Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dağıstanın incisi - Axtı

Çoxlu səfalı, axar-baxarlı kəndləri olan Dağıstanda təkcə Rusiyadan deyil, Azərbaycandan da insanları cəlb edən bir kənd var. Bu, şəfaverici qaynar bulaqları ilə məşhur olan Axtı kəndidir. Azərbaycanla sərhədin yaxınlığında yerləşən Axtı ölkəmizin şimal bölgələrinin sakinləri arasında xüsusilə populyardır. Bura müalicə olunmağa gələn turistlər dağ mənzərələrinin möhtəşəmliyinə, bağ-bağata, qədim memarlıq üslubuna və yerli sakinlərin hədsiz qonaqpərvərliyinə valeh olurlar.

Dağlarda şəfa ocağı

Axtı rayonunun inzibati mərkəzi - Axtı kəndi Azərbaycanla sərhədin cəmi 35 kilometrliyində, Axtıçay və Samur çaylarının qovuşduğu yerdə, dəniz səviyyəsindən min metrdən çox yüksəkdə, mənzərəli dağ zirvələrinin əhatəsində yerləşir. Təqribən 15 min əhalisi olan bu ləzgi kəndi Dağıstanın əsas mədəniyyət və turizm mərkəzlərindən biri hesab edilir. Axtı kəndinin minimum 3 min il yaşı var. Bunu yerli Diyarşünaslıq Muzeyində saxlanılan çoxsaylı tapıntılar təsdiq edir. Axtı tarixin müxtəlif dönəmlərində Qafqaz Albaniyasının, Sasanilər İmperiyasının, Şirvanşahlar dövlətinin və digər dövlətlərin tərkibinə daxil olub.

Axtı əsrlər boyu şəfalı qaynar bulaqları ilə şöhrət qazanıb. Tarixi sənədlərdə bu bulaqlar barədə ilk məlumat eramızın VI əsrinə aiddir. Axtı bulaqları 1400-1700 dərinlikdən dağların şist laylarını yararaq böyük təzyiq altında səthə çıxır. Bu suların tərkibi hələ çar Rusiyası dövründə tədqiq edilib və bir sıra xəstəliklərin müalicəsində çox səmərəli olduğu təsdiq edilib. Bulaqların yerində dəfələrlə hamamlar tikilib, yenidən qurulub. Sovet dövründə bulaqların infrastrukturu inkişaf etdirilib, burada pansionat, mehmanxana, “Axtı” müalicəvi süfrə suyunun qablaşdırılması üzrə zavod tikilib.

“Axtı” balneoloji kurortu hazırda ümumi ərazidə yerləşən 14 hidrogen sulfitli, yodlu-bromlu və radonlu bulağı əhatə edir. Bu bulaqlar şərti olaraq “Hamam” adlanan yuxarı və “Jeni” adlanan aşağı hamamlara bölünür. Temperaturu 50-52 dərəcə olan ən qaynar sular yuxarı hamamları təchiz edən “əsgər”, “zabit”, “kişi”, “qadın” adlanan bulaqlarındır. Yuxarıdakı bulaqların bir kilometrliyində yerləşən “Jeni” bulaqlarında suyun temperaturu 43 dərəcə civarındadır. Məsələn, “Буругъ Яд” bulağının hidrokarbonat-xlorid-natriumlu suyu mineral tərkibinə görə Yessentukidəki duzlu-qələvili sulara yaxındır.

Qaynar Axtı bulaqlarının suları oynaq revmatizminin və radikulitin müalicəsi üçün vanna şəklində, yüksək turşuluqlu qastritlərin, mədə xorasının, onikibarmaq bağırsaq və bir çox digər xəstəliklərin müalicəsində daxilə qəbul şəklində əvəzolunmazıdır. Hidrogen sulfid dəri və tənəffüs yolları vasitəsilə orqanizmə fəal daxil olur. Mineral vannalar onurğa, sinir və ürək-damar sistemləri xəstəliklərinin müalicəsində də səmərəlidir.

