CƏMİYYƏT
Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul edib
Bakı, 19 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həlli istiqamətində müvafiq tədbirlər görülür.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı oktyabrın 19-da Yevlax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Komitədən AZƏRTAC-a verilən məlumata görə, qəbulda Yevlax, Mingəçevir şəhərləri, eləcə də Ağdaş, Bərdə rayonlarından olan sakinlərin ərizə, müraciət və təkliflərinə baxılıb.