır. Məsələn, "Cənub Qaz Dəhlizi" layihəsinə Rusiyanın münasibəti necədir? Çünki əgər söhbət Avropanın enerji xəritəsini yeniləşdirməkdən gedirsə, bunun Rusiyanın maraqlarına birbaşa aidiyyəti var.

Ekspertlər bu problemi araşdırıb və maraqlı qənaətlər əldə ediblər. Prezident Vladimir Putinin Cənub Qaz Dəhlizi ilə bağlı söylədiyi müsbət fikir də onlara müəyyən təkan verib. Rusiyanın dövlət başçısı bəyan edib ki, Moskva bu təşəbbüsü alqışlayır və Azərbaycana uğurlar arzulayır. Ermənilərdən başqa, hamını müsbət mənada təəccübləndirən bu bəyanat əslində real əsaslara və praqmatik siyasi hesablamalara söykənir. Həmin məqamı aydınlaşdırmaq üçün yaranmış situasiyaya geniş prizmadan nəzər salaq.

Birincisi, Rusiya Avropanı qazla təmin edən əsas qaynaqdır. Rusiya Avropaya ildə 193 milyard kubmetr qaz satır. Burada Moskvanın siyasi və geosiyasi maraqlarını da nəzərə alsaq, Avropanın nə dərəcədə əhəmiyyətli olduğunu bir daha dərk etmiş olarıq. Son zamanlar ABŞ-Avropa münasibətlərində özünü göstərən anlaşılmazlıqlar kontekstində isə mövcud vəziyyət Kreml üçün həyati əhəmiyyət daşıyır.

İkincisi, Qərb Rusiya ilə Ukrayna məsələsinə görə ziddiyyətlər içindədir və Moskvanın enerji faktorundan siyasi məqsədlər üçün istifadə etməsindən ciddi şübhələnir. Bu səbəbdəndir ki, Ukrayna öz ərazisindən Avropaya gedən qaz nəqlini dayandırıb. Nəticədə, Rusiya “Şimal axını-2” və Ukraynadan yan keçən “Türk axını” layihələrini reallaşdırmağa çalışır. Ancaq bu, ciddi mübarizə şəraitində baş verir və bir sıra dairələr "Şimal axını-2" layihəsinin həyata keçməsini istəmirlər. Deməli, bu vəziyyətdə Moskva üçün "Türk axını" daha çox əhəmiyyət daşıyır. Bu bağlılıqda Cənub Qaz Dəhlizi Rusiya üçün təhlükə yaratmırmı? V.Putinin bəyanatı göstərir ki, yaratmır.

Üçüncüsü, ABŞ son dövrlərdə dünyaya qaz satışını artırmağa başlayıb və bunun üçün "qaya qazı" adlanan üsuldan geniş istifadə edir. Son məlumatlara görə, Amerika Çin, Yaponiya və Hindistana daha çox qaz satmağa başlayıb və yaxın gələcəkdə bu sahədə lider səviyyəyə yüksələ bilər. Bu proses Rusiyanın dünya bazarında manevr imkanlarını məhdudlaşdırmırmı? Həmin kontekstdə də hansı səbəblərdən Cənub Qaz Dəhlizi Rusiya üçün ciddi rəqib statusunda deyil?

Sərt rəqabət şəraitində: hamını qane edən mövqe

Bu kimi sualları verən ekspertlər cavabları da imkan daxilində tapmağa çalışırlar. Həmin bucaq altında Cənub Qaz Dəhlizinin energetik, siyasi və geosiyasi əhəmiyyəti daha aydın özünü göstərir. Real vəziyyət belədir ki, Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya 16 milyard kubmetr qaz nəql oluna bilər. Bu, Rusiyanın Avropaya verdiyi qazın miqdarından (193 milyard kubmetr) bir neçə dəfə azdır. Deməli, neqativ mənada Rusiyaya rəqib olmaqdan söhbət gedə bilməz.

Digər tərəfdən, ekspertlər aydınlaşdırıblar ki, Azərbaycanın özü Rusiyadan qaz almağı nəzərdə tutub. Yəni mövcud imkanlarla Cənub Qaz Dəhlizini təmin edir və eyni zamanda, Rusiyadan daha sərfəli qiymətlə qaz alıb daxili tələbatının bir qismini ödəyir (bax: məs., Ирина Джорбенадзе. Почему ЮГК не поссорит Россию с Азербайджаном / "Росбалт", 31 may 2018).

