DÜNYA
Çexiyada əcnəbilərin uşaqları yerli xalqın dilini ödənişsiz öyrənirlər
Praqa, 11 iyul (AZƏRTAC). Plzendə əcnəbilərin uşaqları üç həftə ərzində Çex dilini ödənişsiz öyrənmək imkanı əldə etmişlər. Bu, xarici dillərin öyrənilməsi üzrə beynəlxalq yay məktəbinin yeniliklərindən biridir. Hər il yay məktəbində yüzlərlə əcnəbi çex dilinin incəlikləri ilə tanış olur.
Yay məktəbi övladlarını Çexiyada həyata hazırlamaq istəyən əcnəbilərin uşaqları üçün kursu Plzen diyarı Əcnəbilərin İnteqrasiyasının Dəstəklənməsi Mərkəzi ilə əməkdaşlıq çərçivəsində açmışdır. Kurs 5-8, eləcə də 9-12 yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur.
Kursa, əsasən, Avropa İttifaqına daxil olmayan ölkələrdən - Rusiya, Ukrayna, Belarusdan olan uşaqlar, eləcə də bəzi azərbaycanlı ailələrin uşaqları yazılmışlar.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa