İDMAN
Dünya və Avropa çempionatında uğurla çıxış etmiş paralimpiyaçılarımız mükafatlandırılmışlar
Bakı, 19 avqust (AZƏRTAC). Cari ilin səkkiz ayı ərzində paralimpiyaçılarımız üç idman növü üzrə iki dünya və bir Avropa çempionatında iştirak etmişlər.
Milli Paralimpiya Komitəsindən (MPK) AZƏRTAC-a bildirmişlər ki, idmançılarımız bu yarışlarda 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanmışlar. Paralimpiyaçılarımızdan biri dünya, ikisi isə Avropa rekordunu təzələmişdir.
Avqustun 19-da MPK-nın inzibati binasında dünya və Avropa çempionatlarında iştirak etmiş komandaların baş məşqçilərinin hesabatları dinlənilmişdir. Sonra MPK-nın prezidenti İlqar Rəhimov dünya və Avropa çempionatlarında medal qazanmış idmançıları və onların məşqçilərini mükafatlandırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [18:08]
ASAPES türk dövlətləri üçün təqaüd proqramı elan edib
- 30.04.2024 [17:26]
Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb
- 30.04.2024 [16:48]
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
- 30.04.2024 [15:47]
Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib
- 30.04.2024 [14:46]
Azərbaycan millisi Slovakiya ilə yoldaşlıq oyunu keçirəcək
- 30.04.2024 [14:18]