Məsələnin Rusiyanı razı salan başqa tərəfi də maraqlıdır. Ekspertlər vurğulayırlar ki, Cənub Qaz Dəhlizi faktiki olaraq "Nabucco"nu əvəz etdi. "Nabucco" ilə ildə 60 milyard kubmetr qaz nəql edilə bilərdi. Bu da Rusiya üçün ciddi rəqabət deməkdir. Belə çıxır ki, Azərbaycan Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsini irəli sürməklə faktiki olaraq həm özü, həm Rusiya, həm Avropa, həm də Türkiyə üçün sərfəli olan addım atıb. Bu, ölkə rəhbərliyinin uzaqgörən milli siyasətinin bariz nümunələrindən biridir. Çünki Bakı həm öz maraqlarını reallaşdıra bilib, həm də böyük dövlətlərin maraqlarını qarşılıqlı fayda prinsipi əsasında uzlaşdırıb.

Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizinin açılış mərasimində " ... böyük dərəcədə bu işlərin təməlində düşünülmüş siyasət dayanır ..." fikrini vurğulaması heç də təsadüfi deyil (bax: Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib. Prezident İlham Əliyev mərasimdə iştirak edib / AZƏRTAC, 29 may 2018).

Əksinə, burada daha dərin məzmunlu məqamlar ifadə edilib. Həmin məqamlar Azərbaycanın xarici siyasətinin çox mühüm cəhətləri ilə əlaqəlidir. Əgər öncədən düşünülmüş, bütün incəliklərinə qədər işlənmiş və tədrici qaydada yüksək siyasi iradə və peşəkar diplomatik fəaliyyətlə kurs hazırlanmasaydı, çox mürəkkəb situasiyaları aşaraq, belə nailiyyətlər əldə etmək mümkün deyildi. Bu fikrin işığında Cənub Qaz Dəhlizinin işə salınmasının geosiyasi təsir gücü üzərində geniş dayanmağa dəyər. Prezident İlham Əliyevin nitqində ifadə etdiyi fikirlər buna kifayət qədər əsas verir.

Dövlət başçısı bu gün qazanılan uğurların təməlində Heydər Əliyevin Azərbaycan üçün çətin olan məqamlarda hazırladığı siyasi kursun dayandığını açıq bəyan edib. İlham Əliyev nitqində vurğulayıb: "Mən o tarixi günləri yaxşı xatırlayıram. Çünki o vaxt mən Dövlət Neft Şirkətinin vitse-prezidenti kimi bu işlərlə bilavasitə məşğul idim. O vaxt Azərbaycanın neft strategiyası müəyyən olundu və bu gün biz bu strategiyanın, görülən işlərin bəhrəsini görürük" (bax: əvvəlki mənbəyə). Deməli, həmin prosesdə indi ölkəyə rəhbərlik edən İlham Əliyevin də öz töhfəsi olub.

Ulu Öndər Heydər Əliyev gələcəkdə daha uğurlu siyasət yeritmək üçün kadr hazırlığına da böyük önəm verib. Yəni faktiki olaraq həmin dövrdə varislik prinsipi də unudulmayıb, tədrici və rasional surətdə həyata keçirilib. Bu, Azərbaycanın milli dövlətçiliyi naminə edilib ki, sonrakı mərhələlərdə Azərbaycan faydalı əməkdaşlığa hazır ola bilsin.

Uzun yol: növbəti mərhələ

Digər tərəfdən, 1993-cü ildən başlayaraq həyata keçirilən enerji siyasəti çox maraqlı mərhələləri keçib. Onlar barədə İlham Əliyev nitqində fikir bildirib. Dövlət başçısı vurğulayıb: "TANAP layihəsi Cənub Qaz Dəhlizinin önəmli hissəsidir. Biz gələn ay TANAP layihəsinin istifadəyə verilməsini də qeyd edəcəyik. Qeyd etdiyim kimi, 2014-cü il sentyabrın 20-də, - o da çox rəmzi məna daşıyır, çünki "Əsrin kontraktı" 1994-cü il sentyabrın 20-də imzalanmışdır, - 20 ildən sonra Cənub Qaz Dəhlizinin təməli qoyulmuşdur. Bu gün biz bu layihənin rəsmi açılışını qeyd edirik və bu, doğrudan da böyük və tarixi hadisədir" (bax: əvvəlki mənbəyə).

Həqiqətən də, 1994-cü ilin sentyabr ayının 20-də təməli qoyulan siyasətin düz 20 il sonra - 2014-cü il sentyabrın 20-də konkret nəhəng layihə ilə öz töhfəsini verməsi tarixi hadisədir! 20 il ondan əvvəl öz müstəqilliyi uğrunda ölüm-dirim savaşı verən, bir sıra böyük dövlətlərin parçalamağa hazır olduğu ölkə kimi bütövlüyünü saxlamağa çalışan bir Cənubi Qafqaz müsəlman dövləti indi geosiyasi əhəmiyyətli layihəni 7 ölkə ilə birgə reallaşdırır! Təsəvvür edin, qısa bir tarixi zamanda Azərbaycan nə kimi nəhəng irəliləyişə nail olub. Öz təhlükəsizliyini güclə təmin edən yeni müstəqil dövlət cəmi 20 ildən sonra bütün dünyanın təhlükəsizliyinə xidmət edə bilən bir proqramı həyata keçirir! Budur səmərəli xarici siyasət kursunun başlıca missiyası və tarixi töhfəsi!

