Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elm nurunun daşıyıcısı

Bakı, 1 fevral, AZƏRTAC

Böyük alim və ictimai-siyasi xadim akademik Cəlal Əliyevin vəfatından 6 il ötür. Tatar xalqının böyük şairi Musa Cəlil yazırdı: “Gərək, elə yaşayasan ki, öləndən sonra da yaşaya biləsən”. Bu fikir insanın öz ağlı, zəhməti, xeyirxahlığı, ən başlıcası da, xalqına, dövlətinə sədaqət və böyük sevgi ilə xidmət etməsinin ifadəsi, həyat düsturudur. Bir alim və bir insan ömrünü şərəflə yaşamış Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının, Ukrayna və Belarus Aqrar Elmlər akademiyalarının xarici üzvü, Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya Problemləri üzrə Elmi Şuranın sədri, UNESCO yanında “Bioetika, elm və texnologiyanın etikası” üzrə Milli Komitənin səlahiyyətli nümayəndəsi, “AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri)” jurnalının baş redaktoru olmuş Cəlal Əliyev haqq dünyasına qovuşduqdan sonra da əməl dəftəri qapanmayan, şəxsiyyəti unudulmayan, xeyirxah işləri və yaratdıqları ilə daim xatırlanan, yetişdirdiyi ardıcılları ilə yaşamını davam etdirən insanlardandır. Onun bütün həyatı Azərbaycan elminin inkişafına, müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmlənməsinə həsr olunub. Alim Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin bünövrəsini qoyub, fundamental və tətbiqi tədqiqatlarla zəngin elmi məktəb formalaşdırıb. Azərbaycan elminin dünyada tanınmasında, təbliğində və beynəlxalq elmi təşkilatlarla əlaqələr qurulmasında onun misilsiz xidmətləri olub.

Bu fikirlər AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynovanın “Elm nurunun daşıyıcısı” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Elm - işıqdır, Allah nurundan yaranıb. Əsl alimlər bu nurun daşıyıcıları, qaranlığı, nadanlığı, məchulluğu parçalayıb yaran, bəşərin qəlbinə, ruhuna, idrakına işıq paylayan fəzilət sahibidirlər. Öz ömrünü Yer üzərində həyatın əsasını təşkil edən, həm təbiətinə və həm də tədqiqinə görə unikal olan fotosintez prosesinin sirlərinin dərk edilməsinə həsr edən Cəlal Əliyev, sözün əsl mənasında, Tanrının öz işığına doğru yönəltdiyi insanlardan idi. Məhz belə insanların simasında Məhəmməd peyğəmbərin (ə.s.) bu kəlamı öz yerini tapır: “Bir insanın qiyməti onun elmi, biliyi qədərdir”.

Cəlal Əliyevin çətin, lakin şərəfli və mənalı ömür yolu, zəngin elmi fəaliyyəti əsl həyat məktəbi, elmi ideallara xidmətin parlaq nümunəsidir. O, ömrünün son anına qədər bu amalla yaşadı, yaratdı, onun elmi irsi, təcrübəsi misilsiz mənəvi sərvətlər xəzinəsidir. Yüksək intellektə və dərin biliyə malik bir alim olan Cəlal Əliyev öz fəaliyyəti ilə hər zaman elmi fikrin ən yeni nailiyyətlərindən faydalanırdı. Onun adı Azərbaycan elminin təxminən 65 illik bir dövrünü əhatə edən tarixinin simvoluna çevrilib.

Cəlal Əlirza oğlu Əliyev 1928-ci il iyunun 30-da qədim Naxçıvan şəhərində dünyaya göz açıb. O, 1946-cı ildə Naxçıvan Pedaqoji İnstitutunun Təbiət elmləri fakültəsini bitirərək Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olub, 1951-ci ildə universitetin Biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə də universitetin Bitki fiziologiyası kafedrasında laborant kimi başlamış gənc mütəxəssis bütün həyatını, varlığını şüurlu surətdə ona hər zaman başucalığı, şərəf gətirmiş elmə bağlamağı qarşısına məqsəd qoymuşdu, bərəkətli alim ömrünü xalqının bugünkü və gələcək rifahına, yüksəlişinə həsr etməyi qərara almışdı.

Böyük alim 1950-1970-ci illərdə kənd təsərrüfatı bitkilərində gedən fizioloji və biokimyəvi proseslərin xüsusiyyətləri, bitkilərin məhsuldarlığına mikroelementlərin və fotosintez prosesinə xarici mühit amillərinin təsiri, habelə kənd təsərrüfatı bitkilərindən yüksək və keyfiyyətli məhsul alınmasında günəş enerjisinin faydalı iş əmsalını nəzərə almaqla bu prosesin optimallaşdırılması kimi problemləri öyrənib. Uğurlu elmi tədqiqatın nəticələri alimin 1971-ci ildə biologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün “Bitkilərin fotosintez fəaliyyəti, mineral elementlərlə qidalanması və məhsuldarlığı” mövzusunda müdafiə etdiyi dissertasiyasında mükəmməl və ətraflı olaraq öz ifadəsini tapmışdır.

1970-ci ildən mənalı həyatının sonlarına qədər olan dövrdə Cəlal müəllimin elmi yaradıcılığı öz zənginliyi, fundamental yeniliyi, Azərbaycanda biologiyanın yeni elmi istiqamətlərin yaranması, bu istiqamətdə dünyəvi əlaqələrin inkişafı ilə seçilib. Məhz bu dövrdə o, tanınmış alim kimi dünya şöhrəti qazanıb, 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilib. Cəlal Əliyev 1981-1990-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Biologiya Elmləri Bölməsinin akademik-katibi vəzifəsində çalışıb, Azərbaycan elminin təşkili və inkişafında, dünyada tanınmasında, təbliğ olunmasında və ölkə elminin beynəlxalq elm məkanına inteqrasiyasının dərinləşdirilməsində misilsiz xidmətlər göstərib.

Görkəmli alimin seleksiyaçı intuisiyası, hərtərəfli, dərin nəzəri və praktiki bilikləri, innovativ ideyaları, gərgin zəhməti sayəsində yeni intensiv buğda və digər bitki sortlarının yaradılması mümkün olmuşdur. Buğdanın seleksiyasında əsaslı nailiyyətlərin əldə edilməsi üçün nəzəri tədqiqatların aparılmasının vacibliyini qabaqcadan görən akademik Cəlal Əliyev bu istiqamətdə tədqiqatlar aparıb, Azərbaycanda biologiya elminin müasir istiqamətlərinin inkişafının əsasını qoyub. Akademik buğdanın fotosintez fəaliyyətinin sirlərini aydınlaşdırmaqla prosesi arzu olunan istiqamətə yönəltmək üçün genetik seleksiyadan istifadə edib. Onun orijinal tədqiqatçı yaradıcılığı sayəsində müasir dövrün tələblərinə cavab verən, müxtəlif torpaq-iqlim şəraitinə hesablanmış 60-dan çox qiymətli buğda sortunun yaradılmasına nail olub.

Cəlal Əliyevin özündən sonra da davam edən çoxcəhətli və hərtərəfli seleksiya proqramı daim fəaliyyətdə və inkişafda olan, təkrarolunmaz, hissələri bir-birini tamamlayan, dayandırılması və ya zəiflədilməsi mümkün olmayan bir mexanizm, bir sistemdir. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində bu sistemi pozmağa bir çox ciddi cəhdlər edilib, seleksiyaçı alimlər işdən kənarlaşdırılıb, məqsədyönlü elmi seleksiya işlərinin aparılmasına lazımi şərait yaradılmamışdı. Həmin illər Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazası erməni vandalları tərəfindən tərəfindən zəbt olunub mənimsənilərək daha sonra yerlə-yeksan edilmiş, Əkinçilik İnstitutunun cəbhə bölgəsində yerləşən Tərtər Bölgə Təcrübə Stansiyasında işlər zəifləmişdi. Məhz bu mürəkkəb illərdə akademik Cəlal Əliyev hər cür təqib və təzyiqlərə baxmayaraq, əsasını qoyduğu seleksiya proqramını həyata keçirmək üçün alim kollektivlərini öz ətrafında sıx birləşdirmiş, ruhdan düşməyə qoymamışdı.

Üzvi aləmin əmələ gəlməsinin, təbiətin əsrarəngiz və əvəzolunmaz inkişafının əsası olan fotosintez prosesinin və fotosintez hadisəsinə xarici mühit amillərinin təsirinin əsaslı şəkildə öyrənilməsi Azərbaycan elmi tarixində ilk dəfə məhz onun tərəfindən həyata keçirilib. Bu tədqiqatlardan alınmış nailiyyətlər biologiya elmində yeni paradiqma yaratmaqla elmi dairələrdə kök atmış bir sıra konservativ yanlış ideyaların üzərindən xətt çəkmişdir. Cəlal Əliyev tərəfindən fotosintez və fototənəffüs proseslərinin müqayisəli tədqiqi ilə aşkar edilib ki, fototənəffüs tarla şəraitində yetişdirilən bitkilər üçün həyati əhəmiyyətli metabolik proseslərdən biridir və bitkilərin məhsuldarlığını artırmaq məqsədilə müxtəlif üsullarla bu prosesi azaltmaq cəhdləri əsassızdır.

Cəlal müəllim Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının biologiya elmləri üzrə problem şurasının sədri və bir sıra elmi və müdafiə şuralarının üzvü kimi, fiziki-kimyəvi biologiya sahəsində tədqiqatların genişlənməsinə və düzgün istiqamətləndirilməsinə şərait yaradıb.

Akademik Cəlal Əliyevin bioloji müxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi sahəsində də fəaliyyətləri təqdirəlayiqdir. O, bu müxtəlifliyə seleksiya üçün tükənməz mənbə kimi baxırdı. 1995-ci ildə akademik Cəlal Əliyevin bilavasitə rəhbərliyi ilə Bitki Genetik Ehtiyatlarına dair Milli Proqram yaradılaraq BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatına (FAO) təqdim edilib. Görülən işlər beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib və Azərbaycan FAO-ya qəbul olunub. Alimin təşəbbüsü ilə Bioloji Müxtəlifliyə dair Beynəlxalq Konvensiya Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2000-ci ildə ratifikasiya olunub. Yenə də onun bilavasitə təşəbbüsü və rəhbərliyi ilə genetik ehtiyatlarla bağlı hərtərəfli elmi fəaliyyətləri və koordinasiya işlərini gücləndirmək, Azərbaycanda ilk dəfə olaraq genbank yaratmaq məqsədilə 2003-cü ildə AMEA-nın Genetik Ehtiyatlar İnstitutu yaradılıb.

Cəlal Əliyevin uzaqgörən təşəbbüskarlığı nəticəsində Azərbaycan elmində ilk dəfə olaraq biologiyanın ən müasir istiqamətlərindən olan biokimya, biofizika, molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, gen mühəndisliyi, riyazi və kompüter biologiyası, bioinformatika kimi elm sahələri inkişaf etdirilib, son dövrlərdə isə maşınöyrənmə üsullarının və süni intellektin biologiya problemlərinə tətbiqinə başlanılıb, bu elmlər üzrə yüksəkixtisaslı kadr potensialı formalaşdırılıb. Azərbaycan elminin dünya elmi ilə ayaqlaşması, yuxarıda qeyd edilən sahələr üzrə imkan və potensialın, maddi-texniki və kadr bazasının yaradılması ilə əlaqədar dünyanın aparıcı elm mərkəzləri və tanınmış alimləri ilə elmi əlaqələrin yaranması və genişlənməsi də bir çox hallarda akademik Cəlal Əliyevin adı ilə bağlı olub.

Biologiya və aqrar elmləri, eləcə də onlarla əlaqəli müxtəlif elm sahələrində fəaliyyət göstərən və dünya elmində nüfuzlu mövqe qazanmış Cəlal Əliyev elmi məktəbinin yaradılması Azərbaycan elm tarixinin ən görkəmli hadisələrindən hesab edilə bilər. Bu məktəbin bazasında Cəlal müəllimin elmi yaradıcılığı, yüksək psixoloq və rəhbər keyfiyyətləri, kadr seçimi intuisiyası, gəncləri bacarıq və biliklərinə görə düzgün elmi istiqamətlərə yönəltmək ustalığı, onlara uzaqgörən alim məsləhətləri durmuşdur.

Akademik Cəlal Əliyevin biologiya, kimya, fizika, riyaziyyat, aqrokimya yönümlü müxtəlif ali təhsil müəssisələrindən şəxsi təşəbbüsü ilə xüsusi ustad himayəsi və uzaqgörənliklə seçərək rəhbərlik etdiyi laboratoriya və şöbələrə işə cəlb etməklə yetişdirdiyi 300-ə yaxın alim bu gün Azərbaycanda və dünyanın tanınmış elm və təhsil mərkəzlərində tədqiqatçı və pedaqoq kimi fəaliyyət göstərir, akademik Cəlal Əliyevin elmi məktəbini və ümumən Azərbaycan elmini layiqincə təmsil edir. Onun elmi məsləhətçiliyi və rəhbərliyi ilə 15 elmlər doktoru, 81 elmlər namizədi hazırlanması da əlamətdar faktdır.

Qeyd etmək lazımdır ki, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması akademik Cəlal Əliyevin adı ilə bağlıdır. O, 1971-ci ildə Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda elmi-tədqiqat qrupu yaradaraq, onu böyük kadr potensialı və maddi-texniki bazası olan şöbə səviyyəsinə qədər inkişaf etdirib. AMEA-nın 2014-cü il iyunun 30-da keçirilmiş ümumi yığıncağında AMEA Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin bazasında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması haqqında qərar qəbul edilib, 2016-cı il martın 1-də institut Ədliyyə Nazirliyində qeydiyyata alınıb və 2016-cı il iyulun 1-dən müstəqil fəaliyyətə başlayıb. Hazırda institutda elmi tədqiqatlar 72 elmi işçi, AMEA-nın 1 həqiqi, 4 müxbir üzvü, 11 nəfər elmlər doktoru və professor, 21 fəlsəfə doktoru tərəfindən aparılır. Bu gün institutun kollektivi dünyanın ən qabaqcıl laboratoriyaları səviyyəsində elmi-tədqiqat işlərini uğurla davam etdirir. Akademik Cəlal Əliyevin yadigarı olan Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu bu gün özünün yeni dirçəliş və inkişaf dövrünü yaşamaqdadır. Bu fakt özünü əldə edilən elmi-tədqiqat nəticələrində, beynəlxalq əməkdaşlığın təşkilində və kadr hazırlığında xüsusilə göstərir.

Hazırda institutda fəlsəfə doktoru hazırlığı üzrə 17, elmlər doktoru hazırlığı üzrə 6 doktorant təhsil alır. Fəlsəfə doktoru hazırlığı üzrə 16, elmlər doktoru hazırlığı üzrə 6 dissertant öz tədqiqatlarını davam etdirir. Eyni zamanda, institutda 3 ixtisas üzrə (molekulyar biologiya, biotexnologiya və biokimya) magistratura təhsili həyata keçirilir.

2021-ci ildə Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının böyük elmi işçisi Rəfiqə Məsməliyeva tərəfindən Azərbaycanda ilk dəfə olaraq riyazi biologiya, bioinformatika ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiəsi reallaşdırılıb. Bioadaptasiya laboratoriyasının elmi işçisi Lalə Aydınlının bitki fiziologiyası ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi də uğurla müdafiə edilib.

Dünyanın aparıcı elmi mərkəzlərində doktorant və magistrların hazırlanması işinə diqqət daha da artırılıb. İnstitutun əməkdaşları Fidan Hüseynova Fransanın Monpelye Universitetində, Gülnar Abdullayeva Böyük Britaniyanın Oksford Universitetində, Elnarə Sadıqova Belçika Krallığının Gent Universitetində, Fədinə Kuryayeva Türkiyənin Bilecik Şeyx Ədəbali Universitetinin Fənn ədəbiyyat fakültəsində təhsil alırlar. 2022-ci ildə Aytac Mürşüdzadə, Çilənay Ələkbərova, Səbinə Omarova Fransanın Monpelye Universitetinin doktoranturasında, 2021-ci ilin magistr məzunu Lalə Qurbanova Koreya Respublikasının Kyunq Hee Universitetində doktorantura təhsili almaq hüququ qazanıblar. Kadr hazırlığında əldə edilmiş nailiyyətlərə daha bir nümunə də institutun böyük elmi işçisi Səmra Mirzəyevanın Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq mükafata layiq görülməsi olub.

Cəlal müəllimin böyüklüyü həm də onun sadəliyində, təvazökarlığında idi. Dünyanın bütün ölkələrində bu böyük elm adamının kəşflərindən söhbət açılmasına baxmayaraq, o, bir dəfə də olsun özündən razılıq hissini büruzə verməyib, sadə elm adamları arasında özünü heç kimdən fərqləndirməmişdi. Əməyinə verilən bütün qiymətləri alimlər ordusunun uğuru saymışdı.

Cəlal Əliyevin çoxillik axtarışları olduqca məhsuldar olmuş, apardığı elmi-tədqiqatların nəticələri öz əksini Azərbaycanda və xaricdə nəşr olunmuş 25 fundamental monoqrafiya və kitabda, 800-ə qədər elmi əsərdə və 20 müəlliflik şəhadətnaməsində tapmışdır.

Azərbaycan elminin və ictimai həyatının ən müxtəlif sahələrinə kifayət qədər dərindən bələd olan böyük vətənpərvər və mütəfəkkir ən yeni tarixin analitik təhlilini verən “Elm həqiqətdir”, erməni daşnaklarının azərbaycanlılara qarşı soyqırımı siyasətinin mahiyyətini, milli həqiqətləri beynəlxalq ictimaiyyətə çatdıran “Türklər, azərbaycanlılar, ermənilər: tarixi həqiqətin soyqırımı”, “Erməni terroristlərinin və quldur törəmələrinin insanlığa qarşı cinayətləri” kitabları müxtəlif dillərdə nəşr olunaraq Azərbaycan həqiqətlərini dünyaya yayıb.

Tarixi Zəfəri görməyə ömür vəfa etməsə də, bu gün böyük alim və şəxsiyyətin ruhu şaddır, ona görə ki, 30 ilə qədər Ermənistanın işğalı altında qalmış doğma Qarabağ 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyi və Azərbaycan Ordusunun şücaəti sayəsində işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Qarabağın bərpası, cənnətə çevrilməsi Cəlal müəllimin də arzularının çiçəklənməsi demək olacaqdır.

Akademik Cəlal Əliyevin elmi və ictimai mühitdə qazandığı böyük hörmət onun taleyüklü məsələlərdə nümayiş etdirdiyi yüksək prinsipiallığı ilə bağlıdır. Mürəkkəb ictimai-siyasi proseslərdə əsl vətəndaş mövqeyi tutmuş, milli mənafelərin müdafiəsi işinə sanballı töhfələr vermiş görkəmli ictimai-siyasi xadim xalqın böyük etimadını qazanaraq, dörd çağırış (1995, 2000, 2005, 2010) Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilib.

Bu gün böyük insan, xalqını hər zaman canından çox sevmiş və onun ürək sözlərini möhtəşəm tribunalardan cəsarətlə söyləməyi bacarıb, Azərbaycan biologiya elminin yeni istiqamətlərinin və çoxsaylı yüksək məhsuldar buğda sortlarının yaradıcısı akademik Cəlal Əliyev aramızda yoxdur. Ancaq geniş diapazonlu elmi fəaliyyəti və zəngin irsi ilə Cəlal müəllim Azərbaycan və dünya elmi qarşısında misilsiz və təmənnasız xidmətlərinə görə hələ sağlığında ikən özünə əbədi abidə ucaltmışdır. Ona görə də alimin zəngin elmi irsinin öyrənilməsi, qorunub saxlanılması, ləyaqətlə davam etdirilərək gələcək nəsillərə ötürülməsi, yeni yaradılmış Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun uğurlu fəaliyyət göstərməsi, eyni zamanda, akademik Cəlal Əliyev elmi məktəbinin möhkəm bünövrəsi üzərində biologiya elminin müasir isitiqamətlərinin daha da inkişaf etdirilərək beynəlxalq standartlara tam uyğunlaşdırılması onun bütün tələbələrinin mənəvi borcudur. Uzun illər, onilliklər, əsrlər keçəcək, amma böyük alim və insanın şərəfli adı Azərbaycanın elm tarixindən heç zaman silinməyəcəkdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AQEM çərçivəsində Azərbaycanın artan rolu: Bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf – TƏHLİL

Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub

Strateji hədəflər, milli maraqlar və ictimai məsuliyyət – Yevlaxda müşavirə

Beynəlxalq Muğam Mərkəzində konsert: 95 illik sənət yolu, bir orkestrin musiqi yaddaşı

İcraçı direktor: İnklüzivliyi bərabər imkan kimi qiymətləndiririk

AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub

Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib

Kristalina Georgiyeva: Səudiyyə Ərəbistanına hücumlar bütün dünyaya mənfi təsir göstərə bilər

Azərbaycanda suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir

Yenilənməyəcəyi təqdirdə Luvr muzeyi bağlanmaq təhlükəsi ilə üzləşə bilər

İlhamə Qədimova: Aqrar Süni İntellekt layihəsində bitki sağlamlığı üzrə yeni həllər tətbiq edilir

Baş direktor: Autizmli şəxslərə və onların ailələrinə anlayışla yanaşmaq hər birimizin məsuliyyətidir

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb

ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib

Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib

Kənd Təsərrüfatı Nazirliyi 33 süni intellekt və rəqəmsal həll hazırlayacaq

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

BSU-nun rektoru: İnklüziv təhsil gənclərimiz üçün imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır

Yəmən hökuməti Taiz şəhərindəki mühasirənin aradan qaldırılması üçün BMT-yə çağırış edib

AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir

Azərbaycan Astanada keçirilən qadın aqrar biznesinin inkişafı üzrə beynəlxalq seminarda təmsil olunur

Şri-Lankada hər il orta hesabla 138 nəfər fillərin hücumu nəticəsində həyatını itirir

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər

Regional Turizm Şuralarının iclasları təşkil olunub

Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq

Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Aytən Eynalova: İnklüziv məşğulluq hamımızın ortaq məsuliyyətidir

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb

Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Çempionlar Liqasında tarixi hesab qeydə alınıb

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub VİDEO

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub VİDEO

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq