DÜNYA
Əfqanıstanda hüquq-mühafizə orqanlarının dörd əməkdaşı öldürülüb
Bakı, 15 noyabr, AZƏRTAC
Əfqanıstanın şimalında “Taliban” hərəkatının hücumu nəticəsində azı dörd polis əməkdaşı həlak olub.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli administrasiyanın nümayəndəsi məlumat yayıb.
İnsident Baqlan əyalətində baş verib. Silahlılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına pusqu quraraq hücum edib. Həlak olanların arasında rayon polis idarəsinin rəhbəri də var.
Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar uzun müddətdən bəri davam edir. Həmçinin ölkə ərazisində İŞİD qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə silahlı qruplaşmalara qarşı bütün ölkəboyu birgə əməliyyatlar keçirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [18:54]
Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü
- 30.04.2024 [17:39]
Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb
- 30.04.2024 [17:34]
Aprel ayı İstanbulda daha bir Lalə Festivalı ilə yadda qalacaq
- 30.04.2024 [16:39]
Honkonq pandemiyadan sonra əvvəlki həyatın bərpa olunmasına çalışır
- 30.04.2024 [15:49]
G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər
- 30.04.2024 [15:33]
İndoneziyada Ruanq vulkanı yenidən püskürüb
- 30.04.2024 [15:22]
Çinin “Şencou-17” missiyasının astronavtları 6 aydan sonra Yerə qayıdıblar
- 30.04.2024 [15:13]