Axtıda sərin sulu bulaqlar da var. Məsələn, onlardan biri Axtıdan kimsəsiz Kudçax kəndinə gedən yolda yerləşir. Bulağın suyu ( 27,5 dərəcə) maqneziumla zəngindir. Axtı qalasının qarşısında suyunun temperaturu 32,7 dərəcə olan sodalı bulaq yerləşir. Onun suyunu mədə-bağırsaq traktı, qaraciyər, öd yolları xəstəliklərində və maddələr mübadiləsinin pozulması zamanı içmək tövsiyə olunur. Bu suda çimmək qan dövranını yaxşılaşdırır, sinir sistemini möhkəmləndirir, yuxunu və iştahanı yaxşılaşdırır.

Palçıqla müalicə Axtıda daha bir unikal müalicə metodudur. “Jeni” bulaqlarının yanında eyniadlı palçıq müalicəxanası yerləşir. Onun ərazisindəki müalicəvi təbii palçıq gölü revmatizmin, dayaq-hərəkət aparatı xəstəliklərinin, idman travmalarının, dəri xəstəliklərinin və bir çox digər patologiyaların müalicəsində əvəzolunmazdır. Müalicəxananın müdiri Palmira Bursalova bizə dedi ki, pasiyentlər isti müalicəvi palçığın içinə girməklə bərabər, bədənin zədələnmiş nahiyələrini palçıq applikasiyaları ilə müalicə edən kabinet prosedurlarından keçə, habelə bulaq suyu vannası qəbul edə bilərlər. Bu cür müalicənin səmərəsi hətta ən ümidsiz hallarda da dərhal nəticə verir və uzun müddət təsirini itirmir.

Müalicəxanaya gələnlərdən biri, mahaçqalalı bədən tərbiyəsi müəllimi Murad Əmiraslanovun sözlərinə görə, o, xroniki artrozun müalicəsi və profilaktikası üçün dalbadal 4 ildir Axtıya gəlir. Palçıq vannaları ilə su prosedurları sağlamlığına dərhal təsir göstərir və onu gümrahlaşdırır. Artıq ikinci və üçüncü prosedurdan sonra ağrılarını unudur və yarım ilə qədər müddət ərzində özünü dərmansız çox yaxşı hiss edir.

Kurortun daimi müsafirlərindən biri, bakılı tibb bacısı Elmira Əliyeva isə deyir ki, Axtıda müalicənin çox güclü səmərə verməsini yalnız suyun tərkibi və ya müalicəvi palçıqla bağlamaq olmaz. Bu diyarın qeyri-adi havası, büllur kimi suyu və ekoloji təmiz məhsulları var. Məhz bu faktorların hamısının birləşməsi pasiyentlərin qısa müddətdə şəfa tapmasına kömək edir, haqlı olaraq Axtıya beynəlxalq səviyyəli müalicəxana şöhrəti qazandırır.

Çar qalası və yaraşıqlı körpü

Axtı kəndinin turizm infrastrukturu yenicə formalaşır. Buna baxmayaraq, yaxşı müalicə almaq və mənalı vaxt keçirmək üçün burada geniş imkanlar var. Axtıya gələnlər ya pansionatlarda, ya da otellərdə qala bilərlər. Məsələn, “Jeni” bulaqları zonasında “Axtı” otel-pansionatı işləyir. Otelin 7 otağında hər cür rahatlıq yaradılıb. Otelin birinci mərtəbəsində yeddi hamam nömrəsi yerləşir. Bulaqların şəfalı suyu bu nömrələrin hər birində yerləşən hovuzlara daxil olur. Pasiyentlər “Jeni” palçıq müalicəxanası nəzdindəki ayrı-ayrı nömrələrdə də yerləşə bilərlər. Axtıda “Samur” əyləncə kompleksi və oteli fəaliyyət göstərir. Onun haqqında ayrıca danışacağıq.

Axtının tarixi ilə tanış olmaq üçün ilk növbədə 1937-ci ildə yaradılmış Axtı Diyarşünaslıq Muzeyinə getmək lazımdır. Rayonun və ləzgi xalqının tarixi-mədəni və coğrafi özünəməxsusluğunu əks etdirən 12 mindən çox eksponatı olan bu muzey Rusiyanın ən yaxşı kənd muzeylərindən biri sayılır. Eksponatlar Daş dövründən tutmuş zəmanəmizə qədər olan dövrü əks etdirir. Muzeyin birinci mərtəbəsində rayon ərazisində tapılmış tarixdən əvvəlki heyvanların daşlaşmış qalıqları, qədim insanların əmək alətləri, qədim sikkələr, memarlıq elementləri, müxtəlif silahlar, bəzək əşyaları, əlyazmalar kolleksiyası təqdim edilib. İkinci mərtəbədə Axtını şöhrətləndirən şəxsiyyətlərin, o cümlədən adlı-sanlı idmançıların portretlərini və şəxsi əşyalarını, milli geyim nümunələrini və digər maraqlı eksponatları görmək olar. Muzeyin ekspozisiyası Axtıya yaxından bələd olmağınıza və görməli yerlərin marşrutunu cızmağınıza kömək edəcək. Məsələn, belə yerlərdən biri maketi muzeyin zallarından birində nümayiş etdirilən Axtı qalasıdır.

1839-cu ildə çar general Y.A.Qolovin tərəfindən inşa edilmiş Axtı qalası Rusiya ərazisində ən cənub qaladır. Samur vadisində Rusiya İmperiyasının dayaq bazası olan bu qala möhkəm divarlardan, əsgər kazarmalarından və barıt anbarından ibarətdir. 1848-ci ildə imam Şamilin qoşunları axtılılarla birlikdə onu ələ keçirməyə çalışıblar, amma taktiki məğlubiyyətə uğrayıblar. Sovet dövründə qaladan müxtəlif ehtiyaclar üçün istifadə olunub. Hazırda burada tarix-mədəniyyət kompleksi yaratmaq planlaşdırılır.

Axtı kəndinin bir çox baxmalı-görməli yerləri arasında məşhur bir körpü diqqəti cəlb edir. Əcnəbi mühəndislər - belçikalı Ciors və italyan Debernardi tərəfindən layihələndirilən bu körpünün tikintisi 1915-ci ildə başa çatıb. Coşqun Axtıçay üzərindən salınmış yaraşıqlı tarixi körpüdən indiyə kimi istifadə olunur. Yerli mühəndis İdris Yunusov tərəfindən 1936-cı ildə tikilmiş “УстІа Идрисан Муьгъ” körpüsü də yüksək mədəni dəyər kəsb edir.

Əsası 1300 ildən çox əvvəl ərəb sərkərdəsi Əbu Müslim tərəfindən qoyulan və hazırda Axtıda fəaliyyət göstərən 5 məsciddən biri olan gözəl Cümə məscidini xatırlatmamaq olmaz. XIX əsrin sonunda məscid əsaslı şəkildə yenidən qurulub. Günbəzin parıltısı kəndin ən uzaq guşələrindən aydın görünür.

Dar-dolanbac Axtı küçələrində dolaşarkən hər birinin 200-300 il yaşı olan qədim evlərin bir-birini əvəzlədiyini görürsən. Bu evlərin bəziləri başlı-başına buraxılıb, bəzilərində isə indiyədək adamlar yaşayır. Çayboyu uzanan dik qayaların üstündəki evlər xüsusilə maraqlıdır. Bu evlərin zamanın sınağından keçən arxitekturası təəccübləndirməyə davam edir.

Ləzgi pəhləvan və Afrika dəvəquşuları

Turistlər Axtıçayın hər iki sahilində yerləşən Axtı kəndinin tam mənzərəsini seyr etmək üçün Kelezhev dağının zirvəsində yerləşən Şarvili memorialına qalxırlar. Kəndin məscidləri, körpüləri, evləri və küçələri, habelə qala buradan ovuc içi kimi görünür.

Şarvili qeyri-adi gücə malik ləzgi pəhləvan, 20 rəvayətdən ibarət eyniadlı dastanın qəhrəmanıdır. Hər yay Axtıda Şarvili bayramı keçirilir. Yaxşı olar, Axtıya məhz həmin dövrdə gələsiniz. Bayram vaxtı kəndin küçələri al-əlvan rənglərə bürünür. Cənubi Dağıstandan və Şimali Azərbaycandan minlərlə qonaq Axtıya axışır. Kəndin girəcəyində onları milli geyimli müğənnilər və rəqqaslar, yapıncılı atlılar qarşılayırlar. Bayramın ən maraqlı məqamı Kelezhev dağına qalxmaqdır. Rəvayətə görə, xalq qəhrəmanının “məğlubedilməz” qılıncı buradadır. Zirvəsində rodonda (girdə və ya yarımgirdə qübbəli kiçik bina) inşa edilmiş dağa 222 pillədən ibarət pilləkənlə qalxırsan.

Həmin gün Axtının musiqi meydanlarında qədim və müasir mahnı və rəqslər ifa olunur, milli idman növləri olan daşqaldırma, diskatma, qol güləşi, güləş yarışları keçirilir, parklarda kəndirbazlar və jonqlyorlar çıxış edirlər. Həmin gün Axtı muzeyləri pulsuz işləyir.

Böyük, şirəli və şirin Axtı almaları ayrıca söhbətin mövzusudur. Dağıstan ərazisində günəş işığının davamiyyəti Axtıda daha uzunmüddətlidir: ildə 2553 saat. Yumşaq iqlim, təmiz hava və su, kimyəvi maddələr istifadə edilməyən ənənəvi bağçılıq və bostançılıq sayəsində yerli meyvə-tərəvəz çox dadlı və faydalıdır. Buna əmin olmaq üçün yerli bazara baş çəkmək kifayətdir!

Axtının ən qəribə görməli məkanlarından biri isə ... “Samur” əyləncə kompleksi ərazisində yerləşən dəvəquşu fermasıdır. Dağıstan dağlarında dəvəquşulara rast gəlməyin özü ağlasığmaz məsələdir. Amma burada dəvəquşu var, özü də bir dəstə. Sən demə, dəvəquşu yetişdirmək elə də çətin deyil və praktiki olaraq, istənilən ölkədə mümkündür. Afrikada yaşayan bu quşlar dünyada ən böyük quşlar sayılır, xüsusi qulluq tələb etmir, 60-70 il yaşayır və Axtı kəndində də özlərini çox rahat hiss edirlər.

Doğma kənddə dəvəquşu ferması yaratmaq ideyası yerli sahibkar və mesenat Cigərxan Süleymanova məxsusdur. Hazırda kompleksin ağılında təqribən 25 quş var. İstənilən adam gedib onlara tamamilə pulsuz tamaşa edə bilər. Dəvəquşular hər birinin çəkisi 1000-1400 qram olan yumurta yumurtlayır.

Doğrudur, dəvəquşu ətinin dadına baxmaq istəyənlər həmişə tapılar, amma “Samur” kompleksinin restoranının menyusunda nə dəvəquşu ətindən, nə də yumurtasından hazırlanmış yeməklərə təsadüf etdik. Kompleksin əməkdaşlarının sözlərinə görə, C.Süleymanov dəvəquşuları daha çox özü üçün saxlayır, çünki canlı təbiətin vurğunudur. Kompleksin ərazisində tovuz quşu, firəngtoyuğu, qırqovul və digər maraqlı quşlar da saxlanılır. Əlbəttə, bəzən dəvəquşuları da kəsirlər. Kompleksin sahibi dəyərli müsafirlərini bu quşun ətinə qonaq edir.

Ola bilsin, yaxın gələcəkdə restoranda dəvəquşu ətindən yeməklər, on-on iki adamı doyurmağa kifayət edən yumurtasından qayğanaq bişirməyə başlayacaqlar. Hələlik isə ferma yerli sakinlər və turistlər üçün bir növ pulsuz attraksion rolu oynayır.

Axtılılar gəlmələrin diqqət mərkəzində olmağa çoxdan alışıblar. SSRİ dövründə burada hətta aeroport fəaliyyət göstərirdi. Bu ümumittifaq şəfa ocağı o qədər populyar idi ki, bura Bakıdan, Mahaçqaladan, Tbilisidən, Krasnavodskdan müntəzəm reyslər həyata keçirilirdi. Əvvəllər olduğu kimi, bu gün də Axtı qonaqlarını qeyri-adi mehribanlıqla və ehtiramla qarşılayır.

Emil Eyyubov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaxın Şərqdəki münaqişə Avropa İttifaqının enerji xərclərini 47 milyard avro artırıb

2026-cı ilin ikinci yarısında qızıl, enerji və valyuta bazarlarını nə gözləyir?

Bahar Özsoy: BTQ-nin modernləşdirilməsi Orta Dəhlizin qlobal rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq

Vüsal Xəlilov: Dələduzluğa qarşı mübarizə Mərkəzi Bankın diqqət mərkəzindədir

Vüqar Gülməmmədov: 2025-ci ilin dövlət büdcəsinin icrası prosesində ikili uçot halına rast gəlinməyib

Azərbaycan və Mərkəzi Asiya Fintex assosiasiyaları arasında memorandum imzalanıb

MOK-un vitse-prezidenti: Ronaldunun dünya çempionu olacağını yaşayıb görəcəyik

Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib

Zakir Nuriyev: Türk dövlətlərində maliyyə inteqrasiyası üçün yeni İşçi qrupları yaradılmalıdır

Çingiz Hüseynzadə: Biz çalışırıq ki, Olimpiya hərəkatını təbliğ etməyə davam edək

Azərbaycan Dillər Universiteti ilk dəfə RUR beynəlxalq reytinqində yer alıb

Nazir: Dövlət büdcəsinin gəlir və xərclərinə nəzarət məqsədilə maliyyə hesabatlılıq portalı istifadəyə verilib

Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır

AzTU və TAU-dan abituriyentlərə xüsusi təqdimat - rektorla görüş

Baş Prokurorluğun idarə və şöbə rəisləri canlı yayımda sualları cavablandıracaqlar

Şəkidə taxıl biçininə start verilib

Milli Olimpiya Komitəsi ilə “Visa” arasında əməkdaşlıq müqaviləsi imzalanıb VİDEO

Milli Olimpiya Komitəsi ilə “Visa” arasında əməkdaşlıq müqaviləsi imzalanıb VİDEO

Ekspert: Orta Dəhlizin qlobal logistika sistemində çəkisi artır

Sabah hava Bakıda dəyişkən buludlu, bəzi rayonlarda isə fasilələrlə yağıntılı olacaq

Rəsmi Bakının məqsədi regionda sülhə nail olmaq və iqtisadi inkişafa təkan verməkdir

Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır

Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil

Son 5 ildə sosialyönümlü xərclər 3,9 milyard manat və ya 34,1 faiz artıb

Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər

Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib

Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?

“Tərtər” bazarında yoxlama aparılıb

Naxçıvanda aktiv təsərrüfat subyektlərinin sayı 21,6 faiz artıb

Pskov hava limanında uçuşlar dayandırılıb

Maliyyə naziri: Qeyri-neft baza kəsirinin davamlı olaraq azaldılmasına çalışırıq

Lihannanın faciəvi ölümü: Fransada ədalət sisteminin növbəti uğursuzluğu

Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq

Azərbaycan Universitetində “Bir məqalə, iki nəsil” layihəsinə başlanılıb

Maliyyə naziri: Ötən il xərclərin səmərəli, ünvanlı və ehtiyaclara uyğun icrası təmin olunub

“Şimal-Cənub” marşrutunun Azərbaycandan keçən hissəsinin ötürücülük qabiliyyəti beş dəfə artıb

Xaqani Şirvani və dövrünün siyasi-mədəni mühiti - dəyirmi masa

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük göndərilib

İsrail ordusu Qəzzada HƏMAS-ın Dəniz Polisi qərargahı və silah anbarlarına hücum edib

Sahil Babayev: Bu il Dövlət Neft Fondundan büdcəyə transferin azaldılması planlaşdırılır

Kəlbəcərdə Günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib

Ekspert: Azərbaycan qlobal logistika proseslərinin fəal iştirakçısıdır

Nazir: Dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığı azalıb

“Airbus” və “Dassault” birgə döyüş təyyarəsinin yaradılması ilə bağlı layihəni dayandırır

Dünyada dövlət borcu ÜDM nisbətinin ən aşağı olan ölkələrdən biri Azərbaycandır

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-17 yığması Qəbələdə növbəti yoxlama oyununu keçirəcək

Maliyyə naziri: Ötən il Azərbaycanın qeyri-neft sektoru daha da genişlənib

Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Çin alimləri kosmosda qaraciyər xəstəliklərinin inkişaf mexanizmlərini tədqiq ediblər

Sahil Babayev: Ötən il Azərbaycan üçün növbəti uğurlu il olub

Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb

Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 129 milyonu ötüb VİDEO

Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 129 milyonu ötüb VİDEO

Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb

“Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması”: İctimai müzakirə

Azərbaycanın xarici işlər naziri Yaponiyaya rəsmi səfərə yola düşüb

Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək

XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb

NBA: “San-Antonio Spörs” final seriyasında önə keçib

Odessa sahillərində 15 ölü delfin aşkarlanıb

Dərmanların təhlükəsizliyi necə qorunur?

