Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ekspert: 2021-ci ilin yekunlarına nəzər salsaq, bu ilin də Azərbaycan diplomatiyası üçün uğurlu olacağını əminliklə demək olar

Ekspert: 2021-ci ilin yekunlarına nəzər salsaq, bu ilin də Azərbaycan diplomatiyası üçün uğurlu olacağını əminliklə demək olar

Bakı, 7 yanvar, AZƏRTAC

Ötən il ərzində Azərbaycanın beynəlxalq arenada uğurlarına diqqət yetirsək, 2022-ci ilin dövlətimizin xarici siyasəti üçün daha çox imkanlar yaradacağını təxmin etmək olar. Təxminlərimizin nə qədər ehtimal olduğunu müəyyən etmək üçün 2021-ci ildə qazanılan uğurları analiz etmək vacibdir. Ölkəmizin beynəlxalq qurumlarla əməkdaşlığından danışdıqda qlobal və universal təşkilat olan BMT ilə qarşılıqlı əlaqəni xüsusi vurğulamaq lazımdır. Sözsüz ki, Azərbaycanın BMT kimi nüfuzlu təşkilata haqlı iradları mövcuddur. Həmin iradlar təşkilatın Azərbaycanın ərazi bütövlüyü lehinə 4 qətnamə qəbul etməsinə rəğmən, onların yerinə yetirilməsində fəaliyyətsiz olması ilə əlaqədardır. Bununla belə, BMT Təhlükəsizlik Şurasının Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması münaqişə və postmünaqişə dövründə vacib əhəmiyyət kəsb edirdi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi səbəbindən münaqişə müddətində heç bir beynəlxalq qurum və ya xarici dövlət birmənalı olaraq Ermənistanın lehinə qərar qəbul edə bilmədi. İkinci Dünya müharibəsindən sonra beynəlxalq təhlükəsizliyə cavabdeh və məsul təşkilat kimi məhz BMT-nin seçilməsi bütün digər qurumları, dövlətləri öz qərarlarını bu təşkilatın qərarlarına uyğunlaşdırmasını zəruri etdi. Postmünaqişə dövründə də Azərbaycanın BMT ilə yüksəksəviyyəli münasibətlər qurması ölkəmizə fayda gətirməkdədir. 2020-ci ilin yekununda Ermənistan xalqı ilə onlayn mətbuat konfransı keçirən Nikol Paşinyan BMT Təhlükəsizlik Şurasının Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını etiraf edib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elşən Məcidov deyib.

Ekspert Azərbaycanın 2021-ci ildə BMT çərçivəsində ədalətsiz vaksin bölgüsünə qarşı qətnamə təşəbbüsü ilə çıxışından danışaraq deyib: “Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi 2020-ci ilin mayın təşkilatın Zirvə Toplantısını keçirdi. Həmçinin BMT Baş Assambleyasının Xüsusi Sessiyasını təşkil etdi və “Bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi” adlı qətnaməni qəbul etdirdi. Son illərin aktual problemlərindən olan COVID-19 pandemiyası Azərbaycanla Ümumdünya Səhiyyə Təşkilatı arasında əməkdaşlığı inkişaf etdirdi. Bu əməkdaşlıq çərçivəsində Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar yardım edib.

2021-ci ildə Azərbaycan, həmçinin bir çox beynəlxalq əhəmiyyətli görüşlərə və tədbirlərə ev sahibliyi edib. Belə tədbirlər içərisində VIII Qlobal Bakı Forumu xüsusi vurğulanmalıdır. “COVID-19-dan sonrakı dünya” mövzusunda təşkil olunan VIII Qlobal Bakı Forumu adından da göründüyü kimi, pandemiyadan sonra yeni dünya düzəninin cari və aktual problemlərinə həsr olunmuşdu. Azərbaycanın təşkil etdiyi VIII Qlobal Bakı Forumu bütün dünyaya sülh və əməkdaşlığın vacibliyi haqqında mesaj idi. Ölkəmiz beynəlxalq ictimaiyyətə müraciət edərək, dövlətləri öz aralarında olan ixtilafları və münaqişələri bir kənara qoyub, COVID-19 virusu timsalında vahid düşmənə qarşı birləşməyi, bir-birini məhv etməyə və bir-biri ilə rəqabət aparmağa yönələn xərcləri azaldıb, sosial və elmi sahələrə xərcləri çoxaltmağın vacibliyini bəyan etdi. VIII Qlobal Bakı Forumunu Azərbaycanın ədalətsiz vaksin bölüşdürülməsinə qarşı irəli sürdüyü növbəti təşəbbüs kimi də dəyərləndirə bilərik. Bu təşəbbüs pandemiyaya qalib gəlmək istiqamətində atılmalı olan praktiki addımların və qərarların müzakirəsinə həsr edilib. 40 ölkədən 300 nüfuzlu qonağın iştirakı bu foruma və Azərbaycana olan hörmətdən və gözlənilən əhəmiyyətli qərarlardan xəbər verir”.

Elşən Məcidov bildirib ki, Azərbaycanın beynəlxalq arenada uğurlarından danışarkən ATƏT və Minsk qrupunu diqqətdən kənarda saxlamaq düzgün olmaz. Sözsüz ki, Minsk qrupunun fəaliyyəti, daha dəqiq desək, fəaliyyətsizliyi Azərbaycanda dövlət və cəmiyyət səviyyəsində bu platformaya və onun sayəsində ATƏT-ə çox mənfi münasibət formalaşdırıb. Bununla belə, Azərbaycanın mövqeləri ATƏT çərçivəsində düşünülmüş dövlət siyasəti nəticəsində Ermənistandan güclü idi. Bunu isbatlamaq üçün yerli ekspertlər tərəfindən dəfələrlə təkrarlanmış və istifadə edilmiş, irəli sürülmüş arqumentlərə yox, Ermənistanın baş naziri N. Paşinyanın mətbuat konfransı zamanı söylədiklərinə müraciət etmək kifayətdir. N. Paşinyan xalqa müraciəti zamanı bildirmişdi ki, Minsk qrupu 2014-cü və 2015-ci illərdən Ermənistana Qarabağ üçün müvəqqəti statusdan imtina etməyi təklif etmişdi. Vurğulayaq ki, N. Paşinyana görə, müvəqqəti status məsələsi 2016-cı il aprel müharibəsindən sonra ümumiyyətlə Minsk qrupu çərçivəsində danışıqlar formatından çıxarılıb.

“Digər vacib qurumlar içərisində NATO və Aİ-ni qeyd etmək mümkündür. Hər iki təşkilatla qarşılıqlı əlaqələrə dair yüzlərlə səhifəni əhatə edən tədqiqatlar yazılıb. Bu qəbildən tədqiqat fokusunu 2021-ci ilin sonunda Brüsseldə hər iki təşkilatın rəhbərləri ilə Azərbaycan Prezidentinin görüşünə çəkmək məqsədəuyğundur. Birinci çıxış edən Yens Stoltenberq NATO-nun Azərbaycanla geniş spektr üzrə əməkdaşlıq etdiyi sahələri sadaladı. Bu sahələr üzrə strateji əhəmiyyət kəsb edən enerji təhlükəsizliyi, Əfqanıstanda Kabil hava limanının təxliyə işləri zamanı qorunması kimi məsələlər xüsusi vurğulandı. Bütün bunlar Azərbaycanın dünyada baş verən geosiyasi yerdəyişmələr və güclər konfiqurasiyasının dəyişikliyə uğraması şəraitində öz müdafiə siyasəti prioritetlərindən əl çəkmədiyinin sübutudur. NATO-nun Baş katibinin bunu bütün 30 müttəfiqin iştirakı ilə baş tutacaq iclasdan bir gün əvvəl mətbuat konfransında dilə gətirməsi vacib əhəmiyyət kəsb edir.

Azərbaycanın dövlət başçısının Brüsseldə Aİ-nın ali vəzifəli şəxslərindən olan Şarl Mişel ilə görüşməsi ölkənin strateji hədəfləri baxımından vacib əhəmiyyət daşıyırdı. Aİ Azərbaycanın ən böyük ticarət və ixrac tərəfdaşıdır. Azərbaycanın idxal tərəfdaşları arasında Avropa İttifaqı ikinci yerdə dayanır. Həmçinin unutmayaq ki, Avropa İttifaqı Azərbaycan iqtisadiyyatına ən böyük sərmayə yatıran qurum olmaqda davam edir. Bu səbəbdən Azərbaycanın Aİ-nin yüksək vəzifəli şəxsləri ilə istənilən formatda görüşü vacib strateji əhəmiyyətə malikdir. Dekabrın 14-də baş tutan son görüş də bu qəbildən istisna deyil. Görüşün əsas məqsədi postmünaqişə dövründə tərəflər arasında uzunmüddətli sülh istiqamətində vacib addımların atılması idi.

Müşahidə etdiyimiz kimi, 2021-ci ildə Azərbaycanın beynəlxalq arenada siyasi-diplomatik uğurları bir məqalə çərçivəsinə sığışdırılacaq sayda deyil. 2021-ci ilin yekunlarından çıxış etsək, 2022-ci ilin də Azərbaycan diplomatiyası üçün uğurlu olacağını artıq təxmin yox, əminliklə bildirmək olar”, - deyə ekspert deyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DİN: İyulun 3-də 3 tüfəng təhvil götürülüb, axtarışda olan 2 nəfər istintaqa təhvil verilib

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində ötən dövrdə 570-dək benefisiar təlimlərə cəlb olunub

DİN: Ötən gün 31 cinayətin üstünün açılması təmin olunub

Azərbaycan millisinin futbolçusu Polşa klubundan ayrılıb

Birinci yarım ildə Energetika Nazirliyinə 3 minə yaxın zəng daxil olub

XİN: İQAK-ın Azərbaycanla bağlı ictimai bəyanatı hüquqi baxımdan sual yaradır

Belarus ŞƏT-in tamhüquqlu üzvü oldu

İyulun 7-də 47500-dən çox abituriyentin II və III ixtisas qrupları üzrə imtahan verməsi gözlənilir

Bu gün Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir

Qobustan rayonunda təsərrüfatların 90 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

Astanada ŞƏT-in Zirvə toplantısı keçirilir

İraqın Ali Məhkəmə Şurasının sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Dünya birjalarında neft ucuzlaşıb

Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti başlayıb

FHN qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Göyçayda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanılıb

Azərbaycan nefti ucuzlaşıb

Bu ilin 6 ayı ərzində 10 rayonda keçirilmiş Aqrar Biznes festivallarında 6756 fermer iştirak edib

Paytaxtın 4 rayonunun qaz təchizatında fasilə yaranacaq

ABŞ-da sursat istehsal edən zavodda partlayış olub, xəsarət alanlar var

Çində süni intellekt sənayesinin həcmi 70 milyard dolları ötüb

Əlilliyi olan daha 18 gənc Türkiyəyə təcrübə kursuna yola salınıb

Otuz ildən artıq məhkumluq həyatı yaşayan Saatlı sakinindən “Makarov” götürülüb

Prezident İlham Əliyevin Astana Sammitində iştirakı Azərbaycana bir sıra üstünlüklər qazandırır - ŞƏRH

ABŞ Yaponiyada 48 ədəd F-35A qırıcısı yerləşdirməyi planlaşdırır

Yaponiyada 5,4 bal gücündə zəlzələ baş verib

CNN: İsrail və HƏMAS atəşkəs razılaşmasına yaxındır

Ali Radanın deputatı: Ukraynaya F-16 qırıcıları bu ay gətiriləcək

Paytaxtın Mikayıl Müşfiq küçəsində avtobusların hərəkəti məhdudlaşdırılır

Sorğu: Amerikalıların 80 faizi Baydenin yenidən prezident seçilmək üçün çox yaşlı olduğunu düşünürlər

Beyindəki zaman hüceyrələri alimləri təəccübləndirib

Estoniya əcnəbilərin ölkədə hərbi təlim keçməsinə icazə verilməsini təklif edib

İspaniyadakı qəbiristanlıqlar Günəş enerjisi sahələrinə çevriləcək

ABŞ Ukraynaya 2,3 milyard dollarlıq yardım paketini təsdiqləyib

COP29 iştirakçı ölkələr üçün iqlim böhranının həlli istiqamətində konkret addımlar atmağa bir fürsətdir

ABŞ-da sursat istehsal edən zavodda partlayış olub, xəsarət alanlar var

İsraildə Qərbi Nil qızdırmasından 11 nəfər ölüb

Araşdırma: 390 min insanın məlumatları əsasında multivitaminlərin ömrü uzatmadığı müəyyənləşib

İsrail girovlarla bağlı HƏMAS-dan cavab aldığını bildirib

Ağ ev: Bayden seçki kampaniyasını tərk etməyi düşünmür

Altı nəfərin həyatına son qoyan “Beril” qasırğası Yamaykaya doğru irəliləyir

Avropa çempionatı: Azərbaycan güləşçisi ikinci olub

Astanada nümayəndə heyətlərinin başçılarının şərəfinə qeyri-rəsmi şam yeməyi verilib

Prezident İlham Əliyev: Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin artması bizi sevindirir

Si Cinpin: Azərbaycan və Çin yaxşı dostlardır, yaxşı tərəfdaşlardır

Bayden Ukraynaya əlavə 150 milyon dollar hərbi yardım göndərilməsi barədə göstəriş verib

XİN: Astana görüşü Azərbaycanın, Pakistanın və Türkiyənin strateji tərəfdaşlıq əlaqələrinin yeni istiqamətlərdə genişlənməsinə təkan verəcək

Ayxan Hacızadə: Azərbaycan və Çin liderlərinin görüşü bir daha göstərdi ki, ölkələrimizin siyasi əlaqələri tarixinin ən yüksək səviyyəsindədir

Özbəkistanda Qeyri-Maddi Mədəni İrs İnstitutu yaradılır

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

Ankarada keçirilən təlimlərdə media nümayəndələrinə müdafiə mexanizmlərindən istifadənin yolları öyrədilib

Türkiyə və Rusiya prezidentləri ticarət əlaqələrinin genişləndirilməsini müzakirə ediblər

Türkiyə müdafiə şirkətlərinin məhsulları dünyanın 185 ölkəsində uğurla istifadə edilir

Zaqatala Suvarma Sistemləri İdarəsinin əməkdaşı iş başında dünyasını dəyişib

Türkiyə inşaatçıları 6 ayda xaricdə 7,6 milyard dollarlıq sifarişlər alıblar

Çinin Sian şəhərindən Bakıya həftəlik yük qatarı marşrutu istifadəyə verilib VİDEO

Peterburq Beynəlxalq Hüquq Forumunda cinayətlərin profilaktikası barədə Azərbaycan təcrübəsindən danışılıb

Yazıçı Vladimir Boqomolovun anadan olmasının 100 ili tamam olur

Londonda avtobus dayanacağında tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb

A.Mirzoyan: Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə normallaşdırmağa hazırdır

Britaniyada parlament seçkiləri: Leyboristlər qalib olacaqları təqdirdə nələr vəd ediblər?

Məscidlərdə vakant vəzifələrin tutulması məqsədilə keçirilən müsahibənin nəticəsi açıqlanıb

İrakli Kobaxidze: Gürcüstan regionda təhlükəsiz və sabit mühitin yaradılmasına töhfə verməyə hazırdır

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Məzun Günü

"İTi Zəka-2" hakatonunun növbəti mərhələsi başa çatıb

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş olub YENİLƏNİB-2 VİDEO

Türkiyə XİN: Tarixi və mədəni simvola siyasi məqsədlərlə verilən reaksiyaları qınayırıq

“Qəmər bəyim Şeyda. Zülmün daşqını” kitabı çapdan çıxıb

Yaponiyada holoqrafik portretli əsginaslar buraxılır

Astana Zirvə görüşü təmasların daha da sıx qurulması baxımından çox əhəmiyyətlidir ŞƏRH

BSU-da elmi seminar: Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji potensialının inkişafı

ABŞ-da meşə yanğınları səbəbindən 13 min nəfər təxliyə edilib

Ötən ay 23 aptekdə yoxlama aparılıb

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub

Vəzifəli şəxsin qanunsuz əməlləri barədə cinayət işi başlanılıb

Kimya Elmləri üzrə Problem Şurasının iclasında səkkiz dissertasiya mövzusu müzakirə edilib

Naxçıvanda ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbi “Kembric” statusu alıb

Çin Azərbaycanın təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyib

Azərbaycan və Kamerun arasında idman sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın iki həndbol hakimi Açıq Avropa çempionatına təyinat alıb

Elektron Təhlükəsizlik Xidməti və Gürcüstanın Rəqəmsal İdarəetmə Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Hotellərə ulduz dərəcələri verilib və rezervasiya platformasının təqdimatı keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin “Çağrı mərkəzi” istifadəyə verilib

Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsi fəaliyyət göstərir

Astanada “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub

Tanınmış basketbolçu ilə müqavilə yenilənir

Azərbaycan və Rusiya teatrları arasında əməkdaşlıq əlaqələri genişlənəcək

AAYDA CAREC proqramına üzv ölkələrin tədbirində iştirak edib

Azərbaycan cüdoçuları Paris Olimpiadasına İspaniyada hazırlaşırlar

Səbail rayonunda saxlanılan şəxslərdən 16 kiloqram narkotik vasitə götürülüb VİDEO

Bakıda Ətraf Mühit, Sosial və İdarəetmə Sammiti işə başlayıb VİDEO

Türkiyə ilə Azərbaycan arasında din sahəsində qarşılıqlı fəaliyyət müzakirə olunub

Bakıdakı Rus evində professor Rauf Nərimanbəyliyə həsr olunmuş konsert olub

Sus kəndində ilk körpə dünyaya gəlib

“Real Madrid”in stadionu DÇ-2030-un final oyununa ev sahibliyi edəcək

Vatikan rəsmisi Azərbaycanda dini və mədəni müxtəlifliyin qorunması üçün yaradılan şəraiti yüksək qiymətləndirib

RF Federasiya Şurası Rusiya nümayəndə heyətinin ATƏT PA-da fəaliyyətini dayandırması qərarını yekdilliklə dəstəkləyib

® ABB-nin dəstəyi ilə daha bir uşaq futbol komandası formalaşdırıldı

Astanada Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü keçirilib   YENİLƏNİB-2 VİDEO