“ƏLİLLƏRİN HÜQUQLARI HAQQINDA” KONVENSİYANIN FAKÜLTATİV PROTOKOLUNA QOŞULMAQ BARƏSİNDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyanın Fakültativ Protokoluna müvafiq bəyanatla (bəyanatın mətni əlavə olunur) qoşulsun.
II.Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 oktyabr 2008-ci il.