İQTİSADİYYAT
“Citigroup”: Gələn il neft bazarında təklif kəsiri yarana bilər
Bakı, 26 sentyabr, Nihad Budaqov, AZƏRTAC
Gələn il neft bazarında təklif kəsiri yarana bilər.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın üçüncü böyük bankı olan “Citigroup Inc.”in əmtəə araşdırmaları üzrə rəhbəri Ed Morse bu qənaətdədir. O deyib: “Gələn il bazarda daha çox Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) üzrə təklif çoxluğunun yaranacağını düşünənlər özlərini neft çatışmazlığına hazırlamalıdırlar. Belə ki, OPEC üzrə beş ölkə - Liviya, Nigeriya, Venesuela, İran və İraqın bu il maksimum neft istehsalı həyata keçirəcək. Hasilatın artımının əvəzinə 2018-ci ildə bazarda təklif kəsirinin olması riski var. Bu risk kəşfiyyat və inkişafa az sərmayə yatıran ölkələrlə bağlıdır”.
E.Morse bildirib ki, bazarda OPEC-in istehsalının artacağı ilə bağlı əhəmiyyətli dərəcədə narahatlıq var. Lakin bazarda təklif kəsiri yarana bilər və bu da bazarda problemlərə səbəb olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]