“YAŞAT” Fondu Şəkidə yaz düşərgəsi reallaşdırıb

Çində avtomobil satışları kəskin azalıb

Azov dənizində zərər görən gəmilərin 19 nəfər azərbaycanlı heyət üzvü ölkəmizə yola salınıb

Texnobloger: Platformalar yeniyetmələr üçün xüsusi təhlükəsizlik tədbirlərini tətbiq etməlidir

Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub

Milli Kitabxanada “Azərbaycanda yaşayan azsaylı xalqlar” adlı virtual sərgi açılıb

Əfqanıstanda ilin əvvəlindən bəri baş verən təbii fəlakətlər 300-dən çox insanın həyatına son qoyub

Fransa və Almaniya 100 milyard avroluq döyüş hava sistemi proqramını dayandırıb

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb VİDEO

ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb VİDEO

DİN: Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən olunub

İrakli Kobaxidze: Gürcüstan bu gün Azərbaycanla misilsiz əlaqələrə malikdir

Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar

“Axios”: ABŞ Trampın iradəsi xaricində Yaxın Şərqdə yenidən münaqişəyə cəlb oluna bilər

Özbəkistan məhkəmələrdə korrupsiyaya qarşı nəzarəti gücləndirir

BDU beynəlxalq reytinqdə 189 pillə irəliləyərək Azərbaycanda lider mövqeyini qoruyub

Krasnodar hava limanında 12 reys təxirə salınıb

Uşaqlar üçün məhdudiyyətlərin tətbiq edildiyi platformaların siyahısı yaxın vaxtlarda təqdim olunacaq

ABŞ-də reaktiv yanacaq istehsalı rekord həddə çatıb

ABA və "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

ABA və "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

Fərid Osmanov: Yaxın vaxtlarda beynəlxalq maliyyə institutları ilə geniş əməkdaşlıq paketinin tamamlanması planlaşdırılır VİDEO

Fərid Osmanov: Yaxın vaxtlarda beynəlxalq maliyyə institutları ilə geniş əməkdaşlıq paketinin tamamlanması planlaşdırılır VİDEO

Mehmet Şimşek: Türkiyə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində addımlar atır

Tramp: İsrail və İran ən azı bir həftə qarşılıqlı hücumlar həyata keçirməyəcək

Bu gün Azərbaycanın U-21 millisi Qırğızıstan yığması ilə qarşılaşacaq

Vüsal Qasımlı: Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramının qəbul olunması gözlənilir VİDEO

Vüsal Qasımlı: Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramının qəbul olunması gözlənilir VİDEO

Ağcabədi sakini zəhərlənərək həyatını itirib

Azərbaycan İKT sektorunda illik ixrac həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir VİDEO

Azərbaycan İKT sektorunda illik ixrac həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir VİDEO

Azərbaycanın U-20 millisi Ruy Jorjenin rəhbərliyi altında ilk oyununa çıxacaq

COP31 ərəfəsində Bonn şəhərində BMT-nin ikihəftəlik iqlim sessiyası keçirilir

Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası üzvlərinin növbəti ümumi yığıncağı olub

Firuzə Rəsulova: Uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması ən aktual tələblərdən biridir

AMB: Hazırda AZ-QR infrastrukturunun daha da genişləndirilməsi istiqamətində işlər aparılır

Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bank aktivlərinin həcmi açıqlanıb VİDEO

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bank aktivlərinin həcmi açıqlanıb VİDEO

Qadın futbolçulardan ibarət Azərbaycan yığması seçmə mərhələdə son matçına çıxır

Dünya bazarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya bazarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Azərbaycanın Yaxın Şərqdə enerji diplomatiyasının yeni istiqamətləri formalaşdırılır ŞƏRH

Futbol üzrə Azərbaycan millisi bu gün San-Marino ilə qarşılaşacaq