Ə.C.Əhmədzadəyə “Əməkdar Mühəndis” fəxri adı verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafında xidmətlərinə görə Əhməd Cuma oğlu Əhmədzadəyə “Əməkdar Mühəndis” fəxri adı verilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 iyun 2011-ci il.