SİYASƏT
DEPUTATLIĞA NAMİZƏDLƏRDƏN BİRİ OĞURLANMIŞ, DİGƏRİNƏ İSƏ QƏSD EDİLMİŞDİR
AZƏRTAC-ın müxbiri Tbilisidən xəbər verir ki, Gürcüstan parlamentinə deputatlığa namizəd, ölkənin tanınmış vəkillərindən biri Temuri Qoqsadze oktyabrın 20-də axşam naməlum silahlı şəxslər tərəfindən oğurlanmışdır. Onun maşını Saçxere rayon mərkəzinin yaxınlığında tapılmışdır.
Hüquq mühafizə orqanları axtarış aparırlar.
Elə həmin gün Tbilisidə daha bir deputatlığa namizədə - Zviad Çoxeliyə qəsd edilmişdir. O, evinin yanında naməlum şəxslər tərəfindən atəşə tutulmuşdur. Xoşbəxtlikdən, Çoxeli xəsarət almamışdır.
Hadisə ilə əlaqədar prokurorluq təhqiqat aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [19:24]
Yan Vanmin: Çin Azərbaycanla əlaqələrə böyük dəyər verir
- 30.04.2024 [18:43]
Azərbaycan səfiri britaniyalı nazirlə görüşüb
- 30.04.2024 [17:27]
Çiğdem Erdoğan: Azərbaycan-Türkiyə əlaqələri dinamik inkişaf edir
- 30.04.2024 [16:51]