Nitqində dövlət başçısı onu da önə çəkib ki, Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir. Onun icrasına 40 milyard dollardan çox sərmayə qoyulub. İndiki maliyyə böhranı şəraitində bir layihəyə bu dərəcədə kapital qoyulması onun iqtisadi ilə yanaşı, siyasi və geosiyasi əhəmiyyətini də göz önünə çəkir. Burada şübhəsiz ki, Azərbaycanın kifayət qədər qaz ehtiyatına malik olmasına olan inam da mühüm rol oynayıb. Belə ki, "Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Əminəm ki, bundan böyük həcmdə resurslarımız var. Gələcək kəşfiyyat və istismar işləri əminəm ki, bunu təsdiqləyəcək" (bax: əvvəlki mənbəyə).

Təbii ki, belə nəhəng bir iş üçün başqa bir ehtiyac meydana çıxır. Biz layihənin reallaşması üçün beynəlxalq əməkdaşlığın zəruriliyini nəzərdə tuturuq. Hamını Azərbaycanın bu çətin işin öhdəsindən gələ biləcəyi maraqlandırırdı. Hətta müəyyən şayiələr buraxıb, prosesi pozmağa çalışan dairələr də meydan çıxdı. Xüsusilə ermənilər təxribatçı informasiyalar meydana atmaqda fərqlənirdilər. Bu vəziyyətdə də Azərbaycan rəhbərliyi öz qəti iradəsini ortaya qoyaraq bütün problemlərin həllinə nail oldu. Bu sırada Azərbaycanın TANAP-ın təşəbbüskarı olması və maliyyəni Türkiyə ilə birlikdə öz öhdəsinə götürməsi cəsarətli addım idi. Bunun sayəsində “Nabucco”dan birbaşa Azərbaycan layihəsi olan TANAP-a keçid etmək mümkün oldu. Eyni zamanda, bir neçə xarici dövlətin bu layihəyə qoşulması üçün münbit şərait yaratdı. İndi Azərbaycan və Türkiyə ilə yanaşı, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan və Albaniya layihənin iştirakçılarıdırlar. Bu tərkibin genişlənəcəyi gözlənilir.

Qlobal əməkdaşlıq və təhlükəsizlik: Azərbaycanın dəyişməz kursu

Digər tərəfdən, Cənub Qaz Dəhlizi bütövlükdə qlobal əməkdaşlığın enerji təhlükəsizliyinə verdiyi töhfə aspektində əhəmiyyətli təsirə malikdir. Bu bağlılıqda həmin layihənin “Yeni İpək Yolu” layihəsi ilə qarşılıqlı əlaqədə müsbət nəticələr verə biləcəyini istisna etmək olmaz. Bu, xüsusilə Mərkəzi Asiyada böyük dövlətlərin sərt rəqabəti fonunda xeyli dərəcədə maraqlı görünür. Mümkündür ki, Xəzərin o tayından da bu layihədən istifadə etməklə bağlı təkliflər səsləndirilsin.

Məsələ regional əməkdaşlıq kontekstində daha böyük məna kəsb edir. Bununla bağlı dövlət başçısı nitqində maraqlı məqamları vurğulayıb. İlham Əliyev ifadə edib: “Bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı. Mən, ilk növbədə, regional əməkdaşlıq haqqında danışmaq istərdim. Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələri, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihəsini icra edərkən artıq çox güclü üçtərəfli regional əməkdaşlıq formatı yaratmışlar. Ona görə bu layihələrin icra edilməsində bu üç ölkənin birgə səyləri xüsusi yer tutur. Mən bu gün fürsətdən istifadə edərək həm Türkiyə, həm Gürcüstan rəhbərliyinə əməkdaşlığa görə təşəkkürümü bildirmək istəyirəm” (bax: əvvəlki mənbəyə).

Xatırladaq ki, Bakı çox səmərəli üçtərəfli əməkdaşlıq formatlarının təşəbbüskarıdır. İndi bu istiqamətdə böyük uğurlar əldə edilib və Cənub Qaz Dəhlizi də onun gözəl nümunələrindən biridir. Bunlarla yanaşı, “Cənub Qaz Dəhlizi” layihəsi üçtərəfli əməkdaşlıq formatını daha geniş məkana genişləndirməyin də orijinal modeli sayıla bilər.

Bu məqam Azərbaycan Prezidentinin nitqində çox maraqlı şəkildə əks olunub. Dövlət başçısı vurğulayıb: " ... Amerika Birləşmiş Ştatları bütün layihələrimizdə bizə böyük dəstək olub, bizə kömək göstərib, həm siyasi dəstək, həm mənəvi dəstək ... Böyük Britaniya hökuməti də həmişə bizim yanımızda olub ... Böyük Britaniya hökuməti bu layihələrin reallaşmasında həmişə bizə dəstək göstərmişdir, biz bu dəstəyi bu gün də hiss edirik ... Avropa İttifaqı bu layihənin icrasında çox önəmli rol oynamışdır. Hələ 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu illər ərzində biz daim Avropa İttifaqının dəstəyini hiss etmişik ... " (bax: əvvəlki mənbəyə).

Deməli, "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində geniş əməkdaşlıq formatı konkret səmərə verib. Onu şərti olaraq "yedditərəfli əməkdaşlıq formatı" adlandıra bilərik. Heç şübhəsiz, belə bir layihənin çox ciddi perspektivlərindən danışa bilərik. Əməkdaşlıq edən tərəflərin tərkibi genişləndikcə, faktiki olaraq qlobal əməkdaşlıq formatı meydana gələ bilər ki, bu da XXI əsrin çağırışları fonunda kifayət qədər maraqlı və aktual görünür. Bu baxımdan Prezident İlham Əliyevin aşağıdakı fikrinin daha geniş geosiyasi məntiqi var. Ölkə rəhbəri ifadə edib: "Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi məsələlərinin həllinə də kömək göstərəcək. Bu gün enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünya gündəliyində çox ciddi dayanır və ölkələrin milli təhlükəsizliyi, o cümlədən enerji təhlükəsizliyindən böyük dərəcədə asılıdır" (bax: əvvəlki mənbəyə).

Bununla yanaşı, Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi baxımından önəm daşıyır. Prezident İlham Əliyev bu bağlılıqda həmin layihəni "əvəzolunmaz layihə" adlandırıb. Çünki burada həm mənbələrin, həm də marşrutların şaxələndirilməsi mövcuddur. Onun özəlliyi də bundan ibarətdir. Buna görə də dövlət başçısı xüsusi diqqətə çatdırıb ki, "Azərbaycan qazı yeni mənbədir və “Cənub Qaz Dəhlizi” yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir" (bax: əvvəlki mənbəyə).

Dövlət başçısı İlham Əliyevin bu maraqlı tezisini ABŞ, Böyük Britaniya, Rusiya və Türkiyə rəhbərlərinin Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin 25 illiyi və Cənub Qaz Dəhlizinə ilk qazın verilməsi münasibətilə ona ünvanladıqları məktubların məzmunu bir daha təsdiq edir. Amerikanın dövlət başçısı Donald Tramp Cənub Qaz Dəhlizini "inanılmaz nailiyyət", ABŞ və Azərbaycanın 30 illik əməkdaşlığının "mühüm nailiyyəti" adlandırıb.

ABŞ Prezidenti vurğulayıb: "İlk müstəqil dövlətinin 100 illiyini qeyd edən Azərbaycan indi daha firavan və qlobal iqtisadiyyata bağlı bir ölkədir. Azərbaycanın böyük neft yataqları dünya enerji bazarına sabitlik gətirir. Sizin qaz hasilatınız isə Türkiyə və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcəkdir" (bax: Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan / AZƏRTAC, 30 may 2018).

Donald Tramp Cənub Qaz Dəhlizinə Azərbaycanın xarici siyasət kursunun ümumi məzmunu kontekstində baxır. Buna görə də o, məktubunun sonunda vurğulayır ki, həm ABŞ-la Azərbaycanın, həm də "Qafqaz regionunun daha firavan, dinc və təhlükəsiz olması naminə" Prezident İlham Əliyevlə birgə işləmək əzmindədir. Etiraf edək ki, dünyanın qüdrətli dövlətinin başçısı tərəfindən verilən bu yüksək qiymət göstərir ki, Azərbaycan sözün həqiqi mənasında dünya siyasətinə, onun enerji təhlükəsizliyinə ciddi töhfələr verir.

Daha əhəmiyyətlisini isə Prezident İlham Əliyev öz nitqində vurğulayıb. Dövlət başçısı ifadə edib ki, " ... ölkələrin uğurlu inkişafını təbii resurslar həll etmir. Düşünülmüş siyasət, xalq-iqtidar birliyi, şəffaflıq, bütün azadlıqların təmin edilməsi, düzgün iqtisadi siyasət və regional əməkdaşlıq uğurlu inkişafın əsas amilləridir" (bax: əvvəlki mənbəyə). Bunun ən gözəl rəmzlərindən biri də "Cənub Qaz Dəhlizi" layihəsidir! Onun reallaşması son hədd deyil. Əksinə, yeni və daha uğurlu inkişaf mərhələsinin başlanğıcıdır. Qarşıda yeni-yeni zirvələr durur!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək