Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix”

“Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” Bakı, 27 avqust (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinə həsr edilən “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” kitabı Moskvada çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, kitabda münaqişənin antik dövrdən zəmanəmizə qədər yaranma səbəblərini əks etdirən, habelə Dağlıq Qarabağın həmin ərazidəki Azərbaycan dövlətlərinə mənsub olmasını dəqiq göstərən müxtəlif tarixi mənbələr əksini tapıb.

Tədqiqatda Cənubi Qafqazda ilk dövlət qurumlarının yarandığı vaxtdan başlanan tarixi dövr əhatə olunur və müasir dövrə qədər bu regionun tarixindən bəhs edilir. Müəllif kitabın ilk fəsillərində erməni (hay) etnosunun Kiçik Asiya ərazisinə və sonralar Cənubi Qafqaza gəlmə olmasını elmi cəhətdən əsaslandırır.

Əsərdə antik və orta əsrlər dövrünə aid çoxsaylı məxəzlər, habelə yeni və müasir dövrün sənədləri əsasında Cənubi Qafqazın həqiqi tarixi, erməni etnosunun indiki vəziyyətdə bu əraziyə yalnız XIX əsrin əvvəlində gəlməsi göstərilir. Müəllif sistemli şəkildə bir epoxadan digərinə keçərək Dağlıq Qarabağ ərazisində vəziyyəti və bu diyarın bütün tarixi boyunca ermənilərin orada olmamasını vurğulayır. Yalnız XIX əsrin birinci yarısından demoqrafik vəziyyətdə dəyişikliklər baş verir. Nəticədə Qərbi Azərbaycanın bəzi mahallarında - indiki Ermənistan Respublikasında ermənilər sayca üstünlük təşkil etməyə başlayır. Göstərilir ki, tarixi konyunktur ermənilərə azərbaycanlıların əzəli torpaqlarında öz dövlətçiliyini qurmağa imkan yaradıb. Ermənilər iki əsr ərzində avtoxton azərbaycanlı əhalini sıxışdıraraq bu ərazidən çıxarıb və monomilli ölkə yaratmaq üçün əllərindən gələni ediblər.

Kitabda erməni məxəzlərindən və xarici məxəzlərdən geniş istifadə edilməsi ermənilərin əzəli Azərbaycan torpaqlarına əsaslandırılmış iddialarının olmamasını göstərir. Bildirilir ki, başabəla erməni tarixçilərinin bütün “sübut bazası” “böyük Ermənistan” haqqında mif və naqis ideologiyadan irəli gələn xam xəyaldır.

Müəllif göstərir ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisinin işğal edilməsi həm iki dövlətin - müxtəlif sosial-iqtisadi şəraitdə yaşayan Ermənistanın və Azərbaycanın yanaşı mövcudluğu problemini, həm də onların gələcəyə perspektivlərinin müxtəlif olduğunu açıqlayır. Qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyev çoxsaylı çıxışlarında Ermənistanın regional layihələrdən təcrid olunması nəticəsində Azərbaycan ilə Ermənistan arasında dərin sosial-iqtisadi uçurum yaranmasını dəfələrlə vurğulayıb. Azərbaycan bir neçə onillik üçün strateji inkişafını planlaşdırdığı halda, Ermənistanın salamat qalmaq problemini həll etməyə cəhd göstərməsi faktı bu siyasətin nəticəsidir.

Əsrlər boyu tolerantlığı və qonaqpərvərliyi ilə seçilən Qafqaz böyük imperiyaların istibdadından, cəhalətdən və dini təqiblərdən qurtulmaq istəyən xalqlar üçün sakit liman olub. Lakin Qafqaza köçürülmüş ermənilər təzə yerdə möhkəmlənən kimi yerli sakinlərin tarixini, abidələrini, məbədlərini və toponimlərini fəal şəkildə mənimsəməyə başladılar. Elə həmin proses çərçivəsində alban toponimi arsaxı özününküləşdirdilər və indi ermənilər Qarabağ ərazisini belə adlandırırlar.

Azərbaycandakı xristian abidələri erməni ruhaniləri tərəfindən həmişə saxtalaşdırma obyekti olub. Əsrlər boyu Alban kilsəsi ilə mübarizə aparan Erməni kilsəsi planlı şəkildə alban kilsəsini özünə tabe etməyə, sonra isə tamamilə öz içində əritməyə çalışırdı. Alban əlyazmalarının və epiqrafikasının məhv edilməsi də bu siyasətin bir hissəsi idi. Təxminən iki əsr bundan əvvəl başlanmış özgəninkini mənimsəmə prosesi bu gün də davam edir. İndi Azərbaycanın işğal edilmiş torpaqlarında qədim Azərbaycan adları sürətlə dəyişdirilir.

