Çində ən çox axtarılan dələduzlardan biri həbs olunub
Pekin, 14 aprel, AZƏRTAC
Çində polisin axtarış siyahısında ilk onluqda olan dələduz Cao Cianquo saxlanılıb.
Çin İctimai Təhlükəsizlik Nazirliyinin məlumatına görə, 35 yaşlı telekommunikasiya və internet fırıldaqçısı C.Cianquonun başçılıq etdiyi dəstə ötən ay Dalyan şəhərindəki tikinti şirkətlərindən birini aldadaraq, 81,72 milyon yuan (12,6 milyon ABŞ dolları) ələ keçirib. Tikinti şirkətinin şikayəti əsasında əməliyyata başlayan polis hadisənin ertəsi günü dəstənin bir neçə üzvünü saxlasa da, dəstə başçısı gizlənməyə müvəffəq ola bilmişdi. Axtarış əməliyyatının nəticəsi olaraq, Cao Cianquo aprelin 10-da Cıcian əyalətində yaxalanıb. Hazırda istintaq aparılır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [19:03]
Rusiya miqrant işçilərin sağlamlığına nəzarəti gücləndirəcək
- 03.06.2026 [18:58]
İspaniyada isti havalarla bağlı rekord sayda ölüm halları qeydə alınıb
- 03.06.2026 [18:48]
Küveyt İran səfirliyinin iki əməkdaşını “arzuolunmaz şəxs” elan edib
- 03.06.2026 [17:18]
Avropa İttifaqı İsveçi sərhəd nəzarətini ləğv etməyə çağırır
- 03.06.2026 [16:45]