CƏMİYYƏT
Dövlət Komissiyası: 1992-ci ildə əsir götürülmüş Azərbaycan hərbçisinin tapılması barədə məlumatlar həqiqətəuyğun deyil
Bakı, 18 oktyabr, AZƏRTAC
Sosial şəbəkələrdə Azərbaycan Ordusu tərəfindən Füzuli şəhərinin işğaldan azad edilməsi zamanı 1992-ci ildə əsir götürülmüş Azərbaycan hərbçisinin şəhər binalarından birinin zirzəmisində zəncirlə bağlanmış vəziyyətdə tapılması barədə yayılmış məlumatlar həqiqətəuyğun deyil.
Bu barədə AZƏRTAC-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından daxil olan məlumatda bildirilir.
Dövlət Komissiyası vətəndaşlardan bu cür həssas məsələlərlə bağlı diqqətli olmağı, yalnız aidiyyəti dövlət qurumlarının rəsmi məlumatlarına istinad olunmasını və dəqiqləşdirilməmiş informasiyanı yaymamağı xahiş edir.