Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

“Dahi şəxsiyyət və müdrik lider” mövzusunda respublika elmi konfransı keçirilib

Bakı, 10 may, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Dahi şəxsiyyət və müdrik lider” mövzusunda respublika elmi konfransı keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə universitet kollektivi Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüb.

Daha sonra konfrans iştirakçıları BDU-da Ulu Öndərin büstü önünə gül dəstələri qoyublar.

Konfransın plenar iclasını giriş sözü ilə açan universitetin rektoru Elçin Babayev bildirib ki, xalqımızın Ümummilli lideri Heydər Əliyev bütün mənalı ömrünü doğma xalqının xoşbəxt gələcəyinə, ölkəsinin tərəqqisi, dövlətinin möhkəmlənməsi və rifahına həsr edib. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlər möhtəşəm quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin qızıl səhifələridir: “Həm sovet dönəmində, həm də dövlət müstəqilliyimizin ilk illərində dahi şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi dövrlər xalqımızın müqəddəratının tənəzzüldən tərəqqiyə doğru dəyişdiyi dövrlərdir. Məhz bu dövrlərdə Ulu Öndərimizin dövlətçilik fəlsəfəsinin əsasını təşkil edən azərbaycançılıq məfkurəsi formalaşıb. Ulu Öndərin respublikaya böyük uzaqgörənliklə və müdrikcəsinə rəhbərlik etdiyi 1969-1982-ci illər Azərbaycanda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşüb. Heç kəsə sirr deyil ki, XX əsrin sonlarına yaxın dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan xalqı üzləşdiyi çətinlikləri, başına gətirilən bəlaları dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə dəf etdi. 1990-cı ilin 20 Yanvar faciəsindən sonra o, ilk şəxs idi ki, sovet rəhbərliyinin addımını pislədi. Qanlı Yanvar faciəsini törədənləri ittiham etdi, Kommunist Partiyasının sıralarını tərk etdi”.

Rektor qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə, ölkəmiz üçün həlledici bir məqamda hakimiyyətə gəlişi Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasına və dövlətimizin müstəqilliyinin əbədiliyinə hərtərəfli zəmin yaratdı. Heydər Əliyevin siyasi müdrikliyi, iradəsi və qətiyyəti, mükəmməl idarəçilik qabiliyyəti sayəsində dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan keçid dövrünün çətinliklərini uğurla arxada qoyaraq dirçəliş mərhələsinə daxil oldu. Balanslaşdırılmış və milli mənafeyə əsaslanan dövlət siyasəti, ictimai-siyasi sabitliyin dayanıqlılığı, iqtisadi qüdrət və güclü sənaye potensialı, elmi-texniki tərəqqi, təhsil və səhiyyənin inkişafı, müasir ordu quruculuğu, xalqın rifahının və həyat tərzinin durmadan yaxşılaşdırılması, milli irsin qorunması və milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi Ümummilli Liderin başlıca strateji hədəflərinə çevrildi: “2003-cü ildən bəri müstəqil dövlətimizin qurucusu və xalqımızın xilaskarı, dahi şəxsiyyət Heydər Əliyev cismən yanımızda olmasa da, onun ideyaları və böyük dühası əbədiyaşardır. Ulu Öndərimizin layiqli davamçısı Prezident İlham Əliyev həm ata vəsiyyətini yerinə yetirən övlad, həm də onun memarı olduğu dövlətin rəhbəri, qurduğu qüdrətli ordunun Müzəffər Ali Baş Komandanı kimi Heydər Əliyev ucalığının parlaq təcəssümüdür. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün ümummilli lider Heydər Əliyev ölkəmizin hər yerində və onun hüdudlarından kənarda belə hər bir azərbaycanlı tərəfindən yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə yad olunur. Ulu Öndərin başladığı quruculuq işlərinin uğurlu icrasını Prezident İlham Əliyev uğurla təmin edir. 44 gün davam edən Vətən müharibəsində, haqq savaşımızda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi. Ölkəmizin ərazi bütövlüyü təmin edildi. Müzəffər Ali Baş Komandanımızın ətrafında xalqımız yumruq kimi birləşdi, haqq qələbə çaldı”.

Elçin Babayev bildirib ki, “Təhsil millətin gələcəyidir”, - deyən Ümummilli Lider BDU-nun məzunu olmağı ilə fəxr etdiyini dəfələrlə vurğulayıb. Ulu Öndərin universitetdə təhsil illəri, habelə sonralar bu təhsil ocağı ilə sıx əlaqələri BDU tarixinin şanlı bir mərhələsini təşkil edir: “BDU-nun ən böyük məzunu Heydər Əliyevdir. Ona görə ki, bu universiteti, eləcə də bütünlükdə Azərbaycan xalqını Heydər Əliyev qədər yüksəkliklərə qaldıran ikinci məzun yoxdur”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, BDU-nun Konstitusiya hüququ kafedrasının müdiri Ziyafət Əsgərov Ümummilli Liderin hüquqi dövlət quruculuğu istiqamətindəki fəaliyyəti barədə çıxış edib. Bildirib ki, müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının yaradılması Ulu Öndərin adı ilə bağlıdır. Bu əsaslar güclü iqtisadiyyat, ordu quruculuğu və peşəkar xarici siyasətə söykənir. Məhz bu istiqamətlərdə həyata keçirilən uzaqgörən siyasət Azərbaycanın sonrakı uğurlarının və Vətən müharibəsindəki qələbəmizin əsasını qoyub. Hazırda Azərbaycanın güclü iqtisadiyyatı və ordusu var, bütün dünyada artıq ölkəmizlə hesablaşırlar.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov isə çıxışında Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanılmasındakı xilaskarlıq missiyasını nəzərə çatdırıb. O vurğulayıb ki, Ulu Öndər olmasaydı, Azərbaycan XX əsrin sonlarında ikinci dəfə dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalacaqdı. O, nəinki xalqın xilaskarı, eləcə də Azərbaycan dövlətinin möhkəmlənməsinin banisidir.

Milli Məclisin deputatı, BDU-nun Genetika kafedrasının müdiri Kamilə Əliyeva çıxışında qeyd edib ki, dahi liderin həyatı və fəaliyyəti hər bir azərbaycanlı üçün nümunədir. Azərbaycanın əldə etdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən nailiyyətlərin təməlində Ümummilli Liderin müəyyənləşdirdiyi daxili və xarici siyasət kursu dayanır.

Daha sonra Milli Məclisin deputatları, BDU-nun Ümumi dilçilik kafedrasının müdiri Nizami Cəfərov “Heydər Əliyevin dil və ədəbiyyat siyasəti”, Tarix fakültəsinin dekanı İbrahim Zeynalov “Heydər Əliyev: 1969-1982-ci illər intibah dövrünün banisi” mövzularında məruzə ilə çıxış ediblər.

Tədbir ədəbi-bədii hissə ilə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DİN: İyulun 3-də 3 tüfəng təhvil götürülüb, axtarışda olan 2 nəfər istintaqa təhvil verilib

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində ötən dövrdə 570-dək benefisiar təlimlərə cəlb olunub

DİN: Ötən gün 31 cinayətin üstünün açılması təmin olunub

Azərbaycan millisinin futbolçusu Polşa klubundan ayrılıb

Birinci yarım ildə Energetika Nazirliyinə 3 minə yaxın zəng daxil olub

XİN: İQAK-ın Azərbaycanla bağlı ictimai bəyanatı hüquqi baxımdan sual yaradır

Belarus ŞƏT-in tamhüquqlu üzvü oldu

İyulun 7-də 47500-dən çox abituriyentin II və III ixtisas qrupları üzrə imtahan verməsi gözlənilir

Bu gün Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir

Qobustan rayonunda təsərrüfatların 90 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

Astanada ŞƏT-in Zirvə toplantısı keçirilir

İraqın Ali Məhkəmə Şurasının sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Dünya birjalarında neft ucuzlaşıb

Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti başlayıb

FHN qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Göyçayda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanılıb

Azərbaycan nefti ucuzlaşıb

Bu ilin 6 ayı ərzində 10 rayonda keçirilmiş Aqrar Biznes festivallarında 6756 fermer iştirak edib

Paytaxtın 4 rayonunun qaz təchizatında fasilə yaranacaq

ABŞ-da sursat istehsal edən zavodda partlayış olub, xəsarət alanlar var

Çində süni intellekt sənayesinin həcmi 70 milyard dolları ötüb

Əlilliyi olan daha 18 gənc Türkiyəyə təcrübə kursuna yola salınıb

Otuz ildən artıq məhkumluq həyatı yaşayan Saatlı sakinindən “Makarov” götürülüb

Prezident İlham Əliyevin Astana Sammitində iştirakı Azərbaycana bir sıra üstünlüklər qazandırır - ŞƏRH

ABŞ Yaponiyada 48 ədəd F-35A qırıcısı yerləşdirməyi planlaşdırır

Yaponiyada 5,4 bal gücündə zəlzələ baş verib

CNN: İsrail və HƏMAS atəşkəs razılaşmasına yaxındır

Ali Radanın deputatı: Ukraynaya F-16 qırıcıları bu ay gətiriləcək

Paytaxtın Mikayıl Müşfiq küçəsində avtobusların hərəkəti məhdudlaşdırılır

Sorğu: Amerikalıların 80 faizi Baydenin yenidən prezident seçilmək üçün çox yaşlı olduğunu düşünürlər

Beyindəki zaman hüceyrələri alimləri təəccübləndirib

Estoniya əcnəbilərin ölkədə hərbi təlim keçməsinə icazə verilməsini təklif edib

İspaniyadakı qəbiristanlıqlar Günəş enerjisi sahələrinə çevriləcək

ABŞ Ukraynaya 2,3 milyard dollarlıq yardım paketini təsdiqləyib

COP29 iştirakçı ölkələr üçün iqlim böhranının həlli istiqamətində konkret addımlar atmağa bir fürsətdir

ABŞ-da sursat istehsal edən zavodda partlayış olub, xəsarət alanlar var

İsraildə Qərbi Nil qızdırmasından 11 nəfər ölüb

Araşdırma: 390 min insanın məlumatları əsasında multivitaminlərin ömrü uzatmadığı müəyyənləşib

İsrail girovlarla bağlı HƏMAS-dan cavab aldığını bildirib

Ağ ev: Bayden seçki kampaniyasını tərk etməyi düşünmür

Altı nəfərin həyatına son qoyan “Beril” qasırğası Yamaykaya doğru irəliləyir

Avropa çempionatı: Azərbaycan güləşçisi ikinci olub

Astanada nümayəndə heyətlərinin başçılarının şərəfinə qeyri-rəsmi şam yeməyi verilib

Prezident İlham Əliyev: Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin artması bizi sevindirir

Si Cinpin: Azərbaycan və Çin yaxşı dostlardır, yaxşı tərəfdaşlardır

Bayden Ukraynaya əlavə 150 milyon dollar hərbi yardım göndərilməsi barədə göstəriş verib

XİN: Astana görüşü Azərbaycanın, Pakistanın və Türkiyənin strateji tərəfdaşlıq əlaqələrinin yeni istiqamətlərdə genişlənməsinə təkan verəcək

Ayxan Hacızadə: Azərbaycan və Çin liderlərinin görüşü bir daha göstərdi ki, ölkələrimizin siyasi əlaqələri tarixinin ən yüksək səviyyəsindədir

Özbəkistanda Qeyri-Maddi Mədəni İrs İnstitutu yaradılır

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

Ankarada keçirilən təlimlərdə media nümayəndələrinə müdafiə mexanizmlərindən istifadənin yolları öyrədilib

Türkiyə və Rusiya prezidentləri ticarət əlaqələrinin genişləndirilməsini müzakirə ediblər

Türkiyə müdafiə şirkətlərinin məhsulları dünyanın 185 ölkəsində uğurla istifadə edilir

Zaqatala Suvarma Sistemləri İdarəsinin əməkdaşı iş başında dünyasını dəyişib

Türkiyə inşaatçıları 6 ayda xaricdə 7,6 milyard dollarlıq sifarişlər alıblar

Çinin Sian şəhərindən Bakıya həftəlik yük qatarı marşrutu istifadəyə verilib VİDEO

Peterburq Beynəlxalq Hüquq Forumunda cinayətlərin profilaktikası barədə Azərbaycan təcrübəsindən danışılıb

Yazıçı Vladimir Boqomolovun anadan olmasının 100 ili tamam olur

Londonda avtobus dayanacağında tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb

A.Mirzoyan: Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə normallaşdırmağa hazırdır

Britaniyada parlament seçkiləri: Leyboristlər qalib olacaqları təqdirdə nələr vəd ediblər?

Məscidlərdə vakant vəzifələrin tutulması məqsədilə keçirilən müsahibənin nəticəsi açıqlanıb

İrakli Kobaxidze: Gürcüstan regionda təhlükəsiz və sabit mühitin yaradılmasına töhfə verməyə hazırdır

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Məzun Günü

"İTi Zəka-2" hakatonunun növbəti mərhələsi başa çatıb

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş olub YENİLƏNİB-2 VİDEO

Türkiyə XİN: Tarixi və mədəni simvola siyasi məqsədlərlə verilən reaksiyaları qınayırıq

“Qəmər bəyim Şeyda. Zülmün daşqını” kitabı çapdan çıxıb

Yaponiyada holoqrafik portretli əsginaslar buraxılır

Astana Zirvə görüşü təmasların daha da sıx qurulması baxımından çox əhəmiyyətlidir ŞƏRH

BSU-da elmi seminar: Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji potensialının inkişafı

ABŞ-da meşə yanğınları səbəbindən 13 min nəfər təxliyə edilib

Ötən ay 23 aptekdə yoxlama aparılıb

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub

Vəzifəli şəxsin qanunsuz əməlləri barədə cinayət işi başlanılıb

Kimya Elmləri üzrə Problem Şurasının iclasında səkkiz dissertasiya mövzusu müzakirə edilib

Naxçıvanda ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbi “Kembric” statusu alıb

Çin Azərbaycanın təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyib

Azərbaycan və Kamerun arasında idman sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın iki həndbol hakimi Açıq Avropa çempionatına təyinat alıb

Elektron Təhlükəsizlik Xidməti və Gürcüstanın Rəqəmsal İdarəetmə Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Hotellərə ulduz dərəcələri verilib və rezervasiya platformasının təqdimatı keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin “Çağrı mərkəzi” istifadəyə verilib

Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsi fəaliyyət göstərir

Astanada “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub

Tanınmış basketbolçu ilə müqavilə yenilənir

Azərbaycan və Rusiya teatrları arasında əməkdaşlıq əlaqələri genişlənəcək

AAYDA CAREC proqramına üzv ölkələrin tədbirində iştirak edib

Azərbaycan cüdoçuları Paris Olimpiadasına İspaniyada hazırlaşırlar

Səbail rayonunda saxlanılan şəxslərdən 16 kiloqram narkotik vasitə götürülüb VİDEO

Bakıda Ətraf Mühit, Sosial və İdarəetmə Sammiti işə başlayıb VİDEO

Türkiyə ilə Azərbaycan arasında din sahəsində qarşılıqlı fəaliyyət müzakirə olunub

Bakıdakı Rus evində professor Rauf Nərimanbəyliyə həsr olunmuş konsert olub

Sus kəndində ilk körpə dünyaya gəlib

“Real Madrid”in stadionu DÇ-2030-un final oyununa ev sahibliyi edəcək

Vatikan rəsmisi Azərbaycanda dini və mədəni müxtəlifliyin qorunması üçün yaradılan şəraiti yüksək qiymətləndirib

RF Federasiya Şurası Rusiya nümayəndə heyətinin ATƏT PA-da fəaliyyətini dayandırması qərarını yekdilliklə dəstəkləyib

® ABB-nin dəstəyi ilə daha bir uşaq futbol komandası formalaşdırıldı

Astanada Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü keçirilib   YENİLƏNİB-2 VİDEO