Məhz hər bir elementin, hər bir detalın problemin təkamülünü müəyyən etməsi və məntiqi yük daşıması faktı Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin bu əsəri üçün əsas olub. Kitab postsovet məkanında ən qanlı münaqişənin mənbələri barədə erməni tərəfin tezislərinin saxta olmasını ifşa etməyə yönəlib.

Elmi əsərdə Ermənistanın düşdüyü acınacaqlı vəziyyətin ilkin səbəbləri göstərilir. Burada hakimiyyət subyekti qismində nəinki xalq, hətta hansısa sosial qruplar da deyil, həmfikirlər kastası və ya ordeni, “böyük Ermənistan” yaratmaq məqsədinə çatmaq üçün utopiya formalaşdıran praktiki ideoloqlar qrupu çıxış edir.

Yerevanın seçdiyi model müasir dövrün tələblərinə və bütövlükdə Ermənistan əhalisinin istəyinə uyğun gəlmir, özü də təkcə ona görə yox ki, o, öz mahiyyətinə və mənasına görə aktual deyildir. Bu model cari ictimai reallıqlardan uzaq olmaqdan əlavə, həm də hakimiyyət ilə xalqın həmrəyliyini təmin etmir. Məntiqi nəticə ölkənin demoqrafik cılızlaşması oldu. BMT-nin və Ermənistan Səhiyyə Nazirliyinin statistikasına görə 2013-cü ildə bu respublikada uşaq doğumunu səciyyələndirən kəmiyyət göstəriciləri 1988-ci ilin müvafiq göstəricisi ilə müqayisədə iki dəfədən çox azalıb. Belə ki, 1988-ci ildə əhalisinin sayı 3,4 milyon olan Ermənistanda 87 min uşaq doğulduğu halda, 2013-cü ildə cəmi 41.906 uşaq doğulub. Bu göstəriciyə əsasən Ermənistanda əhalinin azalma miqyası haqqında da nəticə çıxarmaq olar.

Fakt faktlığında qalır - hakimiyyətə gəlmiş erməni elitası “böyük Ermənistan” barədə utopik layihəni reallaşdırmaq naminə sosial qrupların əksəriyyətinə, demokratik quruluşa deyil, millətin birliyini təmin etmək və onun mənafelərini reallaşdırmaq vəzifəsindən üz döndərərək güc rıçaqlarını və resurs bazasını öz əllərində cəmləşdirmiş bir ovuc işbazın və siyasətbazın maraqlarına arxalanır.

Silahlı münaqişənin fəal fazasının başa çatmasından 20 il keçəndən sonra Ermənistan, eləcə də işğal edilmiş Dağlıq Qarabağ dərin sosial-iqtisadi böhranla üzləşib. Nəticədə biri tanınmış, digəri tanınmamış iki qurum ümidsiz staqnasiya vəziyyətində yarıac yaşamağa məcburdur. Onlar əvvəlki kimi yenə də diasporun köməyinə, erməni qastarbayterlərin çoxmilyardlıq transferlərinə, beynəlxalq maliyyə təsisatlarının və sponsor dövlətlərin köməyinə bel bağlayırlar.

Müəllif göstərir ki, Ermənistan can üstədir, Qarabağın hərbi rejimi insanları müharibə dövrünün şəraitində saxlamaqda davam edir, diaspor isə bu cırtdan qurumun oyuncaq hökumətini dəstəkləmək üçün əl açıb vəsait toplayır. Dağlıq Qarabağ dünya ermənilərinin nəzərində sakral dözümlülük, sədaqət və fədakarlıq rəmzinə çevrilib. Əslində isə tam absurd alınır. Azərbaycanı münaqişəyə təhrik etmiş ölkə potensial milli suverenliyini itirir, özünü güclə dolandırır. Həyata keçirilən ideya sərt reallığa çevrilib.

Elə bu səbəbdən Qarabağ münaqişəsinin dinc yolla həlli konturları getdikcə daha çox silinib gedir. Bu fonda Azərbaycanın gücü durmadan artır, Ermənistan isə göz qabağında psixoloji məğlubiyyətə uğrayır. Hərbi-texniki qarşıdurma balansı da Azərbaycanın xeyrinədir. Onun iqtisadi tərkib hissəsi davam etməkdə olan münaqişədə həlledici amilə çevrilib.

Erməni xalqı isə ölkənin sadə vətəndaşlarının həyat tonusuna ilbəil daha sarsıdıcı zərbə vuran sosial-iqtisadi staqnasiya üzündən ruh düşkünlüyü içindədir. Kimin imkanı və qabiliyyəti varsa daha yaxşı güzəran ümidi ilə Ermənistanın hüdudlarını birdəfəlik tərk edir. Qarabağ (Arsax) dedikləri müqəddəs torpaq haqqında fikirlər isə mənasız abstraksiyaya çevrilir.

“Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” kitabında tarixi sənədlər əsasında Ermənistanın diasporun iştirakı ilə Dağlıq Qarabağ ətrafında münaqişəni necə qızışdırması, “böyük Ermənistan” əfsanəsinin reinkarnasiyasını ön plana çəkməsi və siyasi tələyə düşməsi müfəssəl araşdırılır.

Kitabın ayrı-ayrı fəsilləri münaqişənin hüquqi bazasına həsr edilib. Bu fəsillərdə Dağlıq Qarabağ ərazilərinin ayrılmasının əsassız və qeyri-qanuni olması sübut edilir. Həmçinin ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqlar prosesi də nəzərdən keçirilir.

Azərbaycanın mövqeyinin konstruktivliyi Azərbaycan Prezidenti İlham Əliyevin bu sözləri ilə təsdiqlənir: “Ermənistan-Azərbaycan münaqişəsi həll olunandan sonra əminəm ki, Ermənistan üçün də müstəqil ölkə kimi yaşamaq imkanları yaranacaqdır. İnanmıram ki, erməni xalqı indiki vəziyyətlə razılaşa bilsin. Çünki hər bir xalq azad, hər bir dövlət müstəqil olmaq istəyir. Bu gün Ermənistan haqqında bunu demək mümkün deyildir. Çünki Ermənistan ən yaxşı halda özünü forpost kimi göstərir. Bölgə təhlükə mənbəyidir və bütün bölgədə xoşagəlməz proseslərin təşəbbüskarı da Ermənistandır”.

Əsərin sonunda müəllif ümidvar olduğunu bildirir ki, erməni milli elitası bu millətin ən savadlı hissəsi kimi perspektivdə barbar vəzifələr deyil, səmərə, xeyir gətirən, öz xalqının daha yaxşı gələcəyinə ümid doğuran məqsədlər qoymaq üçün özündə qüvvə tapacaq. Çünki 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəs haqqında saziş imzalanandan sonra yaranmış ayırıcı xətt heç vaxt Azərbaycan tərəfindən yeni dövlətlərarası sərhəd kimi tanınmayacaq. Buna görə Ermənistan elə özünün mənafeyi üçün ilkin mövqelərə qayıtmalı, kompromis yanaşmalara razılıq verməlidir. Əks halda vəziyyət daha da radikallaşacaq və regionda sabitliyi pozan tərəf sülhə məcbur ediləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir

Yəməndə aclıq səviyyəsi sürətlə artır

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Azərbaycanın “UNECode” komandası Şanlıurfada keçirilən “TEXNOFEST”də qələbə qazanmağı hədəfləyir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı Metropoliteni” QSC-yə yeni səlahiyyət verilib

Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə təklif edilən dəyişikliklər təsdiqlənib

YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib

Pərviz Şahbazov: Ötən il Azərbaycandan Avropaya 12,8 milyard kubmetr qaz tədarük edilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin tərkibi təsdiqlənib

Azərbaycanın və Türkiyənin müdafiə nazirləri "ADEX 2026" sərgisini ziyarət ediblər

Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Özbəkistanda səfərdə olub

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir VİDEO

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir VİDEO

Nizami Səfərov: YAP-ın Nizamnaməsinə təklif edilən dəyişikliklər müasir dövrün reallıqlarından qaynaqlanır

Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb VİDEO

Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb VİDEO

Renat Dadaşov Litva ilə matçda oynaya bilər

“Şirvangöl” şadlıq sarayında saxta “Sobranie” araqları müsadirə edilib

Dövlət qulluğunda A və B növü vəzifələr üzrə test imtahanına qeydiyyat